BÜTÖV AZƏRBAYCAN OCAQLARI
22 İYUL – MİLLİ MƏTBUATIMIZIN YARANMASI GÜNÜNƏ HƏM KİÇİK BİR SÖZARDI HƏM DƏ TƏBRİK ƏVƏZİ OLARAQ...

23:04 / 21-07-2019   /   baxış - 2074

Məhəmməd İsrafiloğlu

 

“Qələm tutan əl açır

Bu nə əl çağıdır belə?!”

Rüstəm Behrudi.

 

22 İYUL MİLLİ MƏTBUATIMIZIN YARANMASI GÜNÜNƏ HƏM KİÇİK BİR SÖZARDI HƏM DƏTƏBRİK ƏVƏZİ OLARAQ...

Bu şəkilə diqqətlə baxın.Türk Dünyasının üç azman şəxsiyyəti, qaranlığı, cəhaləti öz bilik ə maarifpərvərlik nuruyla aydınlatan İsmayıl Bəy Qaspıralı, Həsən Bəy Zərdabi və Əlomərdan Bəy Topçubaşov bir arada. Ruhən, fikrən, əməl və məfkurə birliyində heç ayrı olmadılar ki... Hər birinin öz işığı olub Türk Dünyası və öz xalqlarının qurtuluşu,maariflənməsi uğrunda mübarizələrində.Təkcə şəkildə bir deyillər,məfkurə,amal,qayə olaraqda üçü bir bütünü təşkil edir.Müstəbid Çar rejiminin onları məruz qoyduğu heç bir mərhumiyyət,işkəncə bu bütünlüyü poza bilmədi,getdikləri Yolda nə şəxsiyyətləriylə nə də çəkdikləri çilələrə rəğmən heç zaman çat vermədilər bu möhtərəm,İşıqlı Şəxsiyyətlər...

 

HƏR ÜÇÜ İŞIQLAR İÇİNDƏ YATSIN!

"Zərdabiyə ən böyük dəyər verən isə –həm sağlığında, həm də vəfatından sonra – onu “Şeyhülmuharrirîn” (Jurnalistlərin Şeyxi) adlandıran, sağlığında şərəfinə, vəfatından sonra isə xatirəsinə xütbələr oxutduran Qaspıralı İsmail Bəydir. Allah onların ikisinin də məkanını Cənnət eləsin!"(Bu sitat dəyərli alim dostum  Nazim Muradov un iki il öncə Türküstan.infoya verdiyi müsahibədən götürülüb-M.İ.)

Tarixi şəxsiyyətlərə həmmüasirlərinin gözüylə baxmaq,həm də bu cür obyektiv və sevgiylə baxmaq hər zaman heyranlıq doğurur...

Çağdaş mətbuatımızın nümayəndələri haqqında bu vür ağızdolusu danışmaq çox təəsüf ki çox çətindir,bəlkə də mümkünsüzdür.”Azadlıq” qəzetinin əsasını qoyan,müasir mətbuatın “Zərdabisi” Nəcəf Nəcəfov istisna olaraq,həm də böyük bir istisna olaraq.H.B.Zərdabinin səpdiyi toxumların ən gözəl səmərələrindən faydalarından saymaq olar Nəcəf Bəyi,1988 ci ildə aşıb-daşan gəncliyin enerjisinə ayna tutan “Gənclik-Moldost” jurnalını ərsəyə gətirən Məmməd İsmayılı,”Müxalifət” qəzetini yaradaraq topluma ayrı bir ruh ovqat qatan rəhmətlik Ağamalı Sadiqi,"Azərbaycan" qəzetini yaradan Sabir Rüstəmxanlını.(parlament orqanına çevrilməyən dövrünü-M.i.) Sonrasını M.Ə.Rəsulzadəyə buraxıram:” "Madam ki, millət biçarədir, onun mətbuatı da biçarə olacaqdır. Fəqət borcu millətə kömək etmək olan şəxslərin onun biçarəliyinə xidmət etməsi çox qəribədir?!

Eyibdir!..." Amma bu “Eyibdir!”lər indiki yandaş mətbuatda medal,ev,pul kisəsinin ekvivalenti olaraq həyat sürdürür,həm də nə həyat.

“Əkinçi”nin adından doğan orjinallığa “bu qəzetdən peyin iyi gəlir”deyib dodaq büzənlərin səsi,sorağı Sultan ,padişah tövləsinin it və pişiklərinin peyinliyindən gəlir.Gərək ki belə cavab vermişdilər bu sözlərin müəllifinə ki,bəs qəzet iyləmək üçün deyil oxumaq üçündür. Pulun qoxusu sonda peyin qoxusu dadacaq təbii gec tez,çünki “real”lıqdan qaçmaq əsla mümkün deyil.

M.Ə.Rəsulzadə 1952-ci ildə “Azərbaycan” jurnalında yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi. Həsən Bəy Zərdabini dəfn edərkən M.Ə.Rəsulzadə tabutu göstərərək “Bu tabutda yatan KİŞİ MİLLƏTİMİZİN ATASIDIR” deyərək gözəl nöqtəni qoymuşdur.

Bu günə qədər bizə zorla yapdırılan “millət ataları” H.B.Zərdabinin fonunda heç toz belə deyillər. Öz evinə,ailəsinə ata olmayanlar bu xalqa,millətə süni yaltaq mədhiyyələrlə “atalıq” etməsi(ya ölüs,ya dirisi fərq etməz-M.İ.) yalnız ürək bulandırır.Oysa bu mümtaz,münəvvər zat Həsən Bəy Zərdabi öz evini-eşiyini satıb xalqının övladlarına məktəb açdırmağın mübarizəsini verirdi,kimsəyə minnətçi düşmədən.Halbuki o vaxtda elə indi də millətdən,qeyrətdən dəm vuran komprador və parazit burjuaziyanın bir itinin,pişiyinun,madmuazellərinin bir aylıq xərcinə xalqın kasıb balalarını cəhalətdən,savadsızlıqdan qurtarıb onlarla məktəb açmaq mümkün idi.

Odur ki kimsə yüksək pafosa sarılmasın əfəndilər! Gündə bir ev alıb,döşünə padişah medalı taxıb övladlarını Avropa məktəblərində oxutdurub ağızlarını əyə-əyə,doğma dilində danışmağa xor baxıb küftəyə qofta,anaya mum,ataya dad deyib günübirlik həyat sürənlər bu xalqdan millətdən sayıla bilməz.Nə qədər sərt də olsa onlar bu millətin belindən gəlməyiblər!

Gəlsəydilər bu cür olmazdılar. Bu üzdəndir ki Yalnız Qələmi vicdan və ədalətin ən yüksək meyarı sanan, bunu həyatında, fəaliyyətində yaşayan, yaşadan mətbuat əhlinin bayramı Mübarək olsun!

QƏLƏMİN MÜQƏDDƏS VƏZİFƏSİ XALQA, HAQQA XİDMƏT ETMƏKDIR. AZƏRBAYCANDA BU IDEYAYA SADIQ OLAN BÜTÜN ƏHLİ QƏLƏMİN BAYRAMI MÜBARƏK OLSUN! ÖMRÜNÜ BU MÜQƏDDƏS YOLDA ŞAM KİMİ ƏRIDƏN HƏSƏN BƏY ZƏRDABININ, NƏCƏF BƏY NƏCƏFOVUN SİMASINDA ŞƏHİD OLAN, DÜNYASINI DƏYİŞƏN PARLAQ QƏLƏM SAHİBLƏRİNİN MƏKANLARI CƏNNƏT OLSUN!

BAO.AZ.

21.07.2019