BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əli bəy Hüseynzadə

23:45 / 22-12-2014   /   baxış - 33291

Əlibəy Hüseynzadə- Əli Hüseyn Turan(24.02.1864, Salyan – 1940, Türkiyə)– böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi , XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuşdur.

Həyatı

1864-cü il 24 fevralda Salyandaanadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyanininhimayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, almanvə rusdillərini öyrənmişdi.

1885-ci ildə Peterburquniversitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovskivə başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

Rusiyaimperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbulagəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində ədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

Yaradıcılığı

Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mə’nəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

Türkiyədəki təqiblərdən sonra Azərbaycanaqayıdan Ə.Hüseynzadə "Kaspi" qəzetiilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğluilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevinmaliyyəsi ilə "Həyat" qəzetininnəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır.

Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:

Həqiqətin də dadı və ləzzəti var.

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...

Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...

"Şeyxülislamın portreti", Hüseynzadənin çəkdiyi portret

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat"jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat"jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

"Füyuzat"daƏli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Azərbaycan Xalq Cümhuriyyətidövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Ə. Hüseynzadə həmçinin Sankt-Peterburqİmperator Rəssamlıq Akademiyasında təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Ailəsi

Nəslin ilk bilinən nümayəndəsi şeyxülislam Axund Əhməd Səlyaniqabaq 39 il Qafqazşeyxülislamı olmuş Axund Məhəmmədəli Səlyanidir(1791-1852). Məhəmmədəlinin qardaşı Əlidən Axund Əhməd Səlyani (1812-1884) dünyaya gəlib.

Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın həmin bu Nisədir. Şeyxülislam Axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır. Axund Əhmədlə Hüsniyyənin isə iki qızı vardı: Xədicə, fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurmuşdu. Kazım Hüseynzadənin Axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir.

Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".

SalyandanTiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.

1911-ci ildə İstanbuldaəslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərəAkademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbuldaməşhur olan Feyza Sənət Qaleriyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.



Ənvər Paşa
11:10 / 19-08-2016
Səməd bəy Mehmandarov
22:11 / 16-10-2015
Üzeyir Hacıbəyli
00:01 / 23-12-2014
Məhəmməd ağa Şahtaxtılı
00:00 / 23-12-2014
Əlimərdan bəy Topçubaşov
23:56 / 22-12-2014
Həsən bəy Zərdabi
23:43 / 22-12-2014
Ağa Məhəmməd Şah Qacar
23:38 / 22-12-2014
Məhəmmədəli Tərbiyət
23:37 / 22-12-2014
Əli Müsyo Təbrizi
23:33 / 22-12-2014
Cəmaləddin Əfqani
23:32 / 22-12-2014
Mirzə Yusif xan Müstəşarüddövlə
23:30 / 22-12-2014
Abbas Mirzə Qacar Qovanlı
23:17 / 22-12-2014
Səttar xan
00:48 / 22-12-2014
Əbülfəz Elçibəy
00:28 / 22-12-2014
Seyid Cəfər Pişəvəri
00:25 / 22-12-2014
Şeyx Məhəmməd Xiyabani
00:23 / 22-12-2014