Daha sonra 11-14 mayda Kastamonuda eyni adlı univertsitetin düzənlədiyi 1. Millətlərarası Türkiyə-Azərbaycan Simpozumuna qatılan F.Qəzənfəroğlu burada da maraqlı mövzu ilə çıxış edib. Bu simpozumda əsas diqqəti Türkiyə-Azərbaycan münasibətlərində Türk Birliyi fikrinə çəkən Azərbaycan türk aydını bildirib ki, bunun üçün üç əsas məsələ gündəmdədir: 1) Türklüyün mahiyyəti; 2) İslamlığın mahiyyəti; 3) Yeniləşməyin ölçüsü. F.Qzənfəroğlu məruzəsində bildirdi ki, bu üç məsələdə bütün türklər, o cümlədən Azərbaycan və Türkiyə türkləri həssas olmalı, bununla bağlı örnəkləri başqlarından deyil, öz mahiyyətindən almalıdır. Onun sözlərinə görə, Türk dövlətlərinin adlarının hansı məna kəsb etməsindən asılı olmayaraq burada öncüllük türklüyün, daha sonra islamlığın və çağdaşlığındır. O bildirdi ki, bizim indiki anda şüarımız Türk kimi müsəlmanlıq, Türk kimi çağdaşlıq olmalıdır.