BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məhəmməd Əmin Rəsulzadə - 135 (II Yazı)

20:39 / 29-01-2019   /   baxış - 4192

“Rəsulzadə adlı-sanlı şəxsiyyətlərdən idi. Əgər desəm ki, mən bütün ömrüm boyu Şərq dünyasında onun bənzərini görməmişəm, bilin ki, bu fikrimdə heç bir mübaliğə etməmişəm. O, dünyada baş verən hadisələrdən xəbərdar, qələminin kəsəri olan bir şəxs idi. Onun imanının qüvvəti, bəyanının qüdrəti heyrətamiz idi.  O rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi...”

Seyid Həsən Tağızadə

 

“Fərd fenomen ola bilər, ziyalı olmaq fərqli bir şeydi!”

R.Behrudi

 

Məhəmməd İSRAFİLOĞLU

31 Yanvar Tariximizi əsarətdən qurtarıb ona İstiqlaliyyətini  qazandıran,həm fərd həm də bir münəvvər,mütəfəkir Aydın olaraq fenomen olan M.Ə.Rəsulzadənin 135-ci doğum  günüdür. 

M.Ə.Rəsulzadənin faciə və işkəncələrlə dolu ailə dramı,Onun yılmayan Milli Məfkurə uğrunda mətin mübarizəsi,Azərbaycan,Qafqazın bu günü dünəniylə bağlı hələ az qala yüz il öncəsi olduqca obyektiv,uzaqgörən analiz və təsbitlərinə bu gün yeni gözlə baxmalı, onların sətir aralarını yenidən oxumalı və dərindən təhlil etməliyik.

Doğrusu mən gəncliyimdən bugünümədək demək olar ki M.Ə.Rəsulzadənin  əsərlərini hər oxuduqda  gəldiyim sonuc bubu olub ki bu böyük fikir Adamı,İdeoloq,sosyoloq,yazar,ədib bir sözlə unikal zəka özünü və fikirlərini bütləşdirəcək heç bir yer qoymayıb.Zatən təkcə “İnsanlara hürriyyət,millətlərə istiqlal” şüarı bunun üçün yetərlidir.

Tariximizdə Rəsulzadə qədər bütöv bir şəxsiyyətimiz yoxdur hardan baxsaq…

Onun şəxsi həyatı,ailə dramıı faciələrlə doludur. Necə deyərlər, dəryalar mürəkkəb, meşələr qələm olsa Rəsulzadələrin dərdləri yazılıb bitməz... Vur tut on doqquz yaşındaykən güllənən oğlu Rəsul,bu dəhşətə dözməyib “oğlumu nahaq gülllədilər” deyib göz yaşı qurumayan 51 yaşında ürəyi partlayan ana Ümülbanu Xanım, Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyib 1937-ci ildə Qazaxıstan sürgünündə dünyasını dəyişən yaşlı ana Maral xanım, uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilməyib 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yuman qızı Lətifə,yeganə sağ qalan oğul Azərin məşəqqətlərlə dolu həyatını düşündükcə adamın qanı donur bu çəkilməz faciəvi ailə dramına.
Bütün bu dəhşətli çilələrə rəğmən Əmin Bəyin yorulmaz mübarizəsi,sınmayan əqidəsi bir sözlə Milli həyatı isə həsəd aparılmalı bir ömürdür...
Aşağıdakı təsbitlərə diqqət yetirəlim.Rus imperiyasının içini,dışını,şeytani politikasını bütün çılpaqlığıyla göstərən bu fikirlərə bu günün işığında belə baxanda adamı heyrət bürüyür.Coğrafiyamızın kaderini,bizi daxildən və xaricdən gözləyən təhlükələrin gerçək mahiyyətinə varmaq adına heç bir yerdə bu cür uzaqgörən analiz və təsbitə rastlamaq mümkün deyildir.
Bu baxımdan M.Ə.Rəsulzadənin tarixi-sosioloji,siyasi fikirləri mütləq instutlaşdırılmalıdır,çünki coğrafiyamızı yenə də təhdid edən 28 aprellər, “bəlkə də qaytardılar” bayatısı dillərində XI Qızıl Ordunu həsrətlə gözləyən “beşinci kolon”un sönmək bilməyən canfəşanlığı iş başındadır.

Işdə Yeni Kafkasya Yazıları (1923 - 1927) Kitabından M.Ə.Rəsulzadənin məqalələrindən bir neçə seçmələr.

“... Kafkasya’nın hürriyetini temin eden şey Rus saldatının kıyafesindeki yenilik olamaz. Rus saldatı, Kafkasya silsile-i cibalinin [sıradağlarının] ötesinde bulunmadıkça, kendisine ‘kızıl’ bile denilse, siyah kartal vazifesinden başka bir rol oynayamaz.”
“... İstiklalci Azerbaycan milliyetperverlerinin yolu bellidir. Onların Rusya’dan bekleyeceği bir şey yoktur. Kendi hudud-ı milliyesi dâhilinde kalan Rusya mesut olsun, fakat memleketimizi, hürriyetimizi, istiklâl ve milliyetimizi kirli çizmeleri altında çiğneyen Rusya’ya düşmanız! Kızıl da olsa düşmanız, Beyaz da olsa düşmanız! İşte istiklâliyetçi bir Kafkasyalının alacağı yegâne vaziyet!..”
“Çalınan istiklâlimizi iadede en güvendiğimiz nesil gençliktir…”
“İstiklâl ve hâkimiyet-i milliye haktır fakat bu hakkı kazanan kuvvet her şeyden evvel milletin kendisidir."

M.Ə.Rəsulzadənin təkcə  “İnsanlara hürriyyət,millətlərə istiqlal” şüarı Onun necə hüriyyətpərvər,sekulyar dünyagörüşə sahib  birisi olduğunun əyani sübutudur.Hər dəfə bu şüara rastladığımda Sabirin “Kim ki,insanı sevər,-aşiqi-hürriyyət olur,Bəli hürriyyət olan yerdə də insanlıq olur " misralarını xatırlayıram. Və Rəsulzadənin ilham qaynağına bəlkə də bu misralar səbəb olub düşüncəsini də içimdə gəzdirirəm biixtiyar olaraq,çünki hər ikisi eşanlamlıdır. Sabir bu görüşü öz sarkazmıyla məhəlləlirmişdirsə,Rəsulzadə bunu məfkurəvi olaraq sistemləşdirərək ümumbəşəri yapmağı ustaca bacara bildi ən gözəl biçimdə.

 Əslində akademik,fundamental araşdırmalarının işığındakı M.Ə.Rəsulzadədən çox az adamın xəbəri var.Sosial şəbəkələrdə M.Ə.Rəsulzadənin şəkillərinin və məlum bəzi şüarlarını saqqız kimi çeynəməklə biz böyük İnsanın daşıdığı və yaratdığı Məfkurəyə əsla sahib ola bilmərik.Ayrıca M.Ə.Rəsulzadənin “Milli Təsanüd” yazısında da hürriyyət prinsipləriylə bağlı ilginc təsbitlər var.Dövlətin –vətəndaşın qarşlıqlı olaraq toplumsal, ictimai,siyasi,iqtisadi,hüquq bərabərliyini təmin edən bir quruluşun gözəl idealizəsi deyəlim.Fransa Kralı XIV Lüdoviqin parlamentar quruluşa qarşı diktator yanaşmasından və zehniyyətindən doğan “Dövlət mənəm” məşhur fikrinin sadə vətəndaşın haqlarını qoruyan,onun təminatçısına çevrilən fərdin Dövlət,Dövlətin fərd qarşısında ictimai-iqtsadi,sosial,siyasi bərabərliyinin təminatı olan  “Dövlət mənəm”ə  transformasiyası kimi.

Rəsulzadənin Alim-ziyalı tərəfi də olduqca yerindədir.Bir çox vaxt Onun akademik təhsili olmamasını irad tutanlara tutarlı və arqumental cavab Onun tarixi, elmi,siyasi,sosioloji,jurnalistik,publisistik yazı və məqalələri,kitabları miras buraxdığı zəngin əsərləri,irsidir .M.Ə.Rəsulzadə olduqca praqmatik bir siyasətçi içəriyi də daşıyıb,özü İranda Məşrutə hərəkatında iştirak edib,Orada “modern mətbuatın əsasını qoyub və İranın bütün ruhunu  bilirdi,duyurdu.Orada mübarizə apardığ illərdə Güney Azərbaycanınşəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İran-nou"2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".

 Və heç vaxt real olaraq Bütöv Azərbaycandan ilke olaraq bəhs etməyib çünki bu ideyanın bazisini yaratmağı həmin dövrə sığdırmaq əsla mümkün deyildi ki,bunu ondan gözəl kimsə idrak edə bilməzdi.Bütün gücünü quzeydə demokratik bir Azərbaycanın inşasına yönəltmişdi ki bu da ən doğru olanı.Onun Turançı deyil Türkçü olması  olduqca doğru bir duruş və tutum.Hələ evimizi qurtardıqmı ki,məhəlləmizi qurtaraq,məhəlləmizi qurtardıqmı ki,şəhərimizi sonra Yurdumuz qurtaraq?!

1988 ci ildə hərəkatın gizli yığıncaqlarının birində qızğın milli müzakirələr gedirmiş Qarabağla bağlı.Deyilənlərə görə sonralar 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən və mitinqlərə rəhbərlik edən birisi(qəsdən adını yazmıram,həmən inciyəcək-M.İ.) çıxış edir,o tay bu tay,uyqurlar nə bilim nələr nələrdən danışır.Bu zaman rəhmətlik Xudu Məmmədov əsəbi şəkildə yerindən qalxaraq adamın sözünü kəsir və vulkan kimi püskürür ki: A kişilər Qarabağda bir pəyəyə od düşüb onu söndürün də hələ sonra gedərsiniz uyqurların yanına, AltaylaraJ

Yəni “Türkçülük, siyasî bir fırka değildir; ilmî, felsefî, bediî bir mekteptir; başka bir tâbirle, harsî bir mücahede ve teceddüd yoludur.”(Ziya  Gökalp).Nur içində yatsınlar Xudu müəllimdə,Ziya Gökalpda.

“Turanlılarlıq,öz qövmümüzə əngəl kələfiz biz”,bu üzdən Rəsulzadə “Turançı” deyildi.

“Millet-Devlet kurmak azminde israr edən bir milliyetdir.” Hal-hazırda bunun ən gözəl nümunəsi vahid Almaniyadır bütün parametrləriylə,parçalanmalarına verdiyi ağllı mübarizələriylə,güclü iqtisadiyyatlarıyla,”Mersedes” və “BMV” ləriylə.Ə.Elçibəyin məşhur bir fikrindəki kimi: “Xalq bizik Millət almanlar.”

Rəsulzadəyə görə “miilət” kavramı heyrətamizdir,doğruluq payı baxımından.Bu gün türkçü,ümmətçi,bozqurdçu və s.kimi yalnız süni pafoslu sloqanların yerini ümümbəşəri dəyərləri özündə birləşdirən etnik ayrımı rədd edən modern insan topluluğunda var olub yaşamağı hədəfləmək ən doğrusu,hələ Rəsulzadə bunu o vaxt deyirdi arzulayırdı.

HAŞİYƏ. 1955-ci ildə Hindistana səfəri zamanı M.Ə.Rəsulzadənin vəfatı xəbərini alan S.H.Tağızadə də bu xəbərdən bərk sarsılmış və onun haqqında İranda “Suhən” (Söz) qəzetində “Hadisələrlə dolu bir həyatın sonu” adlı məqalə yazaraq Rəsulzadəni belə yad etmişdir: “O rəhmətliklə bu cənabın (yəni Tağızadənin) arasındakı dostluğun səmimiyyəti, saflığı o qədər fövqəladə idi ki, bu hadisəyə münasibət bildirərkən hislərimi cilovlamağa çalışsam, yenə də qorxuram mənim fikirlərim mübaliğəsiz qarşılanmasın. Rəsulzadə adlı-sanlı şəxsiyyətlərdən idi. Əgər desəm ki, mən bütün ömrüm boyu Şərq dünyasında onun bənzərini görməmişəm, bilin ki, bu fikrimdə heç bir mübaliğə etməmişəm. O, dünyada baş verən hadisələrdən xəbərdar, qələminin kəsəri olan bir şəxs idi. Onun imanının qüvvəti, bəyanının qüdrəti heyrətamiz idi. Mən onu tanıdığım üçün özümü xoşbəxt sanıram. Mənimlə onun arasındakı əlaqə bir dostluqdan daha yuxarıda dururdu. Mən onun əxlaqına, tərbiyəsinə məftun olmuşdum. Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir. O rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi. O öz ardıcıllarını ruhlandırır, inamlı olmağa çağırırdı. Mən onun siyasi fəaliyyətinin bir hissəsinin İranda və İran üçün olduğuna görə çox razıyam. O ömrünün sonuna kimi İrana olan bağlılıq və sevgisini əldən vermədi. O mənim qədim vəfalı dostum idi. Bu cür dostun yoxluğundan qəlbimi necə kədər bürüdüyünü dillə deyə bilmərəm…”

 

P.S. Seyid Həsən Tağızadə.

Doğum tarixi: 1878
Doğum yeri: Təbriz, Cənubi Azərbaycan
Vəfatı: 21 yanvar 1970
Vəfat yeri: Tehran, İran
Seyid Həsən Tağızadə(1878-1970) – siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı, İranın ilk Məclisinin üzvü, İranın İngiltərə və Fransada səfiri, İran Senatının sədri, maarifçi.

 

P.S. Möhtərəm S.H.Tağızadənin M.Ə.Rəsulzadə haqqında ən səmimi hissləriylə ifadə etdiyi: “. Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir ” fikirinə nə yazıq ki hələ də əməl edə bilməməkdəyik millət və toplum olaraq.Azərbaycandan böyük olan bu KİŞİNİN uca fikir və ideyalarını mənimsəmək əvəzinə şəkillərini paylaşırıq .
Türkiyədə də belədir daş atırsan ATATÜRK-çüyə dəyir, boyaboy şəkillər, rozetlər və s.
Amma iqtidarda seçicilərə "cənnət qəbzləri" paylayıb indidən səs yığan din yobaz və şarlatanları  at oynadır.
Bizdəysə Bakının ən gözəl yerində nərimanovun heykəli göz çıxardır, RƏSULZADƏNİN doğulduğu evin önündəki barelyefi oğurlanır. Hamı şəkil paylaşır kaş ki hamı yığışıb sökülən barelyefin yerinə RƏSULZADƏNİN heykəlini diksə.
Biz Ona ürəyimizdə heykəl qoymuşuq nağılı da səmimi deyil.Biz onu ürəyimizdə dəfn edəcəyik belə getsə demək daha doğrusu...

Əhməd Bəy Ağaoğlunun Zərdabinin dəfnində: "Ey Ulu Ruh! Sən ki gedirsən o dünyaya yapışarsan babaların yaxasından ki..." fəryadını M.Ə.RƏSULZADƏ eyni hiddət və şiddətlə biz nəvələrin yaxasından yapışıb mütləq soracaq!" 
Barelyef məsələsinə gəlincə hamı RƏSULZADƏ sevgisindən ağızdolusu  danışır,alimi, ziyalısı, memarı, heykəltəraşı, rəssamı və s.
Olmazmı ki RƏSULZADƏNİN adına, şanına layiq bir barelyefi yazıb assınlar doğulduğu evin önündən. Bu işdə barmağı olan hökumət rəsmiləri,  qəsdən lağlağı, sataşma məqsədiylə yapanlarda utanıb yerin dibinə keçsin. Kim nə deyir desin bu kasıtlı yapılan bir hərəkıtdir. Yenə nəbz yoxlayırlar naqi(s)f həmzəyev  məsələsində olduğu kimi.

Bizim borcumuz xalqımıza İstiqlal və Hürriyət bəxş etmiş M.Ə.Rəsulzadə və Onun Dava Arkadaşlarının uca fikirlərinə sahib çıxmaqdır. İşdə o zaman bu böyük Cümhuriyyətçi nəslin hamısı öz məzarlarında rahatlıq tapaqcaq.

Əmanətiniz bizdədir-ona sahiblənmək ən Uca Andımız olmalı hər şeyə rəğmən!

.

...Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal

Onun məfkurəsiydi, HAK, MUSAVAT, İSTİQLAL!

Sar köksünə, Ankara yurdumun ziynətini,

Günü gəlincə istər səndən əmanətini,

 

Şükranını sunarkən bir gün hörmətlə sana

O kəmiklər gedəcək, gedəcək o Vatanına!

Saxla qoynunda onu, vermə yabana, yelə

Bir hədiyyən olacaq yurdumdakı heykələ.

 

Məhəmməd Əmin Rəsulzadənin son mənzilə

yola salanınan zaman  mühacir şairimiz

Kərim Yaycılı məzarı başında oxuduğu şeiri.

 

Doğum Günün kutlu olsun!

İşıklar içində yat, Ey Böyük İnsan!



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020