Qədim türklərin Qafqazın, o cümlədən Azərbaycanın ən qədim aborigenləri olduğunun təkzibedilməz sübutlarndan biri də qədim türk soy və boylarının damğalarıdır. Söhbət Son Eneolit və Etkən Tuc dövrünə aid damğalardan gedir. Bu damğalar türklərin bu ərazilərə guya orta əsrlərdə gəldiklərini iddia edən erməni saxtakarlarına ən tutarlı cavablardan biri hesab edilə bilər.
Nino Şanşaşvili özünün “Kür-Araz mədəniyyəti keramikasında işarə və simvollar” adlı çox dəyərli tədqiqat əsərində yazır ki, Kür-Araz mədəniyyətinin yayılması ilə Güney Qafqazın ən qədim əhalisinin tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdə keramikada, necə deyərlər, “piktoqrafik” işarələrin peyda olması müəyyən sosial təkanlarla bağlı idi:
“Kür-Araz mədəniyyətinin yayıldığı ərazidə naxışları ənənəvi olanlardan fərqlənən bir neçə qab aşkar edilib. Bu qabların naxışları ritmə və elementlərin təkrarlanmasına əsaslanmır. Görünür, bu qablar müəyyən məqsədlər üçün hazırlanmışlar və üzərlərindəki işarələr də sadəcə dekorativ mahiyyət daşımır”.
Kür-Araz mədəniyyətinə aid keramika nümunələri
Tədqiqatçının yazdığına görə, bu naxışlar, üzə çıxar-çıxmaz, dərhal alimlərin diqqətini çəkmiş və elə həmin andanca sözügedən damğa və işarələrin ən qədim yazı nümunəsi olduğu fikri ortaya çıxmışdır. Məsələn, B. A. Kuftin Oznidən tapılan damğaların protoelam işarələrinə bənzədiyini dilə gətirmişdir. Q. Qobicişvili onları hett-luviya piktoqrafik yazısı ilə, boşqab üzərindəki yazıları isə tabal yazısı ilə müqayisə etmişdir. Ş. Amiranişvili Amiranis təpəsindən, 36 saylı qəbirdən tapılmış işarələri şumer yazısı ilə bağlamaqdadır.
Üzərində bənzər işarələr olan bir qab Urmiya gölü yaxınlığındakı Kür-Araz mədəniyyəti dövrünə aid Yanıqtəpə adlı yaşayış məskənindən tapılmışdır. Ç. Barneyin sözlərinə görə, bu qabın üzərində cızılmış işarələr yerli tayfaların öz yazısını yaratmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, e.ə. III minillikdə İran yaylasında yaşayan yerli əhali yazıdan istifadə edib. Bu yazı Erkən Tunc dövrünə aid keramikada rastlanan ideoqramlarda təşəkkül tapıb. S. Barney həmin yazını Urmiya gölünə yaxın ərazidə yerləşən Təpə-Sialkdan tapılmış protoelam yazısı ilə müqayisə etmiş, onların fərqli yazılar olduğunu dilə gətirmişdir.
Maraqlıdır ki, Kür-Araz mədəniyyəti dövrünə aid keramik qablar üzərlərindəki türk damğalarının bolluğu ilə fərqlənir. Bu tip damğalara sözügedən mədəniyyətin yayıldığı bütün ölkələrin (Azərbaycan, Qərbi Azərbaycan // Ermənistan, Gürcüstan, Şərqi Anadolu, Güney Azərbaycan, İran, Şimali Qafqaz) ərazisində təsadüf edilir. Nino Şanşaşvili onları aşağıdakı kimi qruplaşdırmışdır:
1.Quş təsvirlərini xatırladan damğalar – Amiranis dağı, Ozni, Beştaşeni (Beştaş), Qarni, Yanıqtəpə, Danqreuli, Şenqavit, Karun, Kirovakan, Triaaleti
1402560513_damga1
2. Yunan əlifbasındakı π (pi) hərfinə bənzəyən damğalar – Ozni, Maştotsblur, Baba-dərviş, Qarni, Ariç (Qıpçaq), İmiris dağı;
2
3. Latın əlifbasındakı “M” və ya “W” hərflərini xatırladan damğalar – Muxatqverdi, Moxrablur, Xəzərtəpə, Ariç (Qıpçaq), Təbərə-əl-Akrad;
1402560578_damga3
4. Sacayağı xatırladan damğalar – Ozni, Aradeti, Ariç (Qıpçaq), Şenqavit;
5. Meandrı xatırladan damğalar – Şenqavit, Arevik, Badaani;
6. Açıq romb şəkilli damğalar – Ozni, Samşvilde;
7. Zolaqlı ləkəyə bənzəyən damğalar – Xəzərtəpə;
8. İçərisində dioqanallar qeyd edilmiş düzbucaqlı şəklində olan damğalar – Amiranis dağı;
9. Ücbucaq formalı damğalar – Amiranis dağı, Kavasxlebi, Kültəpə, Eçimədzin (Üç kilsə);
10. Düzbucaqlı üzərində sxematik bitki təsvirinin xatırladan damğalar – Şreşblur, Kültəpə;
11. Kiril əlifbasının “Ф” hərfini xatırladan damğalar – Karnut, Myxatqverdi;
12. Latın əlifbasındakı “Z” hərfini xatırladan damğalar – Beştaşeni (Beştaş), Qarni, Badaani;
13. Təpələri birləşmiş iki üçbucaqlı şəklində olan “bas” damğası – Amiranis dağı;
14. Ştrixlənmiş romb üzərində ikiqat spiral formalı damğa – Amiranis dağı;
15. “Bas” damğası və ikiqat spiral şəkilli damğa – Göyrəpə və Kültəpə;
16. Svastika formalı “as” (az // qas // qaz) damğası – Araqvi dərəsi, Təbərə-əl-Akrad;
17. Üçbucaq üzərində ikiqat spiral – Ozni, Plur;
18. Daraqşəkilli damğa – Kültəpə;
19. Çəngəl formalı damğa – Kvasxlebi;
20. Kiprikcikli üçbucaq formalı damğa – Araqvi dərəsi;
21. Antropomorf formalı damğa – Kvasxlebi;
22. Sxematik şəkildə çəkilmiş bitkini xatırladan damğa – Ozni;
23. Sınıq xətt formalı damğalar – Ozni;
24, 25. Latın rəqəmlərini xatırladan damğalar – Yanıqtəpə;
26. Ox damğası – Moxrablur;
27. Spiralşəkilli damğa – Ozni;
28. Dalğavari formalı damğa – Danqreuli dağı və Yanıqtəpə;
29. Kətməni xatırladan damğa – Muxatqverdi;
30. Buynuz damğası – Eliaziq;