BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Avropa danışır

09:50 / 07-08-2016   /   baxış - 1815

1915-ci ildə Osmanlı imperiyasının imzalamaq məcburiyyətində qaldığı “təhcir yasası”nın ötən həftə alman parlamenti tərəfindən “soyqırım” donu geyindirilərək qəbul edilməsi mənə, tarixin heç danışmadığımız bəzi məqamlarını xatırlatdı...

 “Almaniyanı milli layhə” halına gətirən 1897 və 1900 tarixli Alman parlamenti tərəfindən qəbul edilən qanunlar “Flottengesetz” adlanır.  Hər iki qanun Almaniyaya “dünyaya hökm etmək haqqı” tanıyırdı. 1900-cu il “Flottenpolk” proqramını qəbul edilməsindən az zaman sonra Almaniya Çinə bir donanma göndərdi. Bu münasibətlə imperator II Vilhelm əsgərləri qarşısında bir nitq söylədi: “Üzr qəbul etməyəcəksiniz! Əsir almayacaqsınız! Sizin etdikləriniz nəticəsində Çin alman adını 1000 il boyunca unutmayacaq və heç bir çinli başını qaldırıb bir almanın üzünə baxmağa cəsarət etməyəcək”.

Alman əsgərlərinin 1900-cü ildə törətdiyi vəhşilikləri çinlilər heç unutmadı. Amma yaşılların və sosial-demokratların ulu babası Kautskidən başqa heç bir alman bu vəhşətdən bəhs etmədi. Nə keçmişdə, nə də günümüzdə...

Tarix unutmamaq elmidir. Keçmişini unudanları tarix nə əfv edir, nə mərhəmət göstərir.  Əslində heç bir millət tarixini unutmaz. Bu ucuz ideoloqların ehkamından yaranan bir ifadədir. Xalqlar sadəcə, susar. “Susmaq” feili millətlərin yaddaşında “səbr” mənasına gəlir. Səbr, yəni sıranın gəlməsini gözləmək...

Almaniyanı II Vilehlmin bu günün anlayışı ilə olduqca kobud səslənən sözləri ilə qiymətləndirmək haqsızlıq olar. 1898-ci ildə Şamdakı məşhur nitqində özünü “300 milyonluq müsəlmanların dostu” elan edən də eyni Vilhelmdi. “Tarixdə adından bəhs ediləcək tək hökmdar var, o da Attilla”dır deyən də eyni imperator idi. Ordularını Çinə göndərərkən əsgərlərinə özlərinə Hunları nümunə almasını istəyən də eyni alman hökmdarıdır. Çində minlərlə insanı qətl edən Vilhelm dövrün İslam mətbuatında özünü “Hacı Vilhelm” elan etmişdi. O çağın sifarişli mətbuatı “II Vilhelmi Sultan Əbdülhəmidin Alman imperatorluq sarayında təhsil alması üçün göndərdiyi oğlu olduğunu” iddia etməkdən də çəkinmədi.

İmperatorlarının əmr ilə çinliləri qətl edən və bu hadisəyə mədhiyyələr qoşan dövrün alman mətbuatının böyük filosof Kantı “Konsberqli çinli” adlandırması necə də qəribə səslənir.

1915-ci ildə “təhcir yasası”nın qəbul edildiyi tarixdə Almanya qəzetlərinin manşetlərini bəzəyən şüar “Heiliger Krieg” (cihad) idi. “Cihad” sözünün yeganə Avropa dilinə tərcüməsi də məhz almanca olanıdır. Bu termin digər bütün avropa dillərində ərəbcə şəkli ilə “jihad” olaraq ifadə edilir. Və yenə yeganə Avropa ölkəsi olaraq bu termin sadəcə Almanyanın “Septemberprogramm 1914” adlı dövlət proqramında yer alıb.

1878-ci il Berli konfransı dünya siyasətinə “erməni məsələsi”nin çıxması baxımından da diqqət çəkir. İlk dəfə bu konfransta Qərb dövlətləri ermənilərin “varlığını” qəbul etdilər. O tarixə qədər ermənilər Avropalı xristianlar tərəfindən “sapqın xrisitanlar” hesab edilirdi.  Yenə o tarixə qədər avropalılar üçün iki erməni “kimliyi” mövcud idi: “Latın sevən ermənilər” və “Latın düşməni ermənilər”. 1600-1715-ci illər arasında bu iki erməni kimliyi arasında Amahidə Ter-Minassiyanın ifadəsi ilə “sərt döyüşlər” əksik olmadı.  1800-cü ildə avropalılar onları daha müasir terminlə “məcburi” və “hörmətə layiq” kimi təqdim edilməyə başladılar. 1878 Berlin konfransı “iki kimliyin birləşməsi” mənasına gəlirdi.  Bismarka görə, artıq onlar da “adamdan” hesab edilə bilərdilər. Edildilər də...

Almanya Avropa üçün ilklərin yurdu. Avropada ilk qəzet Almanyada nəşr olundu. İki səhifəlik kitab vərəqinə oxşayan mətbuat tarixinin bu ilk nümunəsinin əlimizdəki ilk sayı Viyana mühasirəsi illərinə aid. Avis adlanan qəzetlərin yeganə qayəsi avropalılara “Türk xəbərləri” çatdırmaq idi. XVI əsrdən günümüzə qalan kolleksiyasında türklər haqqında xəbərin yer almadı sayı tapmaq mümkün deyildir. Bəlkə də bu səbəbdən almanlar uzun illər qəzətləri “Turkendrucke” (Türk başlıqları) adlandırıblar.

Avropanın ilk siyasi xatirələri də məhz bu tarixlərdə yayımlandı. Əsərin adı “Discurso de Europa”, yəni “Avropa danışır”, müəllifi Andres Laguna. XVI əsrin müəllifi bu günün alman parlamentərlərinin dilinə tərcümən olur, adətən: “Haradadır mənim Tranzon İmepriyam? Haradadır Konistantinapolisim? Haradadır Edirnəm? Ah, yanmış, qovrulmuş halda gedirəm, kinlə sürüklənərək”...

            Bismarka qədər tarixdə nə Almaniya adlı ölkə vardı, nə də almanca. Hər iki termin Bismark dövrünün kəşfidir. Bu gün belə Almaniyanın rəsmi dili “yüksək almanca” adlanır. “Yüksək almanca” demək, öyrədilən almanca deməkdir. XIX əsrin axırlarında Almanyada 70, İtalyada isə 80-ə qədər dil danışılırdı. XX əsrdə sadəcə ikisinə yaşamaq haqqı tanındı. Eyni tarixdə Avropada ermənicə bilən erməni tapmaq isə ən müşkül məsələ idi. Ermənilər altı dilli (frasızca, latınca, yunanca, ərəbcə, türkcə və farsca) bir topluluq adlanırdı. Üstəlik ermənicənin hansı dil ailəsinə daxil olduğu da mübahisəli idi. 1948-ci ildə belə George Dumezil ermənicəni “üç təməl dilə, yəni ərəbcə, farsca və türkcəyə daxil olan dil” adlandırır.

            Avropada 1798-ci ildə verilən bir elanla açılan erməni dil məktəblərinin tək məqsədi vardı “draqoman” yetiştirmək. Draqoman, yəni “dəyişmiş” erməni.

            Anlamaq üçün dəyişdirmək, anlatmaq üçün dəyişdirmək... Bu məqsədlə avropalılar dünyada bir elm yaratdılar: Şərqşünaslıq.

            “Dəyirşdirmək” Avropanın dünyanı özündən təhcir etmə yasasına verdiyi ad.

Avropa tarixi dəyişərək oxumağı sevir. Dəyişmək, dəyişdirərək yox etmək. Və dəyişdirmənin günahını əsla qəbul etməmək.

            Bəlkə, həqiqətən də “Avropa belə danışır”.

Qaliba, dünyada ancaq Avropa danışır.

 

 

Əkbər Nəcəf

tarixçi, araşdırmaçı



Demokratikləşmə və millətləşmə
21:45 / 06-02-2017
“Kürdlərin kökəni” adlı kitab işıq üzü görüb
20:45 / 27-11-2016
Keçmiş SSRİ-də baş qaldıran milli hərəkatlar və M. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq cəhdləri
09:48 / 22-09-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Luvr muzeyi - dünyanın maddi mədəniyyətinin mühafizəçisi kimi
19:38 / 26-01-2016
Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb
17:50 / 18-09-2015
Ermenistan’da Neden “Sağ-Muhafazakâr Milliyetçilik” Günümüze kadar Yaygın Olmadı?
20:25 / 08-09-2015
Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib
20:01 / 01-09-2015
İranda erməni məktəbləri
19:39 / 28-08-2015
“İngilislərin neft oyunu Osmanlını necə yıxmışdı?”
12:01 / 06-08-2015
Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb
12:36 / 14-06-2015
Ra-Amon Allahın Azər dağı
11:01 / 05-05-2015
Кавказская политика и наука царской России: Армянский вопрос и И.Орбели - 2 ЧАСТЬ
21:51 / 02-05-2015
Ереванские ученые ищут армянские гены там, где их нет
17:46 / 21-04-2015
“Sufilik nədir və onun islam tarixində rolu” mövzusunda növbəti diskussiya keçiriləcək
23:20 / 20-04-2015
Adolf Hitlerin ölümündən 1 gün əvvəl verdiyi müsahibəAdolf Hitlerin ölümündən 1 gün əvvəl verdiyi müsahibə
12:40 / 30-03-2015