BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (2-ci hissə)

13:10 / 05-10-2016   /   baxış - 2085

 Allahın (c.c.) Müqəddəs Kitablarda çəkilən bütün adları arasında, şübhəsiz ki, birinci yerdə onun “Yaradıcı” adı olmaladır. Əgər O (c.c.) insanı yaratmasaydı, yer üzündə Onun (c.c.) böyüklüyünü dərk edən olmayacaqdı. Əgər biz Yer şəratində həyatın meydana gəlməsi şərtlərinə nəzər salsaq görərik ki, burada əsas dörd element (torpaq, su, hava, od) olmasa, canlıların meydana gəlməsi üçün heç bir şərait yarana bilməz. Məhz həmin dördlük “xaç”da öz əksini tapır. 
Təbiətdə  canlanma yağışla bağlı olduğu üçün bir çox xalqlarda Baş Allah şimşəyi təcəssüm edirdi. Yalnız yağış yağdıqdan sonra təbiətdə (istər əkinçilikdə, istərsə də maldar¬lıqda) canlanma başla¬yırdı. Şimşək isə yalnız iki əks qütblü buludların bir birinə çaxılması nətiçəsində baş verir. 
Maraqlıdır kı, qədim insan odu əldə etmək üçün “çaxmaq daşı”-ndan istifadə edirdi. Dilçilikdə çox geniş yayılmış metateza vasitəsi ilə “xaç” sözü “çax” oxunur. Məsələn X əsr ərəb müəllifi İbn əl-Fəqihin yazdığına görə Türkeş hökmdarı ərəblərə öz qüdrətini nümayiş etdirərkən, ərəb sərkərdəsi ilə birlikdə meşə ilə əhatə olunan yüksəkliyə gəlirlər. Burada onları günəş işığında parıldayan və yüksələn bayraqlar altında “Çax! Çax!” sədası ilə on minlik süvari qoşun qarşıladı. Təsadüfi deyil ki, Misir fironlarının əllərində saxladıqları “anx” işarəsi məhz yaradıcılığın təcəssümü kimi, həmin fiziki hadisəni əks edir. Qeyd olunmalıdır ki, həmin “dördlük (torpaq, su, hava, od)” prinsipi Azərbaycan muğamı olan “Çahargah”-da da öz əksini tapmışdır. Məşhur Azərbaycan muğamşünası Mir Möhsün Nəvvab isə onun haqqında belə yazırdı: “Çahargahı göyün guruldamasından götürüblər və əlavə çun dörd nəğmə və güşələri ilə ikmala yetişir”. O da təsadüfü deyil ki, Qobustan mezolit qayalarında əks olunan “Yallı” rəqsi məhz “Çahargah” üzərində köklənmişdir. 
 Xristianlar “церковь (kilsə)” sözünü yanlış olaraq (? – müəllif)  “lövbərli gəmi” kimi şərh edirlər. “Bibliya”da deyilir ki, “Allah işıqdır və onda heç bir zülmət yoxdur” (Yəhyənin ilk müjdəsi 1:5). İsa peyğəmbərin (s) dekabr ayının 24-dən 25-nə keçən gecə anadan olması isə məhz İşığın zülmət üzərindəki qələbəsinin təcəssümüdür. Həmin gecədən “gün/işıq” saniyə-saniyə uzanmağa başlayır. İstər Musəvilikdə (minora) və İslamda (minarə), istərsə də Xristianlıqda “şam” yayılmış simvollardan biridır. Xristianlığın eramızın ilk illərində yaranmasına baxmayaraq, onun İsa peyğəmbərin (s) anadan olması ilə hesablanması yalnız eramızın V əsrində Romaya köçmüş və 526-cı ildə orada ölmüş mənşəcə iskit (skif) olan (!!! – müəllif) Kiçik Dionisi tərəfindən aparılmışdir. 
 Türk dilində “şam”-a “çıraq” deyilir. Rus dilidə isə “чиркнуть” feli “şamı (çırağı) yandımaq” deməkdir. “Ç/ц/s” hərflərinin əvəzlənməsini nəzərə alaraq [məs. polovçı (sarıyanız) ~половцы; Xorenli~Xorenası, Gəncəli~Qanzakesi] demək olar ki, Türk “çıraq” sözündəki “ç” hərfinin rus “ц” hərfi ilə əvəzlənməsi nəticəsində “ц-р-к (çıraq)”, Qərbi Avropada isə “sirk (цирк)” və “κυριακιον/circus/kirxa” sözləri yarandılar. Burada da  bir ziddiyyət yoxdur, çünki istər minarənin, istərsə də kilsənin memarlıq quruluşu “çıraq (şam)”-ı xatırladır. Kilsənin isə Allah (c.c.) evi olmasını nəzərə alaraq demək olur ki, “церковь” sözündəki “-овь” sonluğu Türk dilindəki “oba/məkan” sözündən alınmadır. Beləliklə də “церковь” sözü də Türk dili əsasında “Allah (Çıraq/İşıq) evi” deməkdir. İstər xristianlıqda, istərsə də İslamda İsa peyğəmbər (s) Məsih (Maşiah)-dır ki, yunanlar ona Xristos, ruslar isə Pomazannik dedilər. Sami dilindəki “masaxa” feli “yağlanmış” kimi tərcümə olunur. Türk dilində isə “yağı” “yaxırlar”, bu da “ğ / x (h)” hərf dəyişməsinin sübutudur. Əgər xristian ənənəsinə görə Məsih/Xristos “atası” Yahvə (Eloh) tərəfindən “yağlanmışdırsa” və sami təfəkkürünə əsasən Yahvə bərəkətverici qasırğadırsa, Türk dilində həmin qasırğanın nəticəsi “yağış” sözü ilə ifadə olunur. Maraqlıdır ki, qədim Türklərdə qurbanlıq “yağış” adlanırdı. Bu fəlsəfi düşüncəyə əsasən (yəni Allah (c.c.) yağış vasitəsilə torpağı canlandırır) “Yahvə (Allah)~yağ~yağış~yaxşı” sözləri arasında mifoloji əlaqəni göstərmək mümkündür. Əgər biz sami sözlərinin ilk vaxtlar hərfi deyil, hecalı prinsipini qəbul etsək [məsələn, Şameş/Şəms (Günəş) → “Şam” (səma) + Türk. “eş” (od) (Səma odu); Qüds → Türk. “Qud/Kut (ruh) + Türk. “eş” (od) (Müqəssə işıq) ], onda “Yakut” və “Yahud” sözləri arasında  da əlaqələri görmək olar. Müasir yəhudi “aşkenzların” əcdadları isə Türk əsilli “aşquz/iskitlər” olub. Biz artıq qeyd etmişdik ki, Allah (c.c.) Yaradıcıdır və biz Ona (c.c.) kişi kimi müraciət edirik. Məsələn, “Quran”da “qul huva Allahu əhəd” deyilir. Ərəb dilində isə “huva” üçüncü şəxsin kişi cinsinə aid olan şəxs əvəzliyidir. Yunan tarixçisi Herodotun yazdığına görə Türk iskitlər (skif/sakalar) Allaha (c.c.) “Baba” deyə müraciət edirdilər. “B/m” hərf əvəzlənməsi ilə “baba” “mama/ana” deməkdir. Həmin ifadələr metateza vasitəsi ilə sami dillərində də öz əksini tapmışdır - ərəblərdə “ata → əbun”, “ana → ümmun”, yəhudilərdə isə “ata → aba”, “ana → ima” səslənir. Lakin sami sözləri ilə müqayisədə Türklərin işlətdikləri “baba / mama (məmə)” ifadələri daha kamildir, çünki insani səviyyədə yaradıcılıq üçün “ata/baba”-nın iki yumurtası, “ana / mama (məmə)”-nın isə iki döşü olmalıdır. Əgər biz “O/huva (kişi)” prinsipinə əsaslansaq, onda İsa peyğəmbərin (s) “Məsih” ideyasından irəli gələrək atası “Yahvə (יהוה)”-nin adı iki hecalıdır və o Türk dili əsasında “Yah (yağ) + aba (baba)”, yəni “yağlayan Ata” kimi izah oluna bilər ki, bu da yuxarıda təqdim etdiyimiz “İsa Məsih” fəlsəfi fikirlə tam uyğun gəlir. Deyildiyi kimi torpağa bərəkət verici yağış göndərən Yahvənin maddi təcəssümü “^/ Tur” -  תורא / Tоrа”- dır. Lakin “Tur/Tor”-u sırf sami düşüncə tərzinin məhsulu hesab etmək düzgün deyil, çünki həmin simvol qeyri-sami tayfaları arasında da geniş yayılmışdır. Məsələn, skandinav mifologiyasında “Tor” As Türklərin başçısı Odinlə Yerdın oğludur ki, “Yerd” sözündə də Türk “yer/torpaq” anlamı sezilir. Əgər biz yaradıcılıq prinsipindən irəli qetsək, qeyd etməliyik ki, adı cəkılən “dördlük” prinsipi nə çoxinanclı yunan (Zevs, Alkmena, Herakl) və skandinav (Odin, Yerd, Tor) mifologiyasında, nə də ki sami monoteist (Allah, Torpaq, Adəm; Allah, Məryəm, İsa) təfəkküründə  öz əksini tapmamışdır. Əvvəla qeyd olunmalıdır ki, “tor” anlamı “tornada, tors, f(t)orum, töre (toy), tornaçı” sözlərində əks olunub ki, həmin sözlərin hamısı “dairə, dairəvi hərəkət” ifadə edən terminlərdir. Fizikada “tor” kəsişməyən, lakin onunla eyni düz müstəvidə yerləşən və fırlanan dairədir ki, o öz quruluşuna görə “ellipsi” xatırladır. Maraqlıdır ki, istər zərrə, istərsə də Yer kürəsi quruluş baxımından “ellipsi” xatırladır, çünki bu forma adi dairədən fərqli olaraq ona daimi hərəkət üçün ideal bir şərait yaradır. Hərəkətlə isə artıq zaman və məkan ölçüsü başlayır. Bu da artıq həyatdır. Həyatı (Nuru/İşığı) verən isə Allahdır (c.c.). Maraqlıdır ki, rus dilində “Yaradıcı” “Творец»-dir ki, həmin söz də “tur / tor” anlamından meydana gəlmişdir. Türk təfəkküründə isə həmim adı çəkilən “dördlük” prinsipi (Törədən, Torpaq, Türk, Turan) tam aydınlığı ilə gözə çarpır → Tor(edən)/ Törədən Allah (c.c.) Nur vasitəsi ilə Tor(paq)ı canlandırır ki, bunun nəticəsində də “Tor(k) / Türk yaranır. “Tork / Türk” sözündəki “k” hərfi “insanlığı” bildirən şəkilçidir, məsələn, Sparta~k; Mazda~k. Əgər biz “Tor”-a “-an” suffiksi əlavə etsək, onda “Turan” “məkan” anlamı yaranır ki, bu da “ailə”-dir. 
Beləliklə də “Türk” anlamı dar etnik çərçivədən çıxaraq superetnik bir anlam qazanır ki, ona əsasən də “Türk” ümumiyyətlə “xilqət”, yəni “Allah (c.c.) tərəfindən yaradılmış” kimi izah olunmalıdır. Buna görə də “Turan” Firdovsinin uydurduğu lokal bir ərazini deyil, bütövlüklə “xilqətin” yaşadığı “Yeri” nəzərdə tutur . “Türk”-ün bu cür izah olunması bir daha onun tam mənada “demokrat” olduğunu sübut edir ki, həmin anlamda da heç bir ayrı-seçkilik yoxdur. Əgər biz həmin yaradıcılıq prinsipi əsasında skandinav, yunan və sami təfəkkürünü üst-üstə qoyub tutuşdursaq, onda “Herakl, Adəm və İsa”-da “Türk”-dilər deyə bilərik. Yunan mifologiyasında Herakl Zevsin oğludur. İskitlər  “Zevs”-ə Baba deyirdilər. “Baba”-nın “nur”-luğu isə “Ər/Ar/Al”-in “isıq” kateqoriyası olmasını göstərir (məsələn, “ərimək, araq, alov”).  Yunan dil qaydalarına uyğun olaraq isə Zevsin “oğlu”  “Əroqlu / Ήρακλης” sonralar “Herakl / Herkules” adlandırıldı. 
 Lakin sami təfəkkürü ilə Türk düşüncəsi arasında böyük fərq var, çünki əgər “Adəm”-in əsası palçıqdır, o ölümlüdür və onda nəfs var, “Türk”-ün əsasını enerji təşkil edir və o tam mənada demokratdır. “Nur”-da nəfs yoxdur və “enerji” əbədidir. Məhz bunu bizim bayraqda olan səkkiz güşəli ulduz əks etdirir. 
Qeyd olunduğu kimi Allah (c.c.) “Nur”-dur və onda heç bir zülmət yoxdur. Allah (c.c.) pakdır, paklıq isə ağ rəngdə olur. Bayrağımızda olan “ağ” rəng özünü ay və səkkiz guşəli ulduzda əks etdirir. O ki qaldı “ayparaya”, burada səma cismi deyil, Müqəddəs İşığı qoruyan “Qab” nəzərdə tutulur ki, maddilik baxımdan bu anlam “Baki”-da öz əksini tapıb ki, Azərbayçan bütövlüklə “Odun” vətənidir. 
 “Ağ” rəng “imperium” deməkdir. Bəşəriyyətdə isə bir “imperium” ola bilər. Ona da sahib yalnız Allahdır (c.c.). Onu da təsadüfi saymaq olmaz ki, Azərbaycan gerbindəki “Alov” işarəsi “Allah” oxunur. Fizikada şüanın, ağ rəngin 7 müxtəlif rəngə parçalanması “spektr” adlanır. Lakin yalnız üç əsas “göy, qırmızı və yaşıl” rənglərin qarışığından “ağ” rəngi almaq mümkündür. Bayrağımızdakı bu çür rəng palitrası isə “Türk”-ün bir daha nə qədər demokrat olmasını əks edir, çünki digər bayraqlardan fərqli olaraq, bayrağmızda olan “ağ” rəng “göy, qırmızı və yaşıl” rənglərin fövqündədir! 
Bir çox tədqiqatçılar Strabonun uydurmasına əsaslanaraq “Azərbaycan” adını Kiçik Midiya satrapı Atropatın adı ilə bağlayaraq, “atur~”, “azər~” sözlərini fars mənşəlı hesab edirlər. Lakin onlar nəzərə almırlar ki, “Azər” qalası Mannanın Mazamua vilayətındə e.ə. VIII əsr assur qaynaqlarında xatırlanır. Sonralar bu qala Strabon tərəfindən yad edilir. Bir də ki, əgər qalanın adı e.ə. VIII əsr qaynağında əks olunursa, bu heç də demək deyil ki, o məhz həmin vaxt tikilib. Digər tərəfdən isə həmin tədqiqatçılar unudurlar ki, “atur / azər” “od / işıq”-dır ki, o da öz fiziki xüsusiyyətlərinə görə müsbət və mənfi yüklərdən ibarətdir. Bu isə həm “azər”, həm də ki “atur” sözlərinin iki hecalılığı ilə təsdiqlənir. “Az, ər” və onların semantik oxşarları olan “ağ, al” və sair Türk (Azərbaycan) onomastikasında geniş yayılmış sözlərdir ki, bu da “Ağvan, Alban” adları ilə təsdiqlənir. Lakin “azər” sözündən fərqli olaraq “Azərbaycan” anlamında həm İlahiyyət, həm də ki, Qanun var. Hər bir nüvənin dağılmasının qarşısını alan, onu qanun çərçıvəsində qoruyan örtükdür, ona da “maye” (cövhər, substasiya) deyilir ki, bundan da ruslarda “Бог” sözü yaranır. Bu söz isə “işıqla” baglı olan “muğamın mayesi”-ndə əks olunur. Onun dialektik /dil/ fərqi də “bay (buğa)/ white (ingl. dilində də “ağ” rəng)/maq/бог”-dur. Xatırladaq ki, Allahın (c.c.) ən qədimlərdə piktoqrafik təcəssümü “^/ Tur”-idi. O ki, qaldı “Azərbaycan” adındakı “-qan/-can” suffiksinə, bu da şübhəsiz artıq “daşlaşmış” “məkan” bildirən sonluqdur. Buna görə də “Azərbaycan”-ın xalq tərəfindən əsrlər boyu “Odlar Yurdu (daha doğrusu “Allah evi”) kimi adlandırılması tam doğrudur və onu “Atropat”, yaxud digər adlarla bağlanmasına ehtiyac qalmır. Digər tərəfdən isə bu analogiya onu sübut edir ki, “Azərbaycan”-çılıq ideyası Türklükdən doğur. Biz isə düşünürük ki, Nəsiminin məşhur “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” fikri də məhz bu fəlsəfi ideyalardan qidalanıb. 
Şübhəsiz, bu fikirlərlə razılaşmayan da olacaq. Lakin deyirlər ki, həqiqi elm mübahisədən yaranır. Elmin imkanları tükənməzdir. Bu fikirlərlə razılaşmayanlar isə buyursun,öz əsaslı fikirlərini ortaya qoysunler. Elmdə isə “ola bilməz, çünki heç vaxt ola bilməz” prinsipinə yer yoxdur!!! 

Ələkbər Ələkbərov

tarix üzrə fəlsəfə doktoru



Muxtar Fatih BEYDİLİ: Suriya türkmənlərini Can Azərbaycanla birləşdirən nədir?
14:22 / 03-04-2021
“İlkin yazılar” mövzusunda növbəti diskussiya keçiriləcək
18:37 / 04-10-2018
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək
22:39 / 08-03-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. II yazı
19:11 / 23-02-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. I yazı
19:08 / 23-02-2017
Lozanna konfransı – Türkiyənin dünəni və bu günü
22:26 / 10-01-2017
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! II yazı
23:36 / 09-01-2017
ANADOLU'DA VE BALKANLAR'DA ESKİ TÜRK İZLERİ
18:53 / 26-12-2016
Böyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay BahadırBöyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay Bahadır
22:15 / 20-11-2016
ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ
11:26 / 17-11-2016
Türkiyədə Cümhuriyyətin qurulduğu ilk dövrlərdə dünyəvilik probleminin ideoloji əsasları
18:50 / 07-11-2016
TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ
22:41 / 28-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (1-ci hissə)
20:42 / 04-10-2016
Erməni yalanlarını ifşa edən qədim türk damğaları
21:37 / 11-09-2016
Oğuz xan - Aran əsilli Misir fironu
10:06 / 03-09-2016
Ukrayna Ermenileri ve ya Ermenileşen Kıpçaklar
11:28 / 25-07-2016