BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Aydınların aclıq edən Lətif Həsənliyə müraciəti (24.06.2014)

00:04 / 21-12-2014   /   baxış - 1631

Azərbaycan aydınlarının həbsxanada aclıq aksiyasını davam

etdirən güneyli milli fəal, Yeni GAMOH (Güney Azərbaycan

Milli Oyanış Hərəkatı) Mərkəzi Komitəsinin (MK)

sədri Lətif Həsənliyə

 

MÜRACİƏTİ

 

Əziz, fədakar soydaşımız!

Artıq 38-ci gündür ki, güneyli siyasi məhbusların hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasını davam etdirirsiniz. Sizin milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız bu cür iradəli və qətiyyətli mübarizəni yüksək qiymətləndiririk. Lakin fars rejimi həmişə olduğu kimi sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirir. Biz, sizin fiziki durumunuzun ağırlaşmasından xeyli narahatıq. Haqq uğrunda aparılan mücadilə mütləq öz hədəfinə çatacaqdır. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizədə millətimizə çox lazımdır. Bütün bunları nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq.

 

Bakı, 24.06.2014