BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səməd bəy Mehmandarov

22:11 / 16-10-2015   /   baxış - 30436

Səməd bəy Mehmandarov - Azərbaycan generalı.  1855-ci il oktyabrın 16-da Azərbaycanın cənnət guşəsi Lənkəran şəhərində dünyaya göz açıb.

İlk təhsilini Bakıda gimnaziyada aldıqdan sonra 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alıb və elə həmin vaxtda da üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsinə yüksəlib. S.Mehmandarova Rus-Yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun dörd alaydan ibarət  21-ci piyada diviziyasına komandirlik edib. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazanıb.

1915-ci ildə korpus komandiri təyin edilən general S. Mehmandarov 1917-ci ildə Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.

1918-ci ilin 25 dekabrından general Azərbaycan Xalq Cümhuriyyəti höküməti tərkibində Hərbi Nazir vəzifəsini icra edərək müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra S.Mehmandarov Nəriman Nərimanovun zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirib.  1921-1928-ci illərdə  hərbi komandirlər məktəbində müəllimlik edib. O, həmçinin 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəallıq göstərib. 1928-ci ildə isə səhhətində yaranmış problemlərə görə ordudan təxris olunub və fərdi dövlət təqaüdünə layiq görülüb.

Dövrünün görkəmli şəxsiyyətlərindən olan general-polkovnik S.Mehmandarov türk və fars dillərinə də müəkəmməl səviyyədə bələd olub. Ömrünün son üç ilində islam tarixini və fəlsəfəsini araşdırmaqla keçirib.

General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat edib.



Ənvər Paşa
11:10 / 19-08-2016
Üzeyir Hacıbəyli
00:01 / 23-12-2014
Məhəmməd ağa Şahtaxtılı
00:00 / 23-12-2014
Əlimərdan bəy Topçubaşov
23:56 / 22-12-2014
Əli bəy Hüseynzadə
23:45 / 22-12-2014
Həsən bəy Zərdabi
23:43 / 22-12-2014
Ağa Məhəmməd Şah Qacar
23:38 / 22-12-2014
Məhəmmədəli Tərbiyət
23:37 / 22-12-2014
Əli Müsyo Təbrizi
23:33 / 22-12-2014
Cəmaləddin Əfqani
23:32 / 22-12-2014
Mirzə Yusif xan Müstəşarüddövlə
23:30 / 22-12-2014
Abbas Mirzə Qacar Qovanlı
23:17 / 22-12-2014
Səttar xan
00:48 / 22-12-2014
Əbülfəz Elçibəy
00:28 / 22-12-2014
Seyid Cəfər Pişəvəri
00:25 / 22-12-2014
Şeyx Məhəmməd Xiyabani
00:23 / 22-12-2014