BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Şah İsmayıl Xətai” mövzusunda konfrans

22:33 / 30-04-2015   /   baxış - 2958

Bakının 313 saylı tam orta məktəbinə “Şah İsmayıl Xətai” mövzusunda konfrans leçirilib. Konfransı giriş sözü ilə açan məktəbin direktoru Zakir Bayramov qonaqları salamladı və tədbiri acıq elan etdi. Dövlət himni oxundu. Sonra söz Layihə üzrəTəşkilat Komitəsinin sədri, Bakı şəhər 313 saylı tam orta məktəbin tarix müəllimi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının üzvü  Araz bəy Şamilə verildi. O dedi:

"Hörmətli qonaqlar! Hörmətli müəllimlər və əziz şagirdlər!
Azərbaycanın tarixi şəxsiyyətlərinin hər birinə son dövrlərdə total hücumların şahidiyik. Bu hücumların hamısının məqsədi Azərbaycanın milli dəyərlərini özündə əks etdirən tarixi şəxsiyyətlərimizi və qəhramanlarımızı gözdən salmaqdır. Bu tarixi şəxsiyyətlərimiz hal hazırda yad ekspertlərin hədəfindədirlər. Bu nöqteyi-nəzərdən bizim qarşıda duran əsas məqsəd və vəzifəmiz öz tarixi şəxsiyyətlərimizdən iki əlli yapışmaq, onların mahiyyətini cəmiyyətə catdırmaqdır. Dövlət müstəqilliyi əldə etmiş millət, hər bir vətəndaşımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar. Bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək lazımdır. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir.
Bunun üçün Millət Vəkili Hörmətli professorumuz Yaqub müəllimin rəhbərliyi ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi altında Respublikamızın orta təhsil məktəblərində bu cür konfransların kecirilməsi nəzərdə tutulmuşdur. Konfransların birinci mərhələdə Bakı şəhəri üzrə, ikinci mərhələdə respublikanın digər şəhər və rayonlarında təşkil olunacaq.
Konfranslarda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları və tarix müəllimləri iştirak edəcəklər. Hər bir məktəb keçiriləcək konfransın mövzusunu (Tarixi şəxsiyyətləri) və digər məlumatları müstəqil seçərək, aşağıdakı formada təşkilat komitəsinin elektron poçt ünvanına (arazshamil@mail.ru) göndərməlidir. Konfransın vaxtı və planı aşağıdakı plana uyğun olaraq tədbir keciriləcək məktəblə birgə hazırlanacaq".

Sonra AMEA Tarix İnstitutunu direktoru professor Yaqub Mahmudovun məruzəsi dinlənildi.

Tədbirdə alınan qərara əsasən bu iş digər məktəblərdə də davam etdiriləcək. Bunun üçün Təşkilat Komitəsi yaradılmasına qərar verildi. Təhsil problemləri İnstitunun böyük elmi işçisi, Tarix Fənn kurikulumunun kordinatoru Sevil Bəhramova və 272saylı tam orta məktəbin tarix müəllimi, kurikulumların hazırlanması üzrə işçi qrupunun üzvü Röya Yaqubova Layihənin təşkilat komitəsinə üzv oldular.

VİDEO:

 

FOTOLAR:

BAO İnformasiya Xidməti

30.04.2015.



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020