BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimli: Başı bədəninə ağırlıq edən şəxs Şah Abbasın sarayında fars dilində danışa bilərdi - Müsahibə

01:37 / 31-05-2016   /   baxış - 2220

Tartix elmləri doktoru, Bütöv Azərbaycan Ocaqlarının (BAO) sözçüsü Dilavər Əzimli bao.az-a Səfəfilər mövzusunda geniş  müsahibə verib. Müsahibənin mətnini təqdim edirik:

-Dilavər müəllim, Səfəvi Osmanlı münasibətlərindən danışarkən adətən ən çox toxunulan məsələ Çaldıran döyüşdür. Biz mənbələrə müraciət etsək Çaldıran döyüşünün elə də bir əhəmiyyətli döyüş olmadığını görürük, lakin Sovet tarixşünaslığında bu döyüş həddən ziyadə şişirdilmişdir. Bunun səbəbi nədir?

-Çaldıran döyüşünün siyasi alətə çevrilməsi Sovetlər dönəmində baş verdi. Daha doğrusu, İkinci Dünya müharibəsindən qabaq... O zaman SSRİ ilə Almaniya arasında münasibətlər günü-gündən pisləşirdi. Həmin dövrdə İran ilə Almaniya müttəqfiq idi. SSRİ-nin İran tərəfdən təhlükəsizliyini təmin etmək lazım idi. O zaman yada düşdü ki, orada Güney Azərbaycan var. Azərbaycan türkləri var. Azərbaycan Səfəvilər dövləti vardır. Demək, İran dövlətini bu məsələ ilə zərərsizləşdirmək asan idi. Bununla həm də Türkiyəyə zərbə endirilirdi. SSRİ ilə Türkiyə arasında da kəskin münasibətlər var idi. Bundan əlavə, Türkiyə ilə Almaniya arasında münasibətlər dost münasibətləri idi. Əslində, SSRİ-nin ideoloji sahədə fəaliyyəti Qərb ölkələrini də təmin edirdi. Yəni, Çaldıran döyüşünün qabardılması ilə sünni-şiə münasibətləri gündəmə gəlirdi. Əslində, bu döyüşün mahiyyətində həmin münasibətlər yox dərəcəsində idi. Daha doğrusu, yox idi. Bu ayrı söhbətin mövzusudur. Ona görə də Çaldıran döyüşü gündəmə gəldi. Orta əsr tarixçilərinə xüsusi tapşırıq verildi. Amma bunun bir əhəmiyyəti də oldu. İlk dəfə olaraq SSRi və Avropa tarixşünaslığı rəsmi şəkildə Səfəviləri Azərbaycan dövləti kimi təqdim etdilər.

-Səfəvi-Osmanlı münasibətləri nəyə görə toqquşma ilə nəticələndi? (Bizə məsələnin iqtisadi tərəfləri lazımdır.)

-Bilirsiz, hər bir toqquşmanın güclü səbəbi vardır. Təbii ki, bu toqquşmada da əsas səbəblər var idi. İlk növbədə uqtisadi münasibətlər gəlirdı. Məsələ ondaydı ki, Osmanlı imperiyası gün-gündən böyüyürdü. Avropa dövlətləri ilə ağır müharibələr aparırdı. Bunun iqtisadi təminatı olmalıydı. Bu iqtisadi təminat Azərbayucan əraziləri idi. O zaman Azərbaycan beynəlxalğ ticarət yollarının kəsişdiyi əsas məkan idi. Bura sahib olmaqla dünyanın maliyyə rıçaqlarını əldə saxlamaq mümkün idi. O zaman Şərqi Anadolu dünya ticarətində xüsusi önəm kəsb edirdi. Şərqi Anadoluya sahib olan dünya ticarət sisteminə birbaşa təsir edirdi. Necə ki, sonralar Şərqi Anadolunun əldən getməsi Səfəvilərin  iqtisadi sisteminə güclü zərbə oldu. Bundan sonra Bağdad tticarəti gəlirdi. Ora isə İran (Kəngər körfəzi) körfəzi ticarəti daxil idi. Baxın, Şərqi Anadolunu ələ keçirən osmanlılar sonradan Bağdad uğrunda savaşa atıldılar. Səfəvilər isə bir qədər sonra İran körfəzi ticarətini də məcbur olub portuqallara güzəştə getdilər. Toqquşmanın əsas səbəblərindən biri də Turan ideyasının, daha doğrusu, Şərqin bütün ərazilərinin bir dövlətdə birləşdirilmısiydi. Bu isə Fatehlik idi. Bu barədə dövrün tarixçisi Budaq Qəzvini məlumat verir. O zaman Şərq hökmdarları dünyanı bir hökmdarın hakimiyyəti altında birləşdirmək istəyirdilər. Onlar deyirdilər ki, dünya bir olan Allah tərəfindən idarə olunur, ona görə də Yer üzündə bir hökmdar olmalıdır. Avropanı ciddi saymırdılar. Əslində, Şərqi birləşdirdikdən sonra Avropa birbaşa təslim olurdu. 

-XVI əsrin ilk illərində Osmanlı dövlətinin və Səfəvi dövlətinin iqtisadi durumu və planları necə idi?

-XVI əsrin ilk illərində istər Osmanlı, istərsə də Səfəvilərin iqtisadi sisteminin ən yüksək dövrü idi. Onların arasında da münasibətlər pis deyildi. Hər iki dövlət özünün yüksəliş dövrünü yaşayırdı. Təsəvvür edin ki, Şərqdən gedən ticarət karvanları Azərbaycan ərazilərindən keçməklə Bursaya daxil olurdular. Bursada onları Avropadan gələn tacirlər gözləyirdilər. Azərbaycan ərazilərindən Osmanlı ərazilərinə bir neçə istiqamətdə ticarət marşrutları uzanırdı. Osmanlı ərazilərində bir çox yerlərdə kömrük məntəqələri var idi. Bu məntəqələrdən hədsiz dərəcədə gəlir götürürdü. Bunların işərisində Hələb gömrüyünün xüsusi çəkisi var idi. Orada Azərbaycan tacirlərinin xüsusi nüfuzu var idi. İki dövlət arasında iqtisadi münasibətlər çox sıx idi. Onların iqtisadi sistemi bir-birini tamamlayırdı. Səfəviləri aradan qaldırmağı qarşısına məqsəd qoyan Sultan I Səlim (Yavuz) bunu hesablamadan səfəvilərə qarşı iqtisadı blokada tətbiq etdi. Buna tarixdə “ibrişim yasağı” deyirlər. Yəni, ipək qadağası.... Bəllidir ki, ipək o zaman indi neftin oynadığı rola malik idi. Bu qadağa təkcə səfəvilərin deyil, osmanlıların iqtisadi sisteminə ağır zərbə vurdu. Bunu acısını Avropa da çəkdi. Avropada ipəyin qiyməti qalxdı. Osmanlıda isə böhran baş verdi. Bunun ardınca ucuz ingilis mahudu Osmanlı bazarına yönəldi. Bunun acısını isə Osmanlı neçə əsr çəkdi. Yavuzdan sonra sultanlıq taxtına əyləşən Sultan Süleyman Qanuni bu yasağı götürdüsə də, əvvəlki miqyası bərpa edə bilmədi. Yəni, bazar getdikcə zəifləməyə başladı. Bu bazarın zəifləməsində Volqa-Xəzər ticarəti də mühüm rol oyandı. Bu ticarət səfəvilərin bazarının satbil qalmasını təmin edirdi. Elə Osmanlı-Səfəvi toqquşmasında bu marşrutla olan ticarət də az rol oynamadı. Bunula belə, istər Osmanlı, istərsə də Səfəvi iqtisadı sistemi bütün XVI əsr boyu yüksələn xətlə inkişaf edirdi. O zaman Azərbaycanda iqtisadiyyatın bütün sahələri inkişafda idi. Üç sahə-ipək, neft və duz sahələri daha çox inkişaf etmişdi. O zaman bu sahələrə tələbat daha böyük idi.

-Şah İsmayıl hakimiyyətə qızılbaşlıq ideyaları ilə gəlmişdi. Necə oldu ki, sonradan dövlət şiə dövləti adlandırıldı? Qeyd edim ki, ilin əvvəllərində İran tarixşünaslığında Səfəvi dövlətinin şiə dövləti olması iddia olunur. Sizin fikriniz?

-Bilirsiz, dini məsələyə münasibət reallığa söykənməlidir. Orta əsrlərdə şiə sözü işlədilmir.  O zaman cəfərilik sözünə rast gəlinir. Nadir şah Əfşar və Qacarlar dövlətində də şiə sözü işlədilmirdi. Cəfəri sözündən istifadə edirlər. Öyrəniləsi məsələlərdən biri də səfəvilərdə dini münasibətlərdir. Şah İsmayıl sufi idi. O, sufilərin əhatəsində yetişmişdi. Sufiliyi izah etsək, bir müsahibə yetməz. Sufilikdə şəriət, təriqət, mərifət və həqiqqət mərhələri vardır. Bunları bilmədən səfəvilərdə dini münasibətləri izah etmək mümkün deyildir. Bir də ki,  o zaman Azərbaycanda Türk Xalq İslamı var idi. Bunu da bilməsəniz ciddi nəticlər ələd edə bilməyəcəksiniz. Türk Xalq İslamı indi də vardır. Yəni, bizim qəbul etdiyimiz İslam Ərəb aləminin İslamından kəskin fərqlənir. Bizim qəbul etdiyimiz İslamda yerli adət-ənənələr özünü əks etdirir. Bunlar ənənvi İslama hopmuş və onu dəyişdirmişdir. Məhz bu İslamın hesabına İslam bütün dünyaya yayıldı. İslam qılınc ilə deyil, dərvişlərin, babaların hesabına Avropaya qədər yayıldı. Bu mənda İslamda türklərin rolu əvəzsizdir. Qızılbaşlıq üzrə məşhur tədqiqtçı İren Melikoff yazır ki, “Qızılbaşlıq cəfəriliyi və sufiliyi özündə birləşdirən bir Türkmən anlayışıdır”. Qızılbaşlıqda Tenqri anlayışı Məsih anlayıçı ilə əvəz olundu. Qızılbaşlıqda Şamanizmdən qalma donbadon, hülul, tənasüx analyışları var idi. Bu sistem babəkilikdən, hürufilikdən gəlib qızılbaşlığa qədər çatmışdı. Məsələn, Xunci yazır ki, “Şeyx Heydər babəkiliyi yayırdı. O, Babəkin qanunlarına yiyələnmişdi. Müridlər ona Tanrı kimi baxırdılar”. Şeyx Cüneydin də müridləri ona Tanrı kimi yanaşırdılar. Bu necə şiəlikdir? Şah İsmayıla da elə baxırdılar. Onun yolunda şəhid olmağı müqəddəs vəzifə sayırdılar. Deyin görüm, İranda kimsə ayətollahların yolunda şəhid olarlarmı?  Bu gün Səfəvilərə dini baxımdan çoxları bu günki İran mövqeyindən yanaşır. Belə olmaz. Hətta Şah Təhmasibə “Sahib-əz Zaman” kimi baxırdılar. Şiəlikdə belə şeylər varmı? Bunlar Tanrıçlıqdan, Şamanizmdən gəlirdi. Hətta Şah Abbasın zamanında da belə idi. Götürün o dövr mənblərinə diqqətlə baxın. Bu dövlət Şah ismayıl zamanında bir sufi dövləti idi. İqtidar sufilər arasında bölüşdürülmüşdü. Şah İsmayılın uzun saçları və ələvi formasında bığları var idi. Əlində də saz... Onun zamanında bir dənə şəriət kitabı göstərin əllərinizdən öpərəm. Onun yanına şəriət alimlərini gətirirlər ki, şəriət kitabları yazsınlar. Onlara qulaa asır və deyir ki, sizin dedikləriniz bizlik deyildir. Biz Məhəmməd (s.ə.s.) peyğəmbəri və əhli beyti (ə)ni qəbul edirik. Onlar 12 imamı qəbul edirdilər. Ona görə də Qızıbaş tacında 12 zolaq var idi. Bütün Türk dünyasında 12 imam müqəddəs qəbul edilir. Bu mənada səfəvilərə sırf indiki İran şiəliyi prizmasından yanaşanlar böyük səhv edirlər. Qəribədi ki, bu cür daha çox sünni məzhəblilər düşünürlər. Səfəvilərə məzhəb baxımından yanaşanda həqiqəti ortaya qoya bilməzsən!  

-Tarixi Azərbaycan torpaqları olan Şərqi Anadolunun XVI əsrin əvəllərində iqtisadi əhəmiyyəti hansı səviyyədə idi?

-Mən bu məsələyə yuxarıda toxundum. Şərqi Anadolu həyati bir məsələ idi. Ona sahib olmaq bütün dünyaya sahib olmaq demək idi. Söhbət iqtisadi sistemdən gedir. Bir müddət sonra avropallar müsəlmanların hesabına Hindistana çıxış əldə etdilər. Okean ticarəti inkişaf etdi. Lakin quru ticarəti öz əhəmiyyətini itirmədi. Çünki Avropa dövlətləri iki qismə bölünmüşdü: okean ticarətinə çıxışı olan dövlətlər və bir də kean ticarətindən kənarda qlan dövlətlər. Okean ticarətindən kənarda qlan dövlətlər üçün Suriya ticarət bazarının böyük əhəmiyyəti var idi. Həmin bazara mallar isə Şərqi Anadoludan gedirdi. Baxın, səfəvilər daima çalışırdılar ki, Şərqi Anadolunu qaytarsınlar. Həm də oraya özlərinin ərazisi kimi baxırdılar. Çünki tarixi Azərbaycan torpaqları idi. Əhalisi də Azərbaycandakı dövlətlərə meyilli idilər. İndi də bu özümü göstərir.

-Bəzi tarixçilər arasında belə bir fikir yayılıb Şah İsmayıl öz doğma anasını öldürtmüşdür. Bu fikir eyni zamanda bir sıra tarixi romanlara da sirayət etmişdir, məsələn Reha Çamuroğlu, İskəndər Pala, amma Tufan Gündüz, Tofiq Nəcəfli bu fikri qəti şəkildə təkzib edirlər. Sizin fikriniz?

-Tarixi korlayanlar elə roman yazanlardır. Cəfəngiyyatdan başaq bir şey deyildir. Bəs bu cəfəngiyyat necə olub ki, dillərə düşübdür. Bunu ilk dəfə Katerino Zeno yazıbdır. Amma o yazıb ki, ögey anasını öldürübdür. Onu da yazıb ki, kimdənsə eşidibdir. Guya Şeyx Heydərin bir ayrı həyat yoldaşı olubdur. Həmin xanım da sonradan onu öldürən ağqoyunlu əskərinə ərə gedibdir. Şah İsmayıl da hakimiyyətə gələndən sonra sufi heyətinin fətvası əsasına atasına xəyanət edən ögey anasını cəzalandırıbdır. Amma bu da tarixi mənbələrdə əksini tapmayıbdır. Bir dənə Osmanı və Səfəvi mənbəsini göstərin ki, bunu təsdiq etsin. Katerino Zeno ağqoyunlu Həsən padişahın həyat yoldaşı Dəspinə xatunun xalası oğlu idi. Venesiya diplomatı və casusu idi. Çalışırdı ki, Osmanlı ilə Ağqoyunlunu toqquşdursun. Səfəvilər hakimiyyətə gələndə saraydan qovulmuşdu. Şah İsmayıla nifrət edirdi. Götürüb bunu uydura da bilərdi. Çünki mənbələrdə Şeyx Heydərin yalnız bir arvadının adı çəilir. Bu da Aləmşahbəyimdir. Şeyx Heydər 26 yaşında şəhid oldu. Nə yaşadı ki, o qədər də arvad ala... Aləmşahbəyim 1523-cü ildə vəfat edib. Şah İsmayıldan bir il öncə. Gedin Ərdəbilə və onun məzarının üstündəki ölüm vaxtını oxuyun! Onda sizə hər şey aydın olar!

-Çox maraqlıdır ki, 1555-ci il Amasya sülhündən sonra bir neçə dəfə sülh müqaviləsi bağlansa da, bundan sonra Səfəvi sülaləsi tarixi torpaqlarımız olan Şərqi Anadolunun qaytarılması məsələsini ortaya atmadılar. Bunun səbəbi nə idi?

-Məsələyə yuxarıda aydınlıq gətirdik. Bu ərazilərin iqtisadi əhəmiyyətinə toxunduq. Bir də Səfəvi tərəfi daima bağlanan Amasya sülhünə sadiq qaldı. Amma Şərqi Anadolu Amasyadan qabaq getmişdi. Amasya sülhü ilə Osmanlı dövləti səfəviləri rəsmən tanıdı. Yəni, oni bir dövlət kimi qəbul etdi. Bundan qabaq isə rəsmi tanımırdı. Ona görə də Şərqi Anadolunu onun ərazisi kimi qəbul etmirdi. Buna görə də söhbət olmadı.

-Osmanlı dövlətində İbrişim yasağı qəbul edildikdən sonra iki Türk dövlətinə dəyən ziyan hansı səviyyədə oldu?

-Bu barədə ciddi rəqəmlər vardır. Onları il sırası ilə versək, çox yer aparacaqdır. Bircə onu deyə bilərəm ki, əvvəlki səviyyə nəinki bərpa olmadı, əksinə ticarət aşağı düşməkdə davam etdi. Osmanl bazarında ipək çatışmamazlığı hiss olundu. Bursada ipəklə işləyən dəzgahlar dayandı. Osmanlı tacirləri etiraz etməyə başladılar. Osmanlı iqtisadiyatına ciddi zərbələr dəydi.

-Bir sıra monoqrafiyalarda yazırlar ki, Çaldıran döyüşündən sonra 1515-ci ildə Səfəvilərlər Osmanlılar arasında sülh müqaviləsi imzalandı. Bir çox mənbələrdə, eyni zamanda mötəbər tarixçilərin monoqrafiyalarında bu fikir təkzib olunsa da bu gündə istifadə edilir. 1515-ci ildə həqiqətəndə sülh müqaviləsi imzalanıbmı?

-Heç bir sülh müqaviləsi imzalanmayıb. Osmanlı ordusu odlu silahların hesabına qələbə əldə etdi. Hansı müqavilədən söhbət gedə bilər? Sadəcə, Təbrizdə bir həftədən artıq qala bilmədilər. Çünki səfəvilər partizan dəstələri ilə onlara göz verib, işıq vermirdilər. Həm də onlara qarşı yeni hücum barədə məlumat əldə etmişdilər. Digər tərəfdən, yeniçərilər üsyan etməyə başladılar ki, bizi kimi üzərinə gətirmisən? Bunlar necə kafirdirlər ki, burada da azan verilir, namaz qılınır. O da bəllidir ki, yeniçərilər bəktaşi ocağının müridləri idilər.

-1590-1612-ci illər ərzində Osmanlı dövlətinin nəzarətində qalan Azərbaycan torpaqlarının iqtisadi durumu necə idi?

-Ümuməm XVII əsrdən başlayaraq Osmanlıda iqtisadi durum aşağı enməyə başladı. Okean ticarətinin inkişafı da buna təsir edirdi. Azərbaycan torpaqları da Osmanlı iqtisadi sisteminə daxil idi. Düzdü, buralarda vergi sistemində müəyyən güzəştlər oldu. Amma vəziyyət aşağı enməkdə davam edirdi. Bir də müharibə vəziyyətində iqtisadi sistem necə ola bilər? O zaman gəlir gətirən sahə ticarət karvanları idi. Onların hərəkət etməsi çətinləşmişdi. Bu mənada yaxşı deyildi.

-Sovet dövründə, eləcə də təəssüflər olsun ki, müasir dövrümüzdə I Şah Abbasın islahatlarından yazan bəzi tarixçilər bu şəxsiyyətin fars meyilli olmasını göstərirlər, amma 1628-ci il siyahısında biz 76 əmirdən 54-nün türk, 15-nin isə türk qızılbaşlığı qəbul etmiş əmir olduğunu görürük. Belə olan halda I Şah Abbasın farsmeyilli olması niyə hələ də yazılır?

-Şah I Abbas haqqında yazılan o cür yazılar cəfəngiyyatdır. Şah Abbas əməlli-başlı fars dilində danışa bilmirdi. Sizə bir söz deyim. Necə olur ki, Azərbaycan xalqı arasında Şah Abbas ədalətli şah kimi yaddaşlarda qalıb? Bu sizə nə deyir? Baxın iki şəxs-Şah İsmayıl və Şah Abbas haqqında xalq nə qədər rəvayətlər qoşublar. Xalq öz qəhrəmanlarına necə sahib çıxıb... Farsmeyilliyə xalq sahib çıxa bilərdimi? Farslar arasında Şah Abbas haqqında hansı rəvayət vardır? Şah Abbas bütün İran əarzilərini türkləşdirdi. Niyə bundan danışmırsınız? Btün İsfahan Türk dilində danışırdı. Nəinki İsfahan, bütün İran şəhərlərində ən işlək dil Türk dili idi. Başı bədəninə ağırlıq edən şəxs Şah Abbasın sarayında fars dilində danışa bilərdi.

-Əlisahib Əroğulun “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası” adlı bədii, publisistik kitabında yazır ki, 10 dekabr 1586-cı ildə Həmzə Mirzənin ölümündən sonra şahın fars qızından olan oğlu Şah Abbas hakimiyyətə keçdi, bununla da Səfəvi dövlətində ermənilərin mövqeləri möhkəmlənir, onlar ölkə iqtisadiyyatını öz əllərinə alırlar. Eyni zamanda bəzi əsərlərdə də biz Şah Abbasın ermənipərəst olmasının yazıldığını görürük, hətta bəzən bunu şişirdib yazırlar ki, Şah Abbas gizli surətdə hərəminə gözəl erməni qızlarını daxil edirdi. Bu fikirlərə aydınlıq gətirərdiniz.

-İstəməzdim bu suala cavab verəm. Çünki tarixdən bixəbər olan bu adam ağzına gələni yazmaqla ermənilərə xidmət edib. Adam xəcalət çəkir ki, bu cür səviyyəsiz kitbalardan danışırsınız. Bunlara son qoymaq lazımdır. Bu adam hansı Səfəvi mənbəsini oxuyub? Şah Abbas haqqında “Dünyanı bəzəyən Abbas”ın tarixi vardır. İki cilddir. İskəndər bəy Münşi Türkman yazıbdır. Bu onların ruhuna təhqirdir. Görəsən bir erməni öz qəhrəmanı haqqında bu cür sözlər yazarmı?

-Siz Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı)” monoqrafiyanızda Şah Abbas dövründəki erməni məsələsindən danışarkən onların xristian albanlar olduğunu yazırsınır, amm bu gün orta əsr tariximizdən danışarkən bir çox tarixçi albanları erməni adı altında qeyd edir. Ümumən bu problemin həlli istiqamətində hansı addımlar atılmalıdı?

-Bizim tarixşünaslığımız sübut edib ki, o zaman ərmən sözü işlədilirdi. Bunu da ərəblər işlətdi. Onlar xristian türklər-albanlar idi. Sadəcə, din dəyişikliyi onları bizdən uzaqlaşdırdı. Hesab edirəm ki, bu məsələ bizim tarixşünaslıqda öz əksini tapmışdır. Sadəcə, bizdə tarixi az oxuyur, amma çox yazırlar.

-Şah Abbas zamanında Kəngər(iran) körfəzində xristian dövlətlərə bir sıra imtiyazlar verildi, təbii ki, burada manevrli siyasətdən istifadə edilirdi. Bəs bu manevrli siyasət gələcəkdə dövlətimizin əleyhinə təhlükə yaratdımı?

-Dövlət güclü olanfa nəzarət də güclü olur. Şah Abbas dönəmi Azərbaycan dövlətçiliyinin ən güclü dövrüdür. Şah Abbas bir zirvədir. Hesab edirəm ki, biz bütövləşəndən sonra o gücü əldə edəcəyik. Onda manevrlər qorxu təşkil etməyəcəkdir.

-Dilavər müəllim Çin tarixinə nəzər salsaq görərik ki, Çinin tarixində bir çox sülalələr olub və hər sülalənin dövründə dövlət bir cür adlandırılb. Bu gün isə tarixşünaslıqda bütün Çin tarixi üçün vahid Çin dövləti termini qəbul edilib. Bəs niyə bizdə Baharlıların hakimiyyətə gəldiyi 1408-ci ildən Qacarların hakimiyyətdən getdiyi 1925-ci ilə qədər olan dövrü Azərbaycan İmperiyası adı altında qəbul edəndə çoxlu narazılıqlar yaranır?

-Çox dəyərli mövzuya toxundunuz. Bu avropa tarixində də elədir. Bizdə də o cür götürlüməidir. Yəni, Azərbaycan dövləti... Hakimiyyət isə sülalələr tərəfindən dəyişdirilmişdir. Bunu mütləq qəbul etməliyik. Kimin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq bunu etməliyik. Bu həm də bizim bir vətəndaşlıq borcumuzdur!

Müsahibəni apardı: Sədi Nuriyev.