BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) 31 dekabr – həmrəylik günü münasibəti ilə dünya azərbaycanlılarına bayram təbriki (31.12.2013)

23:40 / 20-12-2014   /   baxış - 1331

Bütöv Azərbaycan Ocaqlarının (BAO) 31 dekabr – həmrəylik günü münasibəti ilə dünya azərbaycanlılarına

bayram təbriki

 

Əziz həmvətənlərimiz!

31 dekabr xalqımızın tarixində ən əlamətdar günlərdən biridir. 1989-cu ilin məhz bu günündə Naxçıvanda Araz çayı boyunca vətənimizi ikiyə bölən 137 km.-lik sərhəd qurğuları əhali tərəfindən dağıdılmışdır. Sonradan Azərbaycan-Türkiyə sərhədində, həmçinin Biləsuvar və Cəlilabad rayonlarında Azərbaycan-İran sərhədində sərhəd qurğuları dağıdılmışdır. Rəmzi xarakter daşıyan sərhəd hərəkatı haqsız olaraq ikiyə bölünmüş xalqın azad olub birləşmə arzusunu ifadə edirdi. Sonradan 31 dekabr dünya azərbaycanlıların həmrəylik günü kimi qəbul olunmuşdur və artıq 20 ildən çoxdur ki, bu bayramı qeyd edirik.

Əziz həmvətənlərimiz!

Sizi bu bayram münasibəti ilə təbrik edir və inanırıq ki, millui həmrəyliyimiz Azərbaycanın bütövlüyü uğrunda mübarizədə milli gücümüzü daha da artıracaqdır.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 30.12.2013.

BAO İnformasiya Xidməti