11 fevral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Əli bəy Hüseynzadənin dünyagörüşündə türkçülük və turançılıq” mövzusunda növbəti diskussiya keçiriləcək.
Mövzu üzrə məruzəçi tarixçi alim Hakim Qəmbərli olacaq.
Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.
Tədbir saat 15:00-da başlayacaq.
Ünvan: Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).
BAO İnformasiya Xidməti
09.01.2017