İnsan inkişafa doğru can atan canlıdır. insan milyon illər əvvəl yaranmışdır və çoxalmış, inkişaf etmiş, mədəniyyətlər formalaşdırmışdır. Bizdən əvvəlki dövr haqqında tam məlumatımız olmasa da müəyyən qədər informasiyalarımız vardır. Bu informasiyalar bizə gil lövhələr üzrində gəlib çatmışdır. Burada bizdən əvvəlki dövr haqqında məlumatlar toplanmışdır. Biz, bizdən əvvəlki dörd sivilizasiyanın haqqında tam bilmədiyimizə görə bu dörd sivilizasiyanın mövcud olduğu zamanı şərti olaraq “qaranlıq dövr” adlandırırıq. Biz belə nəzəriyyə irəli sürə bilərik ki, 25 min il əvvəlki sivlizasiya “TURAN SİVLİZASİYASI” olub, yəni ki bu Türk sivilizasiyasıdır. Bu sivilizasiya 90 min il əvvəl sakit okeanın ortasındaki MU adlanan qitədə yaranmışdır və orada yaşayan Türklər öz dövlətlərini yaratmışlar. Bu dövlət bəşər cəmiyyətinin ilk dövləti olub. İnsanlar 70 min il öncə buradan gəmilərlə dünyanın müxtəlif yerlərinə (Asiya, Hindistan, Afrika, Amerika) yayılmışlar. Birinci olaraq Asiyanın Çin ərazisində məskunlaşmışlar və qədim Çin mədəniyyətini formalaşdırmışlar. İkinci olaraq Hindistanda və Tibetdə məskunlaşaraq qədim hind mədəniyyətini yaratmışdırlar. Üçüncü olaraq Afrikaya üz tutmuşlar, müasir Keniyanın, Tanzaniyanın və Efiopianın ərazilərindən Misirə doğru istiqamət almışlar və beləliklə qədim Misir mədəniyyətini yaratmışlar. Dördüncü olaraq Amerikaya getmişlər, oradan da Atlantik okeanın ortasında yerləşən Atlantida adasına, oradan da Aralıq dənizi hövzəsində yerləşən Apenin yarımadasına, sonra isə Balkan yarımadasına, son olaraq isə Kiçik Asiya yarımadasında məskunlaşmışlar. Hindistan ərazisindən Şumeristan və Kəngəristan, yəni indiki müasir iraqın ərazisində məskunlaşaraqşəhərlər salmışlar, dövlət qurmuşlar. Buna misal olaraq Akkad, Babil dövlərini göstərmək olar. Burada qədim Şumer sivilizasiyasını və kəngər mədəniyyətini formalaşdırmışlar. Türklərin ümumi məskunlaşdığı və yaşadığı coğrafi ərazisi tədricən formalaşaraq Turan adlanmışdır (sonralar Türklərin yatardığı dövlət də bu adı daşımışdır). Turandan Türklərin dünyaya yayılmasını “Türklərin böyük köçü” adlandırmaq olar. Bu hadisə 70 min il bundan öncə başlamış, 25 min il əvvələ qədər davam etmişdir. Turanda yaşayan insanlar “uyğur türkcəsində” danışmışlar, millət olaraq mayyalı adlanmışlar. Bu ad isə Türklərin ilk məskunlaşdığı Mu qitəsinin (25 min il bundan əvvələ qədər mövcud olmuşdur) “günəş ölkəsi” adlandırılması ilə əlaqəlidir və bu da qədim Türklərin ilk dini inancı günəşə sitayişlə bağlıdır. Türklərin ilk dövləti olan Turan dövləti təxminən 90 min il əvvəl yaranıb və 70 min il əvvəl “Türklərin böyük köçü” hadisəsilə əlaqədar olaraq bu dövlət zamanla imperiyaya çevrilmişdir. Dövləti isə “kral” və “kraliça” idarə etmişdir. Bu dövlət Turan mədəniyyətini formalaşdırmışdır. Turan sivilizasiyası 25 min il bundan əvvəl məhv olmuşdur. Bunun əsas səbəbi okeanda baş verən zəlzələ olmuşdur (25 min il bundan əvvəl). Bu təbiət hadisəsinə elmdə “böyük daşqın”, dində “Nuhun tufanı” adı verilmişdir. Bir göz qırpımında böyük bir qitə məhv olmuşdur. Yaşı 90 min il olan qədim sivilizasiya biranda okeana qərq olmuşdur. Bu daşqında 64 milyon insan məhv olmuşdur. Bu hadisədən sonra Turanın müstəmləkələri mütəqil dövlətlərə çevrildi. Məsələn 16 min il bundan əvvəl Misir yarandı, 18 min il bundan əvvəl isə Şumer ərazisindəki dövlətlər və s. Tədricən oradaki Türklər öz Türklüyünü itirərək yeni millətlərə çevrildilər. Beləliklə bu mədəniyyət və sivilizasiya tarixə qərq oldu. Bunlardan yalnız əfsanələrdə və gil lövhələr üzərində yazılar qaldı.
Yazan: Seymur Nəzərli