BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ənvər Börüsoy: Buz adamlar

00:00 / 26-12-2014   /   baxış - 1116

 

 

 

 

 

 

 

 

 

Bəşər sivilizasiyası adı altında üç min ildir qədim kopt düşüncə tərzi mistik kosmoqonik inanc kultuna pərçimlənmiş, ehram fəlsəfəsinə uyğunlaşdırılan strukturalizm modellərinə dayanıqlı şəkildə dünyaya sahib olma strategiyasına üz tutulmuşdur. Burada idarə edən və aqibətə tabe etdirilən xalqlar doktrinasının tərkib hissəsi kimi dini ehkamlar adı ilə sarkallaşmanın üstün səviyyəyə qaldırılması kimi hədəflər hakimdir. Protokültür və inanc  qavramı, dünyanı dərkin institutsionallaşdırılması oyunları da məhz bu məcrada təlqin edilir bəşəriyyətə. İnsan oğlunun idarəolunan aqibət modelinin içinə yuvarlandırılması da  məhz bu anlayışa tabe etdirilmişdir. 

Çağımızda Azərbaycanın ictimai düşüncə tərzində daha dərin qatlara müdaxilənin əsas səbəbləri bu doktrinin sayəsində həyata keçirilməkdədir. Bu prosesdə fəal olan tərəf isə yırtıcı kapitalizmin irəli getdikcə, bu anlamın başında duranların qədim kopt düşüncəsi ehramlarındakı standartlara bənzəməyə çalışmasıdır. Çünki, onun fəlsəfi və mistik qavram tərzi quldar və idarə olunan cəmiyyət hökmünün sinergetikasına tabedir. Beləliklə, "buz adamlar", içi, ruhu, duyğusu, hətta genetik yaddaşı deformasiyaya uğramışlardan ibarət donuqlar zümrəsi formalaşır. Bunun əsas səbəbi son 150 ildə bəşər sivilizasiyasının kültür, tarix, evolyusiya siyasətinin Misir ehramlarının çevrəsində yaranan mədəni irsə pərçimlənmiş fetişlərə, yəni sfinks obrazlarının antropomorf və zoomorfon inanc kultunun demiurq, hermopol, ohoda, heliop, ennead kosmoqonik inanc əsatirlərinin (yəni qul olma, çevrəmizdə nələr varsa, onların hamısının köləsinə çevrilmə) nomlaşan (mütiləşmiş) qavramlara uzlaşdırılmasıdır. Beləliklə, hakimlər və onlara heyranlıqla itaət edənlərin fəlsəfi düsturu kültürəl dəyərlərin üstün səviyyəsinə qaldırılır. Kopt mifologiyası üzərində köklənmiş mədəni dəyərlər idarəolunan aspektdən bəşəriyyətdəki istedadları özünə ram etməklə, onu mut, xatxor, memfis, fiv, ra, apop, amaun, kanop zümrələri adı altında özünə ram etmə siyasəti yürüdülmüşdür. Kim bəşəri mənada bu standarta uyğun gəlməmişsə, onları elə qədim kopt ideologiyasının şərtləri əsasında duat darvazasının qarşısında edam etdikdən sonra, həmin yerdə – ölü göldə gömmüşlər. 

 

Bu mənhus ideyaları yayğınlaşdırmaq üçün yırtıcı kapitalizm digər üsulları da tətbiq etməkdən çəkinməmişdir. Belə ki, hindli buddaların maur, çandraqupt, çalku, çera, çola, kadamba, pallava və pand ədəbi, mədəni, duyum, astroloji və fəlsəfi baxışlarına söykəmli olan stur eopxasının dini-mistik üslublarının ictimai yaşam tərzinə çevrilməsinə çalışılmışdır. Xüsusilə vedaların tərkib hissəsi kimi samxit himnləri üzərində köklənmiş brəhmən melodiyalarının ruhunda riqveda, samaveda, aranya və yacuvaved ruhunun içində insanları və bəşəriyyəti kölə olmağa yönləndirən upanişad şüuraltı estetik inanc kultunun intellektual mahiyyətini mahabharata və ramayana mistikasına tabe etdirmək hədəfləri irəli sürülmüşdür. Bax belə yerdə vedalar dəhşət saçan buddizmin cayni, yoq, çarvan-ləkət, vedant, vayşeşin, nyay, mimans, sankxya cərəyanlarını “Darşan” fəlsəfi məktəbi əsasında çeşidli təlimlərə çevirir. Bunun adına “Stur erası” deyilir. Yəni, Hautam Buddası (indiki yırtıcı kapitalistlər) “nama-sutra” maraqları çərçivəsində köklənmiş ədəbiyyat, incəsənət və mədəniyyət mövcud ola bilər, konsepsiyasını hakim düşüncə tərzinə çevirmişlər. Bunun digər mənası isə brəhmən (baş kahin) rita qanunlarına tabe etdirilməklə istedadların sahibi ola bilmək səlahiyyətinə malikdir. Əsas məntiqi qavrama görə isə, kosmoqonik həyat tərzinin enerjisi istedadlı adamlardan qüdrətli brəhmənə ötürülməlidir. Maxa Manvantara və Maxa Pralaya tipli insanlar isə cəmiyyətdəki istedadları materializmin predmetinə bağlamaqla bu prosesi idarə etməlidirlər. Beləliklə fitri istedadı olan yaradıcı insanlar puruşa (adi enerji) və ya prakritinin (sadəcə maddi) ilğımına çevrilirlər. Bu isə o deməkdir ki, insanın duyğusu və ruhu yaradıcı təfəkkürə deyil, atman, sansar, axims, mokş, karma, aximsa üslubunda guya “Maxatmam” əbədiyyətinin zirvəsinə qalxmış olur. Bunu hətta idarəolunan cəmiyyət, yəni savadsız kütlə üçün “böyük ədəbi ruh” qavramına çevirməklə, sosial mənada insanların üzərində hökmlü olduqlarını, onu əbədiyyətə çevirmək planları irəli sürülür. Beləliklə, ədəbiyyat və kültürün yaratdığı “buz adamlar” zümrəsi formalaşır. Onların belə duruma düşməsinin faciəsi həm də sinergetik toplum anlayışının məhvi, sonu deməkdir.  



Demokratikləşmə və millətləşmə
21:45 / 06-02-2017
“Kürdlərin kökəni” adlı kitab işıq üzü görüb
20:45 / 27-11-2016
Keçmiş SSRİ-də baş qaldıran milli hərəkatlar və M. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq cəhdləri
09:48 / 22-09-2016
Avropa danışır
09:50 / 07-08-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Luvr muzeyi - dünyanın maddi mədəniyyətinin mühafizəçisi kimi
19:38 / 26-01-2016
Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb
17:50 / 18-09-2015
Ermenistan’da Neden “Sağ-Muhafazakâr Milliyetçilik” Günümüze kadar Yaygın Olmadı?
20:25 / 08-09-2015
Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib
20:01 / 01-09-2015
İranda erməni məktəbləri
19:39 / 28-08-2015
“İngilislərin neft oyunu Osmanlını necə yıxmışdı?”
12:01 / 06-08-2015
Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb
12:36 / 14-06-2015
Ra-Amon Allahın Azər dağı
11:01 / 05-05-2015
Кавказская политика и наука царской России: Армянский вопрос и И.Орбели - 2 ЧАСТЬ
21:51 / 02-05-2015
Ереванские ученые ищут армянские гены там, где их нет
17:46 / 21-04-2015
“Sufilik nədir və onun islam tarixində rolu” mövzusunda növbəti diskussiya keçiriləcək
23:20 / 20-04-2015