BÜTÖV AZƏRBAYCAN OCAQLARI
N.Qərəvi: Yıxılan divar

23:06 / 03-01-2015   /   baxış - 797



Noyambr ayının 9-da Berlin divarının yıxılmasının 25 –ci ildönömü idi. Berlində Brandenburq darvazası qarşısında beynəlxalq ictimaiyyətin iştiraki ilə təntənəli bir mэrasım keçırıldı. Bu mərasimlər Avrupanın başqa ölkələrində də qeyd edilirdi.
Berlin mərasimləri sırasında çıxış edən şəhər valısı cənab Klavs Boverəyt öz çıxışını bu sözlərlə bitirdi:
“Ölkələrin arasında və diktatorların beyinlərində tikilən yüksək qalın və möhkəm divarlar ancaq xalqların umumi inqilabi qiyami və iradəsilə yox olub aradan gedər. “
Bəli, xalqların iradəsi poladdan , hətta atom silahından da güclüdür. Belə bir iradə qarşısında uca dağlar yox olmağa məhkumdur. Belə bir gücü –iradəni sağlayan, bir millətin özünə, gücünə, milli varlığına , kimliyinə inanmasıdır. Bu xususiyyətlərə malik olan bir millətin ancaq yaşama haqqı var.
Dünən Berlində keçirilən mərasım bu divarın yıxıldığı anları bir daha mənim gözümdə canlandırdı. O günlərdə olduğu kimi , bu gün də Vətəni , Milləti parçalanmış mənim kimi birisini kövrəltdi, ağlatdı. Çünkü yadlar əli ilə çəkilən bu divarın yıxılması bir millətin birliyinə - bütövlüyünə qovuşmasilə nəticələndi. Bununla birgə 70 illik diktator Sovet sistemi də dağıldı. Bir çox ölkə, o cümlədən Quzey Azərbaycanımız da bir daha müstəqilliyinə qovuşdu. Amma vətənin o biri tayı hələ də əsarətdə idi. Millətimiz öz iradəsini göstərmək üçün Berlin divarının yıxılmasından ilham alaraq , düz 51- gün sonra dekamber ayının 31 də Arazın hər iki tayında

toplaşdılar. Xalqımızın ürəyi üstündə tikilmiş dirəkləri oda çəkib, tikanlı məftilləri qırdılar. Ararzın soyuq sularınıdan keçib, Quzeylı- Güneyli hər kəs qucaqlaşdılar və bir millət olduqlarını dünyaya numayiş etdirdilər. Bu tarıxı hərəkətdən sonra gediş – gəlişlər başlansa da , hələ son hədəfə ulaşa bilmədilər. Çünkü vətənin güneyi irqçı – fundamentalist bir rejimin müstəmləkəsindədir. Şərqi Almaniyada olduğu kimi millətimiz umumı bir qiyamla, ölüm - qalım bir savaş ilə bu müstəmləkə həyatına son qoymalı, başqa millətlər kimi haqlarını əldə edib, azad yaşamalıdır. O zaman özlüyündən parçalanmış vətənimiz Birlik və Bütövlüyünə qovuşacaqdır. Və Alman milləti kimi bizim millətimiz də bir Vahid vətəndə , bir Bayraq altında xoşbəxt yaşayacaqdır.
 

Bonn- Anadili , Dr. Qərəvi

Xatırlatma: Ümid edirem o yandırılmış dirəklərdən bir neçəsi ,tikanlı məftilərilə birlikdə Azərbaycanımızın tarix muzeyində ( Berlin divarı kimi ) tarixi sənəd olaraq saxlanıb , tikilmə və sökülmə tarixi verilmiş olsun.



Demokratikləşmə və millətləşmə
21:45 / 06-02-2017
“Kürdlərin kökəni” adlı kitab işıq üzü görüb
20:45 / 27-11-2016
Keçmiş SSRİ-də baş qaldıran milli hərəkatlar və M. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq cəhdləri
09:48 / 22-09-2016
Avropa danışır
09:50 / 07-08-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Luvr muzeyi - dünyanın maddi mədəniyyətinin mühafizəçisi kimi
19:38 / 26-01-2016
Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb
17:50 / 18-09-2015
Ermenistan’da Neden “Sağ-Muhafazakâr Milliyetçilik” Günümüze kadar Yaygın Olmadı?
20:25 / 08-09-2015
Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib
20:01 / 01-09-2015
İranda erməni məktəbləri
19:39 / 28-08-2015
“İngilislərin neft oyunu Osmanlını necə yıxmışdı?”
12:01 / 06-08-2015
Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb
12:36 / 14-06-2015
Ra-Amon Allahın Azər dağı
11:01 / 05-05-2015
Кавказская политика и наука царской России: Армянский вопрос и И.Орбели - 2 ЧАСТЬ
21:51 / 02-05-2015
Ереванские ученые ищут армянские гены там, где их нет
17:46 / 21-04-2015
“Sufilik nədir və onun islam tarixində rolu” mövzusunda növbəti diskussiya keçiriləcək
23:20 / 20-04-2015