BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səttar xan - Xalq qəhrəmanı, yoxsa siyasət adamı?

23:44 / 03-01-2015   /   baxış - 1528

 

1905-1911-ci illərdə İran ya o dövrdəki rəsmi adı ilə “Məmalik-i Məhrusə-yi İran”-da cərəyan edən Məşrutə İnqilabının əsas öndərlərindən və Azərbaycan məşrutəçilərinin başçısı Səttar xanın (1866-1914) vəfatından tam bir əsr keçir.

Güneydə yaşayan araşdırmaçı və yazar İbrahim Savalan "Amerikanın Səsi"nə müsahibəsində milli sərdarın ölümündən 100 il keçdikdən sonra bu gün müxtəlif etnik və siyasi qruplar arasında görkəmli xalq qəhrəmanından mövcüd olan təsviri dəyərləndirib.

“Türklər hər zaman Səttar xanı bir xalq qəhrəmanı və onların haqlarını müdafiə edən bir öndər kimi tanıyıblar,” deyə ifadə edən Savalan eyni zamanda məşrutə liderinin sadəcə bir savaş qəhrəmani olaraq təqdim edilməsini doğru görmədiyini vurğulayır.

Güneyli araşdırmaçının sözlərinə görə, Səttar xan Azərbaycanda mövcüd olan siyasi hərəkatlar və mütərrəqi düşüncələrlə tanış olan bir siyasi lider olmuşdur. “Səttar xan bir fəlsəfəçi deyildi, ancaq öz çağını yaxşı tanıyırdı,” deyə o həmçinin milli Sərdarın idarəetmə bacarığına malik olmuş biri olduğunu önə çəkir.

İbrahim Savalan bu gün İran Azərbaycanında Səttar xanın adının qanun sözü ilə bərabər yaddaşlara keçdiyini qeyd edir:

“Səttar xanın adının qanun sözü ilə birlikdə anılmasını müxtəlif şəkillərdə müşahidə edirik. Misal üçün Azərbaycan şəhərlərində seçkilərə namizəd olan siyasətçilər kampaniyalarında milli sərdarın posterlərindən istifadə edirlər. Onlar, Səttar xanın xalq arasında necə tanındığını bilirlər.”

Savalan İranda yaşayan fərqli etnik cəmiyyətlər, eləcə də siyasi qrupların Səttar xan haqqında düşüncələrini də dəyərləndirib.

“Başqa xalqlar, o cümlədən fars xalqı kütlə olaraq Səttar xanı türklərin qəhrəmanı kimi qəbul edir və ona sayğı duyurlar,” deyə qeyd edən güneyli yazar İran milliyyətçiləri və İslamçı qrupların milli Sərdarla bağlı müsbət görüş sərgiləmədiklərini irəli sürür.

Səttar xanın şəriətin mürtəce qanunlarına qarşı olduğunu irəli sürən araşdırmaçı milli sərdara mənsub olan “mən yeddi dövlətin Əmir əl-möminin bayrağı altına gəlməsini istərəm” cümləsi ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Bu cümləyə işarə edən bəzi mənbələrə görə, Səttar xanƏmir əl-möminin bayrağı deyil İran bayrağı deyib. Savalanın sözlərinə görə, hər qrup Səttar xanın bu cümləsini öz təfsirinə görə anladır.

Sabiq siyasi məhbus Səttar xanın bu gün güneydə cərəyan edən milli hərəkatdakı təsviri haqqında da danışıb.

Savalan habelə müxtəlif mənbələr o cümlədən Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məqalələrində Səttar xanın fərqli məsələlər o cümlədən türk dili, Azərbaycan yurdu və Osmanlı Dövləti haqqında görüşlərinin əks edildiyinə işarə edib.

1866-cı ildə Güneyin Qaradağ bölgəsində anadan olan Səttar xan Qaradağlı 1910 avqustunda Tehranda hökümət qüvvələri ilə savaşarkən ayağından yaralanıb, dörd il sonra 1914-cü ilin noyabr ayında vəfat etdi. Onun Tehranda savaşdığı hökümət qüvvələrinin başçısı özünün sabiq silahdaşı olmuş və vaxtı ilə Daşnaksütun təşkilatının üzvü olduğu söylənən dönəmin Tehran Polis Təşkilatının başqanı Yeprem xan Davityan idi.



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020