BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rus tarixçidən ETİRAF: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır” - MÜSAHİBƏ

01:26 / 24-02-2016   /   baxış - 2737

Rus tarixçidən ETİRAF: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır” - MÜSAHİBƏ
Rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev Xocalı soyqırımı haqda danışıb. Qeyd edək ki, “Qarabağ gündəliyi” və “Qarabağın qanlı burulğanı” kimi tarixi monoqrafiyaların müəllifi olan Y. Pompeyev Xocalı hadisələrini öyrənən tarixçilərdəndir.

Publika.az “Moscow-baku” portalına istinadən həmin müsahibəni təqdim edib.

- Xocalı hadisələrinə soyqırımı demək mümkündürmü?

- Bəli, tamamilə belə demək olar. Silahsız insanlar, uşaqlar məhv edildi. Həmçinin insanlar milli mənsubiyyətinə görə öldürüldülər. Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl soyqırımı idi. Bu hərbi cinayətin bir gün mühakimə olunacağı dəqiqdir.
O dövrə qədər Xocalıda məshəti türklər də yaşayırdı. Bu xalq Stalin tərəfindən Fərqanə vadisinə sürgün edilmiş, 80-ci illərin sonlarında Qafqaza qayıtmışdı. Bu xalq böyük faciələrlə üzləşib. Onlar Xocalıda da tankların altında əzildilər.
“Qarabağ gündəliyi”ni yazarkən mən həmin faciədən sağ qurtulan insanlarla görüşürdüm. Onlardan bir çoxu hələ o zaman uşaq, yaxud gənc idilər. Onlarda bu faciədən psixoloji sarsıntılar qalmışdı. Məsələn, bir qız normal nitqini itirmişdi. Bu, dəhşətli idi. 

- Sizin fikrinizcə, ermənilərin Xocalı əməliyyatının hədəfləri nə idi?

- Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vala müsahibəsində “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar və biz dinc əhaliyə əl qaldırmayacağıq. Amma biz bu stereotipi sındıra bildik” deməklə bu hədəfi aydın ifadə etdi.

- Bəziləri “Xocalıya ədalət!” kampaniyasının “erməni soyqırımı”nın tanınmasına cavab olduğunu hesab edirlər. Siz necə düşünürsünüz?


- Mən bunun hansısa cavab olduğunu düşünmürəm. Bu, azad kampaniyadır və məqsəd həqiqətlərin çatdırılmasıdır. Leyla Əliyevanın başlatdığı bu kampaniya nəticəsində Rusiyadan başlamış, Avropa və Amerikaya kimi bir çoxları Xocalı həqiqətləri haqda məlumatlar əldə edib. Hesab edirəm ki, kampaniyanın Rusiyada aparılması da əhəmiyyətlidir. Çünki o vaxt Rusiyanın 366-cı alayının tankçıları və əsgərləri də bu qırğında iştirak ediblər. Onların ya içkinin təsiri altında, ya da təzyiqlə bu addımı atmalarının heç bir fərqi yoxdur. Bu haqda rusiyalılar da bilməlidir.

- İki xalq arasında barışıq mümkündürmü?

- Barışıq sadə insanlardan başlamalıdır. Sadə vətəndaşlarla hərbi cinayətkarları və terrorçuları ayırmaq lazımdır. Müharibəyə qədər insanlar bir yerdə yaşayırdı. Ailəvi dost idilər. Hesab edirəm ki, əvvəl-axır azərbaycanlılarla ermənilər barışacaq. Çünki onlar qonşudurlar. Sadəcə olaraq bunun üçün nümunələr lazımdır. Bakıda Avropa Oyunları zamanı Azərbaycan Prezidenti İlham Əliyev erməni idmançıya medal təqdim etdi. Həmin vaxt tribunadan fit səsləri eşidildi və İlham Əliyev əl işarəsi ilə insanları sakitləşdirdi. İnsanlar Prezidentin bu işarəsindən sonra fiti alqışlarla əvəzlədilər. Bu çox gözəl nümunə idi.

 

Publika.az



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020