BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabdan VII hissə

19:06 / 08-02-2017   /   baxış - 1592

Tarix üzrə fəlsəfə doktoru  , Ələkbər Ələkbərovun “Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabından VII hissə

Yazılı qaynaqlardan nümunə gətirilən bütün bu misallar bir mənalı olaraq bizim Peyğəmbərin (s) şəcərəsini bilavasitə Azərbaycanla bağlamağa imkan yaradır. Bunlar isə Azərbaycan tarixi, yerli xalqın etnogenezi və Babəkin mənşəyi, xürrəmi ideologiyası ilə bağlı məsələlərin yeni səpgidən öyrənilməsi üçün imkan yaradır. Deyildiyi kimi, bu suallara cavab vermədən isə xürrəmiliyi dərk edib, Babək adını şərh etmək mümkün deyildir.

         Hal-hazırda “Azərbaycan” adının mənşəyi ilə bağlı çoxlu tədqiqatlar vardır. Lakin, təəssüflə deyək ki, bu qədər tədqiqatların aparılmasına baxmayaraq, burada yenə də aydınlıq yoxdur və məsələ olduğu kimi qaranlıq qalır. Əlbəttə ki, burada biz bu məsələ ilə bağlı hər bir tərəfin zəif, yaxud güclü cəhətlərini tədqiq etmək fikrində  deyilik. Eyni zamanda deməliyik ki, məsələ ilə bağlı mövcud vəziyyəti başa düşmək üçün biz burada həmin fikirlərin bəzilərinə toxunmalıyıq.

Məlumdur ki, yazılı qaynaqlarda “Azərbaycan” bir neçə adla xatırlanır – Atropatena, Adurbadaqan, Azirbidjan, Adirbidjan vənəhayət, Azərbaycan.Amma, deyildiyi kimi, bu qədər tədqiqatların olmasına baxmayaraq, xalqımız qədimdən indiyə kimi yenə də bir mənalı olaraq “Azərbaycan” adını “Odlar yurdu” kimi şərh edir.

         Təəssüflə demək olar ki, indi də, bəzən bizim mentalitetdən uzaq və etnogenez məsələlərini diletant səviyyəsində bilən bəzi tarixçilər bu mənanın açılışına sırf materialist düşüncəsi prizmasından yanaşdılarına görə, onun əsl mahiyyətini dərk etməmişdilər. Bu da onların adın həqiqi mənasını açıqlaya bilməmisinin əsas səbəbidir. Belə tədqiqatçılar bu sözün açılışını dövrün ideologiyasına uyğunlaşdırmağa çalışaraq burada bir tendensiya qoruyublar [100, 48-49; 77;125, 28-42]. Onlar qəti olaraq hesab edirlər ki, guya həmin adın mənası fars mənşəli olan “atur-/ateş” – “od” sözü ilə bağlıdır. Bu fərziyəni əsaslandırmaq üçün isə onlar həmişə Strabonun bir uydurmasını əsas kimi götürürlər. O uydurmada isə bəhs edilir ki, güya “Atropatena”nın adı Kiçik Midiya satrapı Atropatın adından alınmadır [StraboXI:13,4].Təbii ki, Strabon bu ərazilərdə olmayıb və onun bu məlumatı uydurması başqa bir faktla da təsdiqlənir. Məsələn, Qafqaz (Azərbaycan) Albaniyasının paytaxtı Qəbələdə aparılan arxeoloji qazıntılar onu deməyə əsas verir ki, buranın yerli əhalisi kifayət qədər inkişaf etmiş mədəniyyətə malik idi və onlar tədavüldə yerli pullardan da istifadə edirdi. LakinStrabon yanlış olaraq yerli əhalinin hətta yüzə kimi saya bilmədiyini yazırdı [StraboXI:4,4].

Qədim yunan yazarlarının uydurmaları və fantaziyaları haqqında isə yəhudi tarixçisi, məşhur “Yəhudi müharibəsi tarixi”nin müəllifi İosif Flaviy belə maraqlı bir açıqlama verir: “... Onların /yunanların – müəllif/ ən qədim yazılı qaynağını Drakontun cinayət qanunlarıtəşkil edir ...  Bu cür, marağı artıran və yalançıları ifşa edəbilən qaynaqların olmaması/nəticəsində/, tarixçilər arasında çox rast gələn uyğunsuzluqlar baş verirdi. Yazıya başlayan bəziləri isə, həqiqətin qeydinə qalmırdı, belə ki, hər addım boyu onun /bəyan edilməsinə/ baxmayaraq, yalnız öz bəlağətlərinin gücünü nümayiş etdirmək istəyirdilər … Bəziləri məqsədyönlü uydurmalarla məşğul olurdular, bəziləri isəsədəqədalınca qaçaraq şəhərləri vəhökmdarları tərifləir, digərləri də, şöhrətlənmək məqsədi ilə, hadisələri (təhrif edir) vəonların iştirakçılarını səfeh kimi təqdim etməyəçalışırdılar. Bir sözlə - onlar həmişətarixədaha çox zidd olan /əməllər/ edirdilər” (seçmə bizim – müəllif)[53, 6-7].

 Qaynaqda olan bu deyilənləri bütün saray, o cümlədən, ərəb dövrünün  tarixçilərinədə aid etmək olar. Onlar da həmin “sədəqənaminə”, bəzən zatı bilinmiyən, bir çox hallarda isə kənizlərindən, yəni zinadan olan və adı yalnız dövlət başçısı sayılan xəlifələri yüksək zirvəyə ucaldır. Bu cür tarixçilər həmişə həqiqi qəhrəmanları çirkabda batırırdılar. Buna görə də, Strabonun “Atropatena” haqqında uydurması haradasa A.Bakıxanovun Azərbaycan adının “Azərbabecan” yəni “Babək odunun Vətəni” şərhinə bənzəyir [130, 224].

Göründüyü kimi, Azərbaycan adının və Babəkin fars mənşəli olmasını iddia edən həmin tədqiqatçılar haradasa aysberqin üst görüntüsü ilə bu nəhəng buz dağının ümümi çəkisini müəyyən etmək istəyən “alimlərə” bənzəyirlər. Etnogenez məsələlərində meydana gələn bütün problemlər isə Bibliyadaki “Xalqlar Cədvəli”nin düz şərh edilməməsi, samilərin və hind-avropalıların indiyə qədər ilk ata yurdlarının müəyyən edə bilməmələri ilə bağlı idi. Maraqlıdır ki, yəhudi alimləri özlərini “seçilmiş xalq” hesab etdiklərindən Ön Asiyada samidillilərdən başqa heç kəsi görmək istəmirdilər və burada iltisaqı dildə danışanları “naməlum” xalq kimi qələmə verirər. XVIII əsrdə avropalı və yəhudi alimləri arasında başlayan bu “elmi” çəkişmələr nəticəsində, cavab olaraq avropalılar arasında guya Şərqə mədəniyyət və elm gətirən “avropamərkəzçilik” və ”ari”lərin üstünlüyünü sübut etməyə çalışan irqçilik nəzəriyyələri yarandı. Məhz bu cür “elmi” nailiyyətlər nəticəsində  “tarix” tədricən öz elmi mahiyyətini itirərək, daha çox “siyasətçilərin” “xadimə”si rolunu oynamağa başladı. Bu cür “elmi nəzəriyyələrlə”  de Qobino və Çemberlen əsasını “ari” nəzəriyyəsi təşkil irqçiliyin “nordik” nəzəriyyəsini yaratmağa başladıqlar [201, 81]. 1879-ci ildə Ştekker tərəfindən isə “antisetizmin” əsası qoyuldu [138а, 5].  Amma bu qədər vaxtın keçməsinə baxmayaraq bu nəzriyyənin tərəfdarları indi də  – “arilər kimdir?” sualına cavab tapa bilmirlər, doğrusu istəmirlər. Məsələn, bir çox alimlərin mülahizələrinə görə, qaynaqlaqda daha çox “Persiya” kimi adı çəkilən dövlətin rəsmi adı “İran” ilk dəfə e.ə. III əsrdə yunan tarixçisi Eratosfen tərəfindən istifadə edilmişdi. Həmin müəllifdə “İran” adı “Ariana/arilər ölkəsi” kimi verilmişdi. Persiyanın tarixi adı “Parsua” isə ilk dəfə Midiynın əyaləti kimie.ə. I minilliyin əvvəlində, təxminın e.ə 843-cü ildə assur hökmdarı III Salmanasarın kitabəsində istifadə edilmişdir. Adı çəkilən əyalət Urmiya gölünün cənubunda, Diyala və Yuxarı Zab çaylarının yuxarı axarında, Mannanın cənubunda yerləşirdi. Yuxarıda deyildiyi kimi, qəbul olunmuş fərziyyələrə görə, bizim indi qəbul edə biləcəyimiz “irandilli” tayfalar (əlbəttə ki, əgər biz indi “irandilli” adlandırdığımız tayfalar başqa bir xalqın adını mənimsəməmişdilərsə- müəllif) bu torpaqlarda e.ə.II sonu - I minilliyin əvvəlində peyda olmuşdular və yuxarıda deyildiyi kimi, onlardan əvvəl burada yaşayan xalqlar iltisaqi dil qrupuna aid idi. İranşünas alimlər “Ariana” adında hind-iran mənşəyini axtaranda nəzərdən qaçırırlar ki, adı çəkilən sözdə istifadə olunan “ar/ər/ir” bütün hallarda “Allah/hökmdar-kahin/döyüşçü” mənası verməklə[112, 50-55; 115, 387-405], və bu anlayış yalnız türk onomastikasında və eyni zamanda, türk etnotoponimikasında öz  əksini tapır. Məsələn, Bulqar, Əfşar, Tatar, Azər, Xəzər, Qacar, Ketur, Toxarvə sair. Bütün hallarda “-ər/ar” hissəsi türklərdə patriarxallığın həmişə aparıcı mövqeyə malik olduğunu təsdiqləyir.

 Amma bəzi tədqiqatçıların “fars” etnonominə qədim fars “qabırğa” sözündən alınma olduğunu iddia etmələrinə baxmayaraq, son tədqiqatlar sübut edir ki, mixi yazılarda Mannanın qonşuluğunda yerəşdirilən “Parsua” əslində türk-bulqarların “barsel” qolu ilə bağlı olan bir addır və onun həqiqi mənası isə “Bars+oba”→”Bars+el” deməkdir. Artıq yuxarıda göstərmişdik ki, bulqar tayfasının qaynaqlardakı adı “askal, işgil, onoqur” və sair formalarda çəkilir [47, 4683; 95, 11-13].  Beləliklə də, “Azərbaycan” adının “iran” aləmi ilə bağlanmasının heç bir əsası yoxdur.

“Azərbaycan” xoroniminin adının mənşəyi ilə bağlı üçüncü istiqamət, onu türkdili əsasda izahını verən tərəfdarların mövqeyidir. Bu istiqamətin tərəfdarları Z.İ.Yampolski və Y.B.Yusifov Azərbaycan adının ilkin formasının mixi qaynaqlarında “Andripatianu” şəklində olması fikrində idilər [92, 16-18; 60]. Z.İ.Yampolski və Y.B.Yusifovdan fərqli olaraq F.Cəlilov həmin xoronimin adının bilavasitə “as” tayfası ilə bağlı olduğunu və “azər”in də “as kişisi” kimi izah olunduğunuqətiyyətlə iddia edir [160].

         Yuxarıda göstərilidiyi kimi, S.Nəfisi xürrəmi hərəkatının əsas dayaq mərkəzi olan “Arran”ı “irandilli” alanlarla bağlamaq istəyəndə, onların yazılı qaynaqlarda “as/yas/az” kimi də xatırlandığını yazırdı. Maraqlıdır ki, həqiqətən də “as” adı “Azərbaycan” adında əks olunmaqdadır. Bütün bu suallar tədqiqatçılar tərəfindən o qədər dolaşığa salınıb ki, onlari bir-bir açmadan, bizi maraqlandıran sullara cavab vermək mümkün olmayacaqdır.

Azərbaycan sözünün “Atropat” adından alınmasını irəli sürən tədqiqatçılar həmin ismin şəxsi ad olmadığını cox yaxşı bilirlər. “Atropat” adı ilə orada bütün ali maqları (kahinləri) adlandırırdılar. Bilavasitə “Azərbaycan/Adurbadaqan” adına gəldikdə isə, həmin adın qaynaqlarda “artopatenalı” Atropatın yaşadığı dövrdən qat-qat əvvəlki hadisələrlə bağlı çəkildiyini qətiyyətlə deyə bilərik.

Məsələn, V əsr Suriya “Karka de bet Seloh” adlı qaynaqda deyilir ki, “Assurun axırı çatanda və allahın hökmü ilə assur hakimiyyəti zəifləyəndə, Ərbak, yəni Adurbad, onun adı iləAdorbayqan adlanan Midiya xanədanındaqala divarı tikdirdi”. Həmin qaynağı tədqiq edən alimlərin qənaətinə görə, orada əks olunan hadisələr e.ə. VII/VII əsrlərdə baş vermişdir və Adorbadaqan sözünün tam mənası “Od allahı tərəfindən qorunan yer” deməkdir” [158, 6]. Birincisi, qaynaqda adı çəkilən “Ərbak”, erməni/haylarda Vrbak [122, 415], əslində Kiaksarın adında gördüyümüz kimi yenə də türk “Ər” və “Baq/Buğa” sözləri əksini tapmışdır. İkincisi, Suriya qaynağında olan məlumat sonralar Yaqut əl-Həməvinin yazıları ilə də təsdiqlənir. Məsələn, orada deyilir ki, “Bəziləri hesab edirlər ki, Azərpəhləvi dilində “od”, bayqan“qoruyucu” yaxud “odun qoruyucusu” deməkdir və beləliklə də bütöv söz “atəşgah” yaxud “odu qoruyan məkan” deməkdir ki, bu da həqiqətə daha yaxındır, çünki həmin yerlərdə atəşgahlar çox idi”[22, 5].

Bu məsələ ilə bağlı daha sanballı və daha da erkən dövrə aid olan məlumatlar da vardır. Bu assur hökmdarı II Sarqonun “Yazışması”dır. Orada deyilir ki, həmin hökmdarın hakimiyyəti dövründə onun əmri ilə Arraphadan tarixi Azərbaycan torpaqlarında yerləşən  qədim dövlətlərdən biri  Mannanın vilayəti olan Mazamuaya “hökmdar yolu” çəkilməli idi. Yolun çəkilişinə cavabdeh olan məmur həmin hadisə ilə bağlı məlumatında yazırdı:

r.1 TA*ŞA-bi URU. Sa-re-[e]                I remove [...] from Sare

   2 a-di URU. BAD – a-ta-na-t-[e]         to Dur-Atanate,

   3 Ana-ku u-pa-sa-ak                            the Arraphaeanes remove [...]

   4 Ta* URU. BAD – a-ta-na-t[e]           from Dur-Atanate

   5  a-di URU. BAD – a-ta-na-t-[e]          to Dur-Taliti, [I] remove [the...]

   6 URU. Arap-ha-a-a-ura-su-ku            again from Dur-Taliti toAzari

   7. TA* URU. BAD - ta -li-ti 

   8a-di  ŞA-bi URU. a-za-ri/seçmə bizimdir – müəllif/

    9 [a-na-kum]-a u-pa-sa-ak

«Mən Saredən dur-Atanateya. Arrapalılar Dur-Atanatedən Dur-Talitityə hərəkət edirlər. /Mən/ yenə də Dur-Talitidən Azariyə doğru hərəkət edirəm [97, 165-166].

“Azari” xatırlanan növbəti hekayə Strabonun məlumatında qorunmuşdu. Həmin antik müəllif yazırdı ki, Araz çayı “şərqə, Atropatenaya doğru axaraq, şimal-qərbə donür, əvvəl Azari yaxınlığından axır, sonra isə Artaksat yaxınlığından /axır/”. Lakin, burada biz həmin yazarın növbəti “möcüzələri” ilə rastlaşırıq. Məsələn, həmin şəhərlərdən danışan Strabon yazır ki, “... həmin iki şəhər Armeniyada yerləşir” [175, 1893].  Assur hökmdarının hakimiyyət illəri təxminən e.ə.722-705 əvvəl, yəni e.ə VIII əsrə aiddir. Ermənilərin isə Van gölü ətrafı torpaqlarda məskən salması, hətta erməni/hay tarixçilərinin yazdığına görə e.ə. VII əsrdə, daha doğrusu onlar hesab etdikləri kimi, 673-cü ildən başlayır [202, 3-4; 136, 80]. 

Gördüyümüz kimi, assur “Yazışmasından” aydın olur ki, Azariqalası Mannanın Mazamua vilayətində yerləşirdi, yəni qaynaq tərtib edildiyi vaxtda indi biz başa düşdüyümüz “Armeniya” nəinki 1918-ci ildə bizim torpaqlarda onlar dövlət yaratdıqları əraziləridə, hətta Van ətrafı[1]torpaqlarda belə yox idi.

Əlavə olaraq deməliyik ki, Azari qalasının adı qaynaqlarda e.ə.VIII əsrdə çəkilirsə, yəqin ki, o, məhz həmin vaxtda inşa edilməmişdir! Beləliklə, Strabonun Azariqalasının Atropatenanın sərhədlərində, Armeniya (Ermənistanın-?) tərkibində yerləşdirməsini iki cür izah etmək olar – 1. Bu yunan salnaməçinin növbəti “uydurmasıdır”; 2. Həmin məlumat Strabona çatdırılanda və o öz “Coğrafiya” əsərini yazanda bu torpaqlar artıq erməni haylar tərəfindən işğal edilmişdi. Lakin, bizi maraqlandıran cəhət odur ki, hətta assur “yazışmasından” 700 il sonra belə Strabon  da Azari  qalasını məhz assur qaynağı yerləşdirdiyi yerdə xatırlayır.

Sonralar “Azər” adı ilə bağlı sözlərə biz Ön Aziya, Qafqaz və Orta Asiyanın müxtəlif yerlərində rast gəlirik. Şübhəsizdir ki, cingiltli “-r” səsinin düşməsi və əlavəsi nəticəsində /arslanaslan; yapraqyarpaq; kutriqurkutiqur; qızlarqızla(qaraçay-balkarlarda) / Manna hökmdarı “Aza”-nın (e.ə.718-716-ci illər) adı “Azər” oxunur [115].

 Əlbəttə ki, bizi maraqlandıran sözün “Asiya” adında əks olunan “as/az”larla əlaqələndirmək olardı - “as/azAzar/Azər”.Lakin, burada hansı bir konyunktr fikir irəli sürülməsindən asılı olamayaraq, qeyd edək ki, həmin ad Azərbayan türkünün etnogenezində mühüm rol oynayan “xəzər”lərin da adında əks olunmuşdur. Maraqlıdır ki, Xəzər dövləti məhz tarixi qaynaqlarda “Skifiya” adlı torpaqlarda formalaşmışdı. Bütün bunları təhlil etmədən Babək və xürrəmi hərəkatının mahiyyətini, sadəcə, öyrənmək olmaz.

Şəxsən, bu sətirlərin müəllifi kimi hesab edirik ki, bəzi tədqiqatçıların “Azərbaycan” adını yuxarıda qeyd etdiyimiz tayfalarla əlaqələndirməsi –yalnız məsələyə səthi, materialist düşüncəsi baxımından yanaşmadır ki, o da “darvinizm” və “marksist-leninçi” fəlsəfəsi ideyaları əsasında formalaşmış fikirlərdir. Həmin “materialistlər” unudurlar ki, təbiətdə baş verən hadisələrin çoxu İnsan iradəsindən kənardadır. Axı hər bir ad özbaşına yaranmır və onun yaranması üçün əvvəl mütləq “obyekt” yaranmalıdır ki, sonralar da o müəyyən bir adın yaranmasına təkan versin. Burada isə artıq fərdin (xalqın) idrakı və onun dünyaya baxışı aparıcı rol oynayır. Materialist düşüncəli tədqiqatçılar isə düşünmək istəmirlər – nəyə görə hansısa bir xalq öz Vətənini məhz “bu” adla adlandırır? Deyəsən bu da təsadüfü deyildir ki, çinlilər öz vətənlərini “Səmavi” adlandırırdılar. Axı onlar öz Vətənlərini “Yerüstü” də adlandıra bilərdilər.Təbiidir ki, ölkənin yerli xalq və qonşuları tərəfindən adlandırılması var, bəzən onlar bir-birindən fərqli səslənir. Məsələn, ermənilər özlərini “hay” (biz onlara “erməni” deyirik), gürcülər isə “somexi” adlandırırlar.

Bəllidir ki, hər birimiz Kainatına fövqündə heç toz dənəsi də deyilik. Buna görə də etnogenezlə bağlı olan məsələləri Kainatda, o cümlədən, Yer kürəsində həyatın meydana gəlməsinə təkan verən proseslərdən təcrid vəziyyətdə öyrənilməsi, əlbətdə ki, mümkün deyil.  Düşünürük ki, bütün ziddiyyətlər də buradan qidalanır. Nəticədə belə bir sual yaranır – bəs insan özü “İnsanı” nə cür dərk edirdi. Lap əvvəldənmi İnsan, materialistlər düşündüyü kimi, öz  “babasını” “meymun” sayırdımı? Əlbəttə ki, bütün bu suallara cavab vermək çox çətindir və biz, bu kitabda bunu qarşımıza məqsəd qoymamışıq. Amma istər-istəməz bu sualların cavablandırılması bizə xürrəmi və şiə ideologiyasının müəyyən dərəcədə dərk ediləsinə yardım edir.

Biz nə qədər maddiliyə bağlansaq da, İnsan Homo sapiens  səviyyəsində bütün fəaliyyəti Yer üzündə həm Dinformasında təzahür edən kosmik enerji - Nurla, həm də ki, yalnız məişət baxımından deyil, artıq onun maddi təcəsssümü olan “od/alov/işıq”a bütün ömrü boyu bağlı olmuşdur. İnsan həyatının və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, o, enerji sərf edib onun yeni formasını qazanmasın. İnsan bunu istəsə də, istəməsə də, kosmik enerji ilə bağlı idi və təsadüfi deyidirl ki, qədin zamanlardan monoteist dinlərin zühüruna qədər adından asılı olmayaraq Allah (Dingi / Tenqri / Tanrı / Ra (Hekri) / El / Eloh / Zevs / Yupiter / Mazda / İlah) və onunla bağlı olan bütün dini mərasimlər “işıq” başlanğıcı ilə əlaqələndirilirdi.

Məsələn, müsəlmanlarda “Fatihə” surəsinin oxunuşu mərasiminə nəzər salaq. Bu surənin oxunuşu zamanı, həmin anda ovuclar üzü yuxarı tutulur və dərhal sonra salavat deyilən kimi həmin əllər  (yaxud, şiələrdə olduğu kimi bir əl vasitəsi ilə) yuxarıdan aşağıya doğru aparılır. Bununla da insanın müəyyən vaxt ərzində topladığı mənfi enerji üzündən götürülür və o Allahdan, Onun pak Nurundan enerji  almaq imkanını qazanır. Yəni bu mərasimin icrası vasitəsi ilə insanın Allahla təması bərpa edilir. Bütün bunlar isə minilliklər boyu Homo sapienslərdə(! – müəllif) nəsildən-nəsilə irsən keçirdi və indi də belə davam edir. Göründüyü kimi, insanın hər bir hərəkətı enerjinin qəbulu  və onun  sərf olunması ilə bağlıdır. Homo sapiens isə heyvandan öz şüurlu, yaradıcı enerjiyə (Ruha) malik olması ilə fərqlənir.

Məlumdur ki, insanın bütün danışıq prosesi də “söz/ifadə” işlədilməsi ilə bağlıdır. “Söz” danışmağı bacaranlar üçün müəyyən səslərin istifadəsi, danışmağı bacarmayanlar və lal-karlar üçün isə - hərəkətlə bağlıdır. Lakin qeyd olunan hər iki ifadə, yəni “söz” və “hərəkət” enerjinin sərf olunması ilə əlaqəlidir. “Söz” öz növbəsində isə həm mənəvi, həm də maddi xüsusiyyətlərə malikdir. Biz onu mücərrəd bir şəkildə qəbul etdiyimiz üçün mənəvi, mərkəzyönümlü bir informasiya kimi qəbul etdiyimiz üçünsə maddidir.  O insan beynindəoturaraq artıq  maddiləşir. Fizika alimləri sübut edirlər ki, bütün hissəcikləri istiqamətləndirən kvant dalğası öz daxilindəyaxın vəuzaq hadisələr haqqında kodlaşdırılmış informasiya daşıyır  vəo da məsafənin artması iləazalmır (seçmə bizimdir – müəllif) [132, 215].

Müxtəlif dillərdə həmin enerji daşıyan funksiyanı “os/us/is/iş/ak/ik/al“ inkişafı ilə “un/in/an”leksik hissəciyi daşıyır [68, 19-30]. Həmin informatif hissəciklərin sinonimi “nur/od/işıq” mənasını bildirən “od/ud/ku” leksik hissəcikləridir. Məsələn, biz “in-“ hissəciyinin informativ xüsusiyyətini elə “informasiya” sözünün ozündə görürük.

İslam ehkamlarından biri də “səbir”dir. Məşhur cizgi filminin qəhrəmanı “Damda yaşayan Karlson” demişkən: “Səbr vəyalnız səbr”. Yeni faktların izahına başlamazdan öncə oxuculardan bir az səbirli olmalarını, onlardan bu faktları böyük diqqət və maraqla oxumalarını xahiş etmək istərdim.

Ərəb dilində “un/in” hissəciyi həmin dilin xüsusiyyətlərinə görə həm bağlayıcı “in/nə”, həm də modal söz “innə/həqiqətən” funksiyalarını icra edir. [131, 45, 46].Bununla bərabər ərəb dilində “un”(yiyəlik halında “in”, yönlükdə isə “ən”) ismin qeyri-müəyyənlik şəkilçisinin funksiyasını icra edir – kitəbun.  Müəyyənlik artikli “əl-“ artırılanda isə, məsələn “əl-kitab”, “un” suffiksində “-n” hissəciyi düşür. Maraqlıdır ki, ərəb dilində olam “əyyən” sözü /sifət kimi – müəllif/ ərəb “ ’ayyna/müəyyən” etmək” felinin ikinci babına aiddir. Bu feilin əsasında ərəb dilində “göz/’aynun” ismi yaranmışdır və bu da “işığı” qəbul edən əsas insan orqanıdır[131, 515]. Fars dilində isə “in/bu», “an/o” işarə əvəzlikləri funksiyasını icra edən hissəciklərdirsə, “an” cəm halını bildirən şəkilçidir [189, 129, 150].

 



[1]Ümumiyyətlə, indiki “ermənilər”in gibrid bir xalq olduğunu demək lazımdır. Onların gibrid olmasını vaxtı ilə N.Y.Marr xüsusi olaraq qeyd etmişdir [122, 369]. Onları öz dillərində, daha doğrusu “şurtvats” adlandırmaq lazımdır. İndiki haylarla tarixi “erməni” adlandırdıqlarımız “şurtvatslar” arasında boyük fərq var və bu gibridlər özlərində yalnız tarixi etnikonu qoruyublar. Armeniya/Ermənistandan olan “bizim həmkarların” özlərinin etnik mənşəyi haqqında yaratdıqları bütün uydurmalara baxmayaraq, hayların özlərini frigiyalılar vasitəsi ilə hindavropalılara bağlamaq cəhdləri uğursuzdur, çünki əslində frigiyalılar adı altında türklər sezilir[196, 5-18]. Hay tarixçilərinin bütün uydurmalarına baxmayaraq, erməni qaynaqları özləri soy köklərini türk aləminə bağlayırlar. Buna görə qanuna uyğun bir sual ortaya çıxır - əgər onların əcdadı Hayk hay/ermənidirsa, bəs onda onun  nəvəsi Turk Angeh elə erməni qaynaqları yazdığı kimi, niyə Türk adının daşıyıcısıdır? Bu halda, əgər nəvə Türkdürsə, onda Hayk kimdir? 

 

Tarix üzrə fəlsəfə doktoru

Ələkbər Ələkbərov



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020