BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək

20:41 / 05-01-2023   /   baxış - 883
 
7 yanvar 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə BAO başqanının İdeoloji məsələlər üzrə müavini və AMEA Tarix İnstitutunun əməkdaşı olmuş mərhum tarix üzrə fəlsəfə doktoru, dosent, Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında AMEA Tarix İnstitutu tərəfindən hazırlanmış "Toplumdan seçilmişə doğru" kitabının təqdimatı keçiriləcək.
Tədbirdə ziyalılar, ictimai-siyasi xadimlər, D.Əzimlinin yaxınları, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.
Tədbir saat 15:00-da başlayacaq. 
Ünvan:  BAO-nun ofisi - Həsən bəy Zərdabi küç.-78, AHB iş mərkəzi, 2-ci mərtəbə, 201-ci otaq;  "İnşaatçılar" metrostansiyasının yaxınlığı, "Tbilisi" restoranının və Dövlət Sosial Müdafiə Fondunun yanı. 
 
BAO Mətbuat Xidməti
05.01.2023.