Dünya alimlərinin Şumerlər haqqında fikirləri.
S.N.Kramer: “Dilçilik baxımından, çoxsaylı məktəb lövhələrinə əsasən hər şeydən əvvəl qeyd edək ki, şumerlərdə qrammatikaya xüsusi diqqət verilib.Belə lövhələrin əksəriyyəti mürəkkəb isimlərin və fel şəkillərinin və.s uzun siyahısından ibarətdir.Bu onu göstərir ki, Şumerlərin qrammatikası yaxşı işlənmişdir.Sonralar milladan əvvəl III minilliyin son dördüncü rübündə, semit-akadlar tədricən Şumeri zəbt etdikləri vaxtda Şumer müəllimləri, bizə məlum ilk “Lüğətləri” yaratmışdılar.Məsələ burasındadır ki, semit işğalçılar nəinki şumer kitabələrini qəbul etmişlər həm də qədim Şumer ədəbiyyatını yüksək qiymətləndirmişlər, saxlamışlar.Şumer dili ölən vaxt belə, o kitabələri tədqiq etməyə başlamışlar.Bununla da “Lüğət”lərə Şumer söz və ifadələrinin düşməsi zəruriyyəti yaranmışdı”.
İ.M.Diakanov: “III minilliyin İki çay dövlətlərindən heç biri təmiz semit dövləti olmamışdır amma II minilliyin əvvəllərində semit dili Şumerlərin qədim dilini tədricən sıxışdırmış, bütün ölkədə canlı istifadədən çıxarmışdı.Ancaq din və elm dili kimi ölü dil olaraq qalmışdı”.
İngilis alimləri S.Lloyd və Q.Cayld: “Turanlılar təxminən 10-12 min il bundan qabaq səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar.Dünyada ulu bir mədəniyyətin məşəli alışdı.Bu işıq ehtiyacı daxildən gəlirdi və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində “işıq guşələri” şölələndi”.
İngilis alimi D.Bulli: “Nil vadisinin ilk fironu Manesin hökmdarlığı dövründə Misir nəhayət tərəqqi yoluna qədəm qoyduğu vaxt onun yoluna Fərat sahillərində pöhrələnmiş daha qədim və yüksək mədəniyyətin şöləsi işıq saçdı.Qərb mədəniyyəti də Şumerdəki ana ocaqdan şöləlində.Misir, Babil, Assuriya, Frinkiya, qədim yəhudi və nəhayət Yunan mədəniyyətinin mənbəyini də Şumerdə axtarmaq lazımdır”.
Polşa alimi Z.Kasidovski: “Dəclə və Fərat hövzələri bəşər tarixində xalqların zəngin mədəniyyət mərkəzlərindən olub.Bu böyük mədəniyyətin əsas yaradıcıları şumerlərdir.Artıq milladdan əvvəl III minillikdə onlar gözəl şəhərlər salıblar,suvarma arxları şəbəkəsinin köməyilə torpağı becəriblər, onlarda sənət çiçəklənib, onlar böyük incəsənət əsərləri və ədəbiyyat yaradıblar.Şumerlərin davamçıları kimi akkadlar,assuriyalılar,babillər, hetlər və armeylər sonralar Babilistanda və Suriyada öz dövlətlərini yaratmış və onların varisləru olaraq onlardan böyük və dəyərli mədəniyyət götürmüşlər.Bu yaxınlaradək biz elə hesab edirdik ki, yəhudi mədəniyyəti bütövlükdə Yunanıstana borcludur.Məhz ən yeni tədqiqatlar göstərdi ki,bir çox məsələdə biz o mədəniyyətin varisləriyik ki, 5000 il bundan əvvəl onu Şumer xalqının dühası yaratmışdır”.
Polşa alimi M.Beltski: “Bu xalq soykökü, dili və mədəniyyətinə görə Şimali Babilistanda sakin olan semit tayfasına yaddır, bu mübahisəsizdir.Şumerlərin mədəniyyətindən danışarkən bunu unutmaq olmaz.Xinks və Raulinsonun gəldikləri çox tələsik nəticələrin (məsələn babillərin iskit mənşəyi haqqında nəticələrin) elm tərəfindən tezliklə təkzib olunduğuna baxmayaraq etiraf edək ki, onların fikri əsasən doğru idi”.
Rus alimi D.Reder: “Şumerlərin dili ayrıca bir dildir.Bizə məlum dil ailələrilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz nəticələr verməmişdir.Yalnız onu qəti demək olar ki, o iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox Türk dilləri ilə müqayisə edilə bilər”.
Türk alimi Əhməd Cavad: “Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir.Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Voolley Şumerlərin morfoloji cəhətdən əski türkçəyə bənzər bir dillə danışdığını qəbul edir.Şumerlər türkdür, Şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var.Bizi bu qənaətə gətirən ən güclü sübut iki sübutdur. 1) Dil sübutu 2) Geoloji və arxeoloji sübut “.
Alman alimi Q.Vinkler: “Bizə qədər gəlib çatmış ən qədim qaynaqlar semit dilində deyil, Şumer dilində yaranıb ki, daha sonralar bu yazıların dilini də onların dili adlandırıblar.Bu dil hələlik yeganə dildir ki, Babil mədəniyyətini yaradanlardan, oxşəkilli yazıları icad edənlərdən, şumerlərdən bizə qədər gəlib çatıbdır.Bunu onların dili də adlandırırıq.Lakin ən mühüm və aşkar həqiqət onların dilinin mənasıdır.Əgər bizim üçün bu xalq hələ tarixəqədərki keçmişimizin çox gözəl xalqıdırsa, əzəli tarixi məlumatları bizim dövrümüzə gətirib çıxaran aramsız mədəni vasitədirsə, onda hər hansı bir mənəvi keyfiyyətdənsə, hər halda xoşbəxtlikdən onun saxlanmış olduğu dili bizə daha artıq tanış gəlir.Bizə gəlib çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə kifayət qədər bizdə təsəvvür yaranıb.Bu dil əsas elümentlərinə görə Türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və semit dillərinin quruluşundan tamamilə fərqlənir”.
Fransa alimi E.Reklu: “Qədim yazıların şəhadətinə görə Babil sivlizasiyasını inkişaf etdirənlər Hind-Avropa dillərində danışıb,özlərini dil və mənşəcə Avropanın həqiqi və yalançı ari xalqlarının qohumu sayan qəbilələr olmamışlar.Arilərin bütün sahələrdə tam üstünlüyünün təsiri altında olan assirioloqlar özlərinin bu kəşfindən xeyli heyrətə gəldilər.Onlar heyrət içində gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və Semit dillərinə xas olan cizgilər qətiyyən yoxdur.Əksinə Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına görə tamamilə başqa dildir.Babilistanın digər müxtəlif sakinlərinin danışığına heç cür uyğun gəlmir”.
B.Qroznı: “Şumerlərin Babilistana mühacirəti iki dalğa üzrə olub.Onlar Mərkəzi Asiyadan və ya hətta Yaxın Şərqdən Mərkəzi Asiyanın üstündən keçib gəliblər.Birinci dalğa El-Obeyd dövründə ikinci dalğa isə bir neçə yüz il gec Uruk dövründə olub”.
F.Qommel: “Əgər desək ki, bütünlüklə tanrıların adları Babil mifologiyasından götürülüb, onda bu adlar demək olar hamısı Şumer əlamətidir.Bunun üçün ilk növbədə bu cəhətə diqqət etmək gərəkdir ki, semitlər Şumerlərin əsas mədəniyyətini və başlıca olaraq yazısını və dilini tanımışlar.Axır vaxtlaradək xüsusi həvəslə Şumer adlarını habelə onların özlərinin yenidən yaratdıqları və ya özlərilə gətirdikləri mifoloji fiqurları qəbul etmişlər.İlk şumerlər göyü və yeri ulu ruh sayırdılar.Onlarla qonşuluqda yaşayan və babilləşən Qərbi Semitlər isə günəşə sitayiş edirdilər”.