7 fevral 2015-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşəbbüsü ilə "Qafqazda yaşayan xalqların antropologiyası və genetikası" mövzusunda növbəti diskussiya keçiriləcək. Mövzu üzrə məruzəçi tədqiqatçı Zamin Qafar Adnalı olacaq. Tədbirdə alimlər, ziyalılar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər kəsin iştikrakı arzu olunandır.
Tədbir saat 15:00-da başlayacaq.
Ünvan: Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun ofisi (Azərbaycan Demokrat Partiyasının (ADP) qərargah binası; N.Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).
BAO İnformasiya Xidməti
02.02.2015.