BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Orta Doğuda baş verən olaylar və Güney Azərbaycan” mövzusunda keçirilmiş tədbirin qətnaməsi (18.10.2014)

00:19 / 21-12-2014   /   baxış - 1604

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Orta Doğuda baş verən olaylar və Güney Azərbaycan” mövzusunda keçirilmiş tədbirin

 

QƏTNAMƏSİ

 

Biz, tədbir iştirakçıları bildiririk ki, son aylar Orta Doğuda baş verən olaylar ölkə ictimaiyyətinin də narahatlığına səbəb olduğundan həmin olaylarla bağlı bir sıra mətləbləri ölkəmizin, dünya ictimaiyyətinin, beyənəlxalq qurumların, habelə aparıcı dövlətlərin diqqətinə çatdırmalıyıq.

Biz Orta Doğuda baş verən hərbi-siyası və ictimai hadisələrlə bağlı beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətlərindən aşağıdakı problemlərin həlli istiqamətində fəaliyyəti gücləndirmələrini tələb edirik:

- İraq və Suriyada yaşayan türkmanlara qarşı aparılan kütləvi soyqırımın qarşısı alınsın;

- Türkiyənin sərhəd toxunulmazlığına qaşı təhdidlərə və bu dövlətin yersiz hərbi əməliyyatlara təhrik edilməsinə son qoyulsun;

- İran rejimi tərəfindən Güney Azərbaycan milli fəallararına qarşı aparılan repressiyalar dayandırılsın və Azərbaycan türklərinin milli haqlarının təminini tələb edən siyasi məhbuslar azadlığa buraxılsın.

Biz həmçinin Azərbaycandakı KİV-ni Orta Doğuda və Güney Azərbaycanda baş verən hadisələrin obyektiv və geniş işıqlandırılması işini gücləndirməyə və baş verəcək ictimai-siyasi proseslərə hazır olmağa çağırırıq.

 

Bakı, 18.10.2014.