BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Altay Göyüşov: Cumhuriyyət liderlərinə diqqət onların gördüyü işlərə adekvat deyil

12:32 / 30-05-2015   /   baxış - 1963

1919-cu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının birinci ildönümü ABŞ prezidenti Vudro Vilson başda Əlimərdan bəy Topçubaşov olmaqla Paris konfransına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Bu, Azərbaycan Xalq Cumhuriyyətinin beynəlxalq miqyasda müstəqil dövlət kimi tanınmasında mühüm tarixi hadisələrdən biri hesab edilir. Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Azərbaycan arasında

 

 

Altay Göyüşov istiqlaliyyətini yenicə qazanmış Azərbaycanla dünya siyasətində aparıcı rol oynamağa başlayan ABŞ-ı yaxınlaşdıracaq əsas məqamları qeyd edib: “Əsas məqamlardan biri Amerika prezidenti Vilsonun müharibənin sonunda məşhur 14 maddəlik prinsiplərlə çıxış etməsi idi ki, burada xalqların öz müqəddəratını təyin etməsi aparıcı amillərdən birinə çevrildi. Bu da Azərbaycanı Vaşinqtona, ABŞ-a ümidlə baxmağa vadar edirdi. Sözsüz ki, Parisdə olan Azərbaycan nümayəndə heyəti də Vaşinqtonla yaxınlaşmaq üçün bu istiqamətdə, yəni yeni yaranmış dövlətin dəstəklənməsi üçün onunla yaxınlaşmağa maraq göstərirdi.”

Tarixçi alim ABŞ rəsmiləri ilə yeni yaranmış Azərbaycan Respublikasının nümayəndələri arasında ilk görüşlərdən danışıb: “Mənim yadıma gələn ilk görüş İstanbuldakı konsulla Topçubaşov arasında olmuşdu. Məzəli bir görüş olmuşdu. Əslində, o, Azərbaycanı zorla tanıtdıra bilmişdi. Sonrakı görüş isə artıq bilirsiniz, Vilsonla olan görüşdür. Bu görüş haqda çox danışılır, çünki orada nümayəndə heyəti Vilsonu təəcübləndirə bilmişdi. Vilsonun özünün dili ilə desək, o, tamamilə onunla eyni düşüncəyə malik olan, dünya siyasətinə, demokratiya, insan haqları məsələlərinə onunla eyni gözlə baxan nümayəndə heyətini qarşılaşmışdı. Və bu dövlət müsəlman dövlətini, ilk müsəlman demokratik dövlətini təmsil edirdi. Sonrakı dövrdə Azərbaycan özünün tanıtdırılması üçün Vaşinqtonda müəyyən işlər görməyə başlayır. Hətta 1919-cu ildə Nyu-Yorkda Azərbaycan Cumhuriyyəti haqqında böyük bir məqalə də çap olunur. Yəni bu istiqamətdə ilk addımlar atılırdı, amma prosesi başa çatdırmaq mümkün olmadı və ortada problemlər də mövcud idi.”
Altay Göyüşov Rəsulzadə hökumətinin xarici siyasətin forlamlaşmasına təsir göstərən əsas amilləri qeyd edib:”O dövrdə cumhuriyyət ideyasının meydana gəlməsində Avropada formalaşan romantik milliyyətçilik ideyalarının çox ciddi təsiri olub. O dövrdə milli dövlətin yaradılması, eyni zamanda, Azərbaycanda millətin özünün formalaşdırılması, modernləşdirilməsi, yeni formada millətin yaradılması prosesi həyata keçirilib. Bu ideyalar da 17-ci, 18-ci əsrlərdən sonra Avropada gedən maarifçilik ideylarının təsiri altında baş verib. Aydın məsələdir ki, quruluş etibarilə bu cumhuriyyət ideyası, milli dövlət ideyası  məhz Avropadan götürülən düşüncə tərzi idi. Üstəgəl quruluş etibarilə, yəni demokratik respublika, parlament respublikasına çevrilməsi, bu da həmçinin Avropadan gələn, Qərbdən gələn ideya idi. Bu nöqteyi-nəzərdən, Azərbaycanın o dövrdə dünyaya baxışı özü-özlüyündə Qərblə yaxnlaşmanı, Qərbin ideyalarının əxz olunmasını, orada olan bir çox proseslərin Azərbaycana tətbiq edilməsi məsələsini gündəmə gətirirdi.”
Tarixçi alim Azərbaycanda dünyanın bir sıra ölkələrindən əvvəl olaraq qadınlara seçki hüququnun verilməsini qeyd edərək,  Azərbaycan dövlətinin apardığı bu ishalatlardan danışıb: "Bu proses elə gedirdi ki, bu prosesi aparan Azərbaycan Cumhuriyyətinin arxasında böyük bir yük yox idi, ənənə adlanan böyük yük yox idi ki, onlara bu prosesi həyata keçirməyə mane olsun. Buna görə də müəyyən dərəcədə Avropanın bəzi ölkələrindən də irəli gedə bilmişdilər. İdeyanın əsasında oturan sözsüz ki, Avropada baş verən, maarifçilik dövründən sonra başlanan milli dövlət ideyası, romantik millətçilik və eyni zamanda, demokratik dövlət quruluşu, yəni parlament respublikası, mütləqiyyətə son qoyulması və s., bu, istər-istəməz Azərbaycanı Qərbə baxmağa vadar edirdi.”

Altay Görüşov Məhəmməd Əmin Rəsulzadə irsinin gələcək nəsillərə öyrədilməsinin əhəmiyyətini vurğulayıb: “Bu, olduqca vacib məsələdir. Amma bunun öyrədilməsi üçün tarixə obyektiv baxış lazımdır. Təəssüf ki, bu gün müəyyən səbəblərdən, siyasi səbəblərdən Azərbaycanda tarixə obyektiv baxışın həyata keçirilməsi o qədər də asan deyil. Ona görə də hadisələrə obyektiv qiymət verilməsi, onlardan adekvat dərslərin çıxarılması və bu irsin möhkəmlənməsi üçün işin aparılması bizim gözlədiyimiz səviyyədə deyil. Bunun üçün tarix obyektiv şəkildə öyrənilməlidir. Yəni, Cumhuriyyət nədir, nəyin əsasını qoydu, necə formalaşdı? Azərbaycan millətinin özünün tarixinin formalaşmasına obyektiv qiymət lazımdır. Bunlar hamısı olandan sonra Cumhuriyyətin irsinin öyrənilməsi istiqamətində işləri mütəşəkkil şəkildə, dövlətin arxasında durması ilə həyata keçirmək mümkündür. Bu gün bu işi aparanlar var. Bu, daha çox ictimaiyyətdən gələn məsələlərdir. Dövlətin bu işdə rolu istənilən, gözlənilən kimi deyil.”

Altay Göyüşov Cumhuriyyət liderlərinə diqqətin onların gördüyü işlərə adekvat olmadığını qeyd edib.


“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020