BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“ƏHSƏNÜT-TƏVARİX”İN AZƏRBAYCAN DİLİNDƏ TAM TƏRCÜMƏSİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

18:56 / 24-02-2017   /   baxış - 2240

XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsə­ri­ Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi beynəlxalq standart kitab nömrəsi (ISBN 978-605-030-641-5) əsasında Türkiyənin “Uzanlar” nəşriyyatında Azərbaycan dilində nəşr edilmişdir. Tərcümə işi 2009-cu ildən etibarən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev və onun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı tərəfindən həyata keçirilməyə başlanmışdır. O. Əfəndiyev 2013-cü ildə vəfat etdikdən sonra N. Musalı bu işi davam etdirmişdir. O, hal-hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirdiyi Türkiyədə əsərin doğma dilimizə tərcüməsinin işıq üzü görməsinə nail olmuşdur. Oxucular əsərlə yaxın günlərdə ölkəmizin kitabxanalarında və internet vasitəsilə elektronik kitab resurslarında tanış olmaq imkanı əldə edəcəklər.

“Əhsənüt-təvarix”in iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətənimizin, istərsə də bir sıra yaxın və uzaq öl­kə­lə­rin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan bu salnamə ilk dəfədir ki, tam şə­­kildə Azərbaycan dilinə nəşr olunur. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (mi­­ladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tap­­mışdır. Hər iki cildin tərcüməsi eyni kitab daxilində oxuculara təqdim edilir. Tərcümə zamanı mənbənin Ba­­roda və Tehran nəşrləri ilə yanaşı Bakıda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mü­ha­­fizə edilən B-1696 və S-435 şifrəli iki əlyazma nüsxəsindən də istifadə olunmuşdur.

Namiq Musalı

Tarix üzrə fəlsəfə doktoru, dosent,

Kastamonu Universiteti Tarix Bölümü

 

BAO.AZ



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020