BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Ələkbərli: Azərbaycan türklərinə edilən “güzəştlər”in arxasında irançılıqla farsçı şiəçiliyin çöküşü dayanır

15:45 / 02-01-2017   /   baxış - 2173

“1925-ci ildə Böyük Britaniyanın birbaşa dəstəyi ilə Qacarlar dövlətini qanunsuz olaraq devirərək onun yerinə “İran-Pəhləvi” adlı saxta bir hökumət quran, daha sonra bu saxtakarlığı “İran İslam Cümhuriyyəti” ismiylə 1979-cu ildən indiyə qədər davam etdirən “şiəçi-irançı mollalar”a qarşı əsas gücün Türklər, o cümlədən Azərbaycan Türkləri olması şübhəsizdir. 1925-ci ilədək Qacarlarda, yəni öz dövlətlərində pis-yaxşı yaşayan Azərbaycan Türklərinin “İran-Pəhləvi” və “İran İslam Cümhuriyyəti” dövrlərində ön plana çıxmasının əsas səbəbi qanunsuz hakimiyyətə gələnlərin, özlərini türklər qarşısında ağa kimi apararaq bütün haqq və hüquqlarını tapdalamaları, qanları bahasına qurulmuş dövlətin din-məzhəb qardaşı saydıqlarının əliylə əleyhinə çevrilmələri olmuşdur. Əgər Qacarlar dövləti dövründə fars, türk, kürd, ərəb, lur fərqi qoyulmadan hər bir etnik qrupun dilinə, mədəniyyətinə, əxlaqına, həyat tərzinə saygı göstərilirdisə Türkün qurduğu dövlətdə ingilislərin oyuncağı olaraq “hakim” olan “irançı”ların özəlliklə, Türk düşmənçiliyi qəsdli xarakter daşımışdır”. Bu açıqlamanı mətbuata Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) Qacarlar dövlətini qanunsuz qəsb edərək onların yerini tutmuş “irançı-şiəçi” qılıqlı “mollalar”ın Azərbaycan türklərinin bəzi haqlarının tanınmasıyla bağlı atdığı addımlara cavab olaraq verib. Belə ki, “irançı-şiəçi” qılıqlı “mollalar” Türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılmasına icazə verməsinin ardınca, dünən Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana Dili dərsliyi hazırlanması haqqında qərar da qəbul edib.

Azərbaycan türk aydını bildirib ki, farsların öncüllüyündəki sözdə demokratik “İrançılar”la, sözdə dinçi-şiəçi “mollalar” Türk dövlətini qanunsuz olaraq qəsb etdikllərini yaxşı bilirlər, bunu yaxşı bildikləri üçün də məcburən bu addımları atırlar. F.Ələkbərlinin fikrincə, vaxtilə “irançı-şiəçi” qılıqlı “mollalar” bu qanunsuzluqlarını Əhəmənilər və Sasanilərdən qalma dövlətçilikləriylə, bu coğrafiyada onlardan əvvəl və sonra mövcud olmuş Türk dövlətçiliyini ört-basdır etmək istəsələr də, bu çox da uğurlu alınmayıb: “Onlar yaxşı bilirlər ki, Avroplıların da yardımıyla ortaya qoyduqları bu cür aldatmacalar, quramalar müvəqqətidir və Türkün varlığı gec-tez onların saxta “İran-İslam” adlı qurama dövlətçiliyini məhv edəcəkdir. Ona görə də şiəçi-irançı “mollalar” ikibaşlı oyun oynayırlar. Belə ki, qanunsuz olaraq “hakim” qüvvəyə çevrildikləri gündən (1925) üzü bəri bir tərəfdən Türklərin, o cümlədən Azərbaycan türklərinin milli varlığına fasiləsiz olaraq qəsd edir, yəni onun dilini, mədəniyyətini, əxlaqını, həyat tərzini aşağılayırlar. Buna paralel olaraq da Azərbaycan türklərinin “İran-fars” kökənli olması təbliğatını aparır, ortaq yurd və ortaq kimlik anlamında “İran”, “İranlı”, “İran mədəniyyəti” kimliyini üst səviyyəyə qaldırmağa çalışırlar. Digər tərəfdən şiəçi-irançı “mollalar” din amilindən yararlanaraq Azərbaycan türklərinin müsəlman kimliyini qanunsuz ağalıqları yolunda bir oyun halına salmışlar. Bir sözlə, şiəçi-irançı “mollalar” hər iki amildən istifadə edərək qanusuz ələ keçirdikləri Türk dövlətinin yenidən əsil sahiblərinə qayıtmamasına çalışırlar”.

Faiq Ələkbərli hesab edir ki, bu anlamda şiəçi-irançı “mollalar”ın son zamanlarda Türklərin, o cümlədən Azərbaycan türklərinin xeyrinə atdığı kimi görünən addımlara çox həssas yanaşmalıdır. Onun sözlərinə görə, Qacarlardan qəsb olunmuş Parlamentdə əsasən Türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılması, eyni zamanda Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana dili dərsliyinin hazırlanması müsbət amillər olsalar da, bunu  böyük bir uğur hesab edib şişirtmək də, eləcə də “mollalar”ın oyunu sanıb tamamilə gözardı etmək də doğru deyildir: “Doğrudur, bu gün Qacarlar dövlətində qanunsuz olaraq oturan “irançı-şiəçi” qılıqlı “mollalar”ın qismən də olsa, bu addımları atmaqla Türk varlığıyla razılaşmalı olmaları ən azı 1925-ci ildən indiyə qədər apardıqları antitürk ideologiyasının az-çox uğursuzluğunu ortaya qoyur. Ancaq Qacarlar-Türk Parlamentini “İran-Fars Parlamentinə” çevirərək biz türklərə Türk Fraksiyasını “bəxş” edənlərə, eləcə də avropalıların əliylə yağmaladıqları Türk dövlətinin yerində qurduqları qanunsuz “hakimiyyətləri” dönəmində Ana dili-Türk dilinin aradan qaldırıb indi bu yöndə hansısa kiçik bir güzəştə gedənlərə haqq etdikləri yerlərini göstərənə qədər əsas hədəfimizdən uzaqlaşmamalıyıq. Çünki irançı-şiəçi “mollalar” bu addımları atmağa məcbur olsalar da, ancaq onların da özlərinə görə müəyyən planları var. Şübhəsiz, “irançı-şiəçi” qılıqlı “mollalar” bu addımları atmaqla Azərbaycan Türklərini əsas hədəfdən yayındırmaq, bununla da qanunsuz ağalıqlarını sürdürmək məqsədi güdürlər. Bu anlamda buna oxşar digər “gözlənilməz” addımlar da atmağa davam edəcəklər. Belə bir durumda Azərbaycan türkləri daha soyuqqanlı davranaraq Qacarlar dövründə qəsb olunmuş dövlətçiliyini bərpa etməyə çalışmalıdırlar”.

F.Ələkbərliyə görə irançı-şiəçi “mollalar” dərk etməyə başlayıblar ki, Qacarlardan-Türklərdən qəsb etdikləri dövləti nə irançılıq, nə də şiəçiliklə saxlamaq mümkün deyildir: “Azərbaycan türklərinə edilən son “güzəştlər”in arxasında irançılıqla farsçı şiəçiliyin çöküşü kimi acı həqiqət dayanır. Bu “güzəşt”lər qanunsuz irançı-şiəşi “molla” ağalığının ciddi siqnallarıdır.  Bu “güzəştlər” o deməkdir ki, “şiəşçi-irançı mollalar” Azərbaycanla, Azərbaycan türkləriylə bir yerdə, bir dövlətdə yaşamaq istəyirlərsə, ya vaxtilə ingilislərin, almanların daha sonra amerikanların oyununa gəldiklərini açıqca ortaya qoyub qanunsuz sahibləndikləri dövləti öz yiyələrinə geri verməli, ya da ölkənin ən azından iki hissəyə bölünməsinə razı olub yalnız Farsistanda və ətrafında ağalıqlarına davam etməlidirlər”.



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020