Hüseyn Əlili
Bakı Atatürk liseyinin 9A sinif şagirdi
Bu suala cavab vermək üçün biz mütləq Azərbaycanın ən vacib şəhərlərindən biri olan Gəncəyə üz tutmalıyıq. Çünki, Qafqaz İslam Ordusunu Azərbaycana gətirən şəxs, Gəncənin tanınmış Şeyxzamanlı nəslindən idi. Şeyxzamanlı nəsli Nizami Gəncəvinin nəslindən gəlirdi. Bu tam dəqiq məlumat olmasa da, belə fikir var idi. Şeyxzamanlılar, yüzillərdir Gəncədə olan və ətraf ərazilərdən insanları cəlb edən İmamzadə ziyarətgahına başçılıq etmişlər.
Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini təmin edən şəxs isə, 1883-cü ildə Gəncənin Şatırcılar məhəlləsində anadan olan Nağı Bəy Şeyxzamanlı olmuşdur. Nağı bəyin əmisi Şeyx İbrahim Qüdsi, önəmli şairlərdən birisi olur və Gəncədə ilk türk dili müəllimi olur.
Şeyx İbrahim Qüdsidən sonra onun qardaşı, Nağı bəyin isə atası Saleh bəy nəslin vacib şəxsiyyətlərindən olur. O, möhkəm dindar idi və heç bir zaman cümə namazlarını qaçırtmazdı.
Saleh bəy oğlunun olmasını istəyirdi. Ancaq onun on qızı olur. Uzun səbrdən sonra Allah onlara dalbadal üç oğul bıxş edir. Onlardan üçüncüsü, məhz Nağı bəy Şeyxzamanlı idi. O, siyasi fəaliyyətinə tam olaraq Difai firqəsinin qurulmasından sonra başlamışdır. I Dünya müharibəsi zamanı daha da fəallaşır.
I Dünya Savaşında ruslar tərəfindən əsir olunan Osmanlı əsgərləri Sibirə sürgünə göndərilərkən yolları Gəncədən də keçirdi. Gəncə Gənclər Təşkilatının nümayəndəsi olan Nağı bəy bu qatarlarda xəstə və halsız əsgərlərlə yanaşı, relslər üzərinə düşən şəhidlərin cansız bədənlərlə rastlaşır. O, bu vəziyyətin son bulması üçün Xəlil bəylə söhbət edir. Söhbətdən sonra Xəlil bəy bu məsələnin Gəncə valisinə çatdırılacağını dedi. Axşam onlar görüşürlər. Nağı bəy öz xatirələrində Xəlil bəyin cavabını belə yazır. ”Vali ilə görüşdüm. Sabah stansiyada geniş bir bina boşaldılacaq, düşərgə və xəstəxana qurulacaq. Hərbi qospitaldan həkimlər dəvət olunacaq, ayrıca olaraq hökumət və bələdiyyə həkimləri də bu işə cəlb ediləcəklər. Tbilisidən hərəkət edəcək əsir dolu qatarlarhaqqında əvvəlcədən Gəncəyə məlumat veriləcək, həkimlər dərhal stansiyaya gedərək qatardakı əsirləri gözdən keçirəcək, xəstə olanları düşərgədə saxlayacaqlar”.
Nağı bəy bu xəbərə hədsiz sevinir, və könüllü olaraq özü düşərgədə maaşsız tərcüməçi içləmək istədiyini bildirdi. Çünki əsirlər həkimlərin dilini tam şəkildə qavraya bilməyəcəkdi. Bu, qəbul olundu və Nağı bəyin bu hərəkətinə görə Gəncə valisi ona təşəkkür məktubu göndərir.
Nağı bəy düşərgədə Hüsaməddin adlı bir əsgərlə tanış olur. Bu əsgər gələcəkdə Hüsaməddin Tuğac adıyla Qars millətvəkili olaraq vəzifə başına keçəcəkdi. 1917-ci ilin fevralında Çar devrildi, və Kerenski müvəqqət hökumət qursa belə, bəzi xalqlar öz azadlıqlarını tələb edirdi. Onlardan biri də azərbaycan türkləri idi.
Bu hadisələrə istinad edərək Gəncə Milli Komitəsi yığıncaq təşkil edir. Yığıncaq 20:00 başlayır və gecə 00:00 qədər davam edir. Bu yığıncaqda yüksək rütbəli rus zabitəri, Milli Komitənin üzvləri və Kazakların polkovniki iştirak edirdi. Nağı bəy bu müzakirələri öz xatirəsində belə yazır. ”Müzkirələr çox qızğın və mübahisə şəklində davam edirdi. Bu zaman hərbi nümayəndənin rəhbəri Andreyev söz aldı və əsəbi halda yüksək tonla, “Söyləyəcəklərim bir rus əsgərinin son və qəti sözüdür. Sabahdan etibarən küçələrdə görünəcək hər silahlı mülki vətəndaşın silahı əlindən alınacaq, özü də cəzalandırılacaq”-dedi. Bundan sonra Milli Komitə rəisi Nəsib bəy yerindən qalxdı və bələdiyyə salonunu cingildədən gur səsi ilə belə çıxış etdi. ”Mən də sizlərə türk xalqının qərarını elan edirəm. Sabahdan etibarən Gəncə küçələrində silahlı görünən hər rus əsgərinin silahı əlindən alınacaq”. Nəsib bəyin sözləri salonda olan türklər tərəfindən hərarətlə qarşılandı. ”
Ayrıca, Kazak polkovniki türklərin tərəfini tuturdu. Yığınacağın sonunda dörd kazarmanın mühasirəyə alınıb təslim olması, müqavimət göstərənlərin isə məhv ediləcəyi haqqında qərar qəbul olundu.
Yığınacağın səhərisi Kazak ordusu Gəncəni tərk etdi. Dörd kazarma da mühasirəyə alınaraq, rus əsgərləri Gəncədən çıxarıldı. Gəncədə bir dənə də olsun rus əsgəri qalmadı. Hadisədən biraz sonra Tatoğullarından olan birisinin toyunda belə bir xəbər yayıldl ki, Tbilisidən Gəncəyə diviziya gəlir. Şəmkirdə müqavimət göstərildi və 15 şəhid verildi. Bundan sonra Gəncə tam olaraq türklərin əlinə keçdi.
Bir dənə Bakı hələdə erməni və rusların əlində idi. Başsız bədən necə olmassa, Bakısız Azərbaycan da olmazdı. Buna görə də Milli Komitə rəisi Nəsib bəy Nağı bəyə Osmanlıya nümayəndə kimi gedəcəyini və qardaş əlini uzadılmasını deməsini tapşırdı.
Nağı bəy İstanbula yola düşdü və bir müddət sonra ora çatdı. Yolda Axıskalı Ömər Faiq Nemanzadə ilə tanışdı. Onun məqsədi isə, Axıska ərazisinin Osmanlıya birləşdirilməsi idi. Nağı bəy Tələt Paşa ilə görüşür və məqsədlərini ona çatdırır. Görüşdə Qafqaz İslam Ordusunun qurulması qərarı qəbul olundu. Ertəsi gün Nağı bəy, Ənvər Paşayla görüşür. Ənvər Paşa Qafqaz İslam ordusunun başına şahzadə Fərruxun keçəcəyini bildirsə də, Nağı bəy bir neçə gün sonra ordunun başına qardaşını yəni Nuru Paşanın keçirilməsini istədi. Bir neçə gün sonra qəraq qəbul olundu.
Nağı bəy Sultan Rəşadla da görüşərək, azərbaycan türklərinin salamını ona çatdırır. Qafqaz İslam Ordusu tam hazır oldu. Nağı bəy də Gəncəyə geri döndü. 1918-ci il 28 Mayda Cümhuriyyət elan olundu və 15 sentyabrda Qafqaz İslam ordusu Bakını işğaldan azad etdi. 1919-cu ildə Əks-inqlabla Mübarizə Təşkilatı quruldu və başına Nağı bəy Şeyxzamanlı keçirildi. 1920-ci ildə isə Nağı bəyin böyük qardaşı Məmmədbağır Şeyxzamanlı təşkilatın başına keçir. 1920-ci il, 28 Apreldə Azərbaycan Cümhuriyyəti işğal olunur. Nağı Bəy Türkiyəyə qaça bilsə də, qardaşı Məmmədbağır bəy qaça bilmir və 1920-ci ildə güllələnir.
Türkiyədə Azərbaycan təbliğatı ilə məşğul olur. 1957-ci ildə”Böyük Xeyriyyəçi Hacı Zeynalabidin Tağıyev”, 1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə isə “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabları çap olunur. 1967-ci ildə Türkiyədə vəfat edir.
Mənbə:Xan Nəşriyyatı, Nağı Bəy Şeyxzamanlı Xatirələri.
https://www. youtube. com/watch?v=C6_JOM2EnGA&t=868s