BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya keçiriləcək

02:09 / 02-03-2017   /   baxış - 1651

4 mart 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmlar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi Müasir İnkişaf İctimai Birliyi İdarə Heyətinin sədri, tədqiqatçı Mübariz Göyüşlü olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

 

BAO İnformasiya Xidməti

01.03.2017