BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAOGT-nin Yeni GAMOH-un lideri Lətif Həsənliyə müraciəti (25.06.204)

00:17 / 21-12-2014   /   baxış - 1613

Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatının (BAOGT) Yeni GAMOH-un lideri Lətif Həsənliyə

Müraciəti:

 

Əziz qardaşımız, Güney Azərbaycanımızın özgürlüyü uğrunda canını fəda edən milli qəhərman Lətif Həsənli!

Məlumunuz olsun ki, günlərdir başladığınız aclıq aksiasıyla fars-şovinist rejiminə qarşı verdiyiniz şərəfli mücadilə bizlərin hər zaman fikrimizdədir və bütün varlığımızla sizləri hər zaman dəstəkləyir, əlimizdən gələn köməyi etməyə də hazır olduğumuzu bilmənizi istəyirik! Amma bilin ki, iran-fars-şovinist-anti-bəşər hakimiyyəti o qədər Tanrıdan uzaq, şüursuz və gerçək insanlıq hissindənkənardırlar ki, sizin bu haqlı və məğrur hərəkətiniz onların demokratik prinsiplərdən çıxış etməyiinə səbəb olmayacaq. Çünki zatən sizin ruhani varlığınız onları hədsiz dərəcədə narahatçılığa vadar etdiyi üçün və sizi cismani şəkildə məhv etmək istədiklərinə görə sizin bu hərəkətinizə qarşı heç bir güzəşt addımı atmayacaqlar. Beləliklə sizdən bu üzücü aclığı dayandırmağı rica edirik. Azərbaycanın Güneyinin istiqlalını, zəfərini qeyd etmək üçün və Bütöv Azərbaycan torpaqlarını bərpa etmək üçün uca millətimizin sizin kimi şərəfli, qutlu, məğrur və asil qanlı qəhrəmanlara ehtiyacımız var. Siz həmdə Azərbaycanın Güneyində bir təşkilat başqanısınız sağ qalmanız mütləqdir. Yaşasın Bütöv Azərbaycan uğurunda şərəfli və haqlı mücadiləmiz! Tanrı Türkü qorusun və ucaltsın!

 

BAOGT

Bakı, 25.06.2014.