1991-ci ildən Azərbaycan Respublikası müstəqil dövlətdir. Ancaq hələ də tariximizin müxtəlif dövrlərində baş vermiş hadisələrə baxış dəyişməyib. Tariximizə kommunist metodologiyası ilə yanaşma davam edir. Sovet dövründə necə diktə edilibsə bu gün də bu davam edir. Belə hadisələrdən biri 1918-ci ildə Azərbaycanın şimalında törədilmiş qırğınlardır. Bu qırğınların təşkilatçıları kimlər idi və nə üçün bu qırğınlar törədilmişdir? Bu suallara cavab yoxdur. Çünki bunları bütövlüklə erməni soyqırımı adlandırırlar. Bu isə qırğınları təşkil edib ona rəhbərlik edən və həyata keçirənlarin əsl kimliyini gizlətmək məqsədi daşıyır. Bütün bunların əsl mahiyyətini aydınlaşdırmaq üçün tarixə nəzər salaq.
1917-ci ilin fevralın 27-də Rusiyada burjua demokratik inqilabı qalib gəldi. Bu rus imperiyasının hər yerində olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatının vüsət almasına səbəb oldu. Oxucuları yormamaq üçün o dövrdə baş verənlərin təfsilatına varmadan qısaca Azərbaycanda gedən hadisələrə nəzər salaq. Mart ayının 9-da canlı Qafqazı idarə etmək üçün Zaqafqaziya komitəsi yaradıldı. Noyabr ayında Zaqafqaziya Komisarlığı onu əvəz etdi. Bunların işində, əsasən, gürcü menşevikləri, Azərbaycan msavatçıları və erməni daşnaqları istirak edirlər. Bolşeviklər sosial dayaqları olmadıqlarına görə bu işdə yox idilər. Boilşeviklərin az-çox sosial dayağı qismən də olsa Bakı şəhərində var idi. Ona görə də bu dövrdə Cənubi Qafqazda, əsasən, 3 partiyanın, bir azda eserlərin dayaqları güclü idi. Azərbaycanda isə Müsavat partiyasının və 1917-ci ilin noyabrında yaranmış Müsəlman Milli Şuralarının nüfuzu çox böyük idi. Məhz buna görə də 1917-ci il noyabrın 26-da Rusiya Müəssisələr Məclisinə seçkilərdə m illi qüvvələr böyük səs çoxluğu qazandılar. Müəssisələr Məclisinə Azərbaycandan 44 vəkil seçildi. Bu seçkilər bir daha sübut etdi ki, vahid Rusiya şüarı ilə çıxış edən bolşeviklərin Cənubi Qafqazda heç bir nüfuzu yoxdur. “Seçkilər həmdə aydın şəkildə sübut etdi ki, Azərbaycan türklərinin böyük əksəriyyəti siyasi mübarizədə “Müsavat” partiyasına inanır və onu müdafiə edir. 1918-ci ilin mart ayında bolşeviklərin daşnaklarla birləşib Azərbaycan türklərinə qarşı qətliam törətmələrinin əsl səbəbini də məhz bunda axtarmaq lazımdır”.( Azərbaycan Tarixi Bakı Uni nəşr.2014.səh242)
Vəziyyətin belə olması Cənubi Qafqazı və xüsusilə Bakı neftini əldən vermək istəməyən Sovet Rusiyasını ciddi narahat etdi. Ona görə də Lenin Bakı bolşeviklərinin başçısı Şaumyanı Zaqafqaziyanın fövqəladə komissarı təyin etdi. Korqanovun rəhbərliyi altında Tiflisdə yaradılmış inqilab komitəsi 31 dekabr 1917ci ildə Bakıya köçürüldü. Hələ dekabrın 5-də imzalanmış Ərzincan sazişinə, əsasən, cəbhədən qayıdan rus hərbi hissələri öz silahlarını menşevik, daşnaq və bolşeviklərə təhvil vermişdir. Odur ki, İnqiılab komitəsinin silahlı qüvvələri Bakıda yerləşdirildi. Bolşeviklər hakimiyyəti ələ keçirmək üçün ciddi silahlanma xətti götürdülər. 1918-ci il 15-i yanvar dekreti ilə Baki Sovetinin silahlı qüvvələri yaradılmağa başlandı. Qırmızı qvardiya, donanma və milis dəstələri Bakı Sovetinə təyin edildi. Artıq Bakı Sovetinin əlində 20 minlik hərbi qüvvə var idi. Milli qüvvələri məhv etmədən Bakıda hakimiyyətdə möhkəmlanmək mümkün deyildi. Ona görə də Müsavat partiyası və Müsəlman Milli Şurasını müdafiə edən qüvvələrə qarşı kütləvi qırğın törətmək lazım idi. Bunun üçün milli qüvvələri müdafiə edən hərbi hissələıri tərksilah etmək lazım idi. “Evelina” hərbi gəmisi tərksilah edildi, general Xəlil bəy Talışinski həbs edildi. Milli qüvvələri məhv etmək üçün hər şey hazır idi. Odur ki, qırğını həyata keçirmək və ona rəhbərlik etməkçün İnqilabı Müdafiə Komitəsi yaradıldı. İMK-ın sədri Şaumyan, üzvləri isə Çaparidze,Korqanov, Nərimanov və Suxartsev seçildilər. Martın 30-da türk-mesəlman əhaliyə qarşı soyqırım başlandı. Bolşeviklər partiyası 3 gün ərzində 12000 günahsız insanı qətlə yetirdi. Bunu bolşeviklər partiyası təşkil edib həyata keçirmişlər. Sopyqırımı ermənilərin adına yazmaq üçün Daşnaqsütrun partiyasını və Erməni Milli Şurasını bilərəkdən bu işə cəlb etmişləər. Bunu Şaumyan Leninə yazdığı rəsmi hesabatda açıq-aydın ifadə etmişdir. ”Biz buna şüurlu şəkildə yol verdik... Düşmən tamamilə darmadağın edilmişdir. Daşnaqsütuin partiyasının köməyi ilə müsəlman əksinqilabı lkəğv edilmişdir. Əgər müsəlman əksinqilabı qalib gəlsə idi, Bakını Azərbaycanın paytaxti elan edərdi və Zaqafqaziya Rusiya üçün itirilmiş olardı”.(Azərbaycan Tarixi Bakı2014.səh 245) 1918-ci il 25-i apreldə Bakı Xalq Komissarları Soveti yaradıldı, bütün hakimiyyəti əlinə aldı. İndi bolşeviklərin əsas məqsədi bütün Azərbaycanı sovetləşdirmək idi. Onlarınsa bölgədə heç bir nüfuzu yox idi. Bakıda olduğu kimi bölgələrdə də Müsavatı və Müsəlman Milli Şurasını müdafiə edən türk-müsəlman əhaliyə qarşı qətliam törədib milli qüvvələri məhv etmək lazım idi. Bu məqsədlə bolşevik silahlı birlikləri böllgələrə yeridildi. Bütün Azərbaycanı sovetləşdirib Sovet Rusiyasının ayrılmaz tərkib hissəsinə çevirmək lazım idi. Bir çoxları Quba, Şamaxı, Səlyan, Lənkəran qətliamlarını da ermənilərin adına yazırlar. Məgər ermənilər bu əraziləri isğal etmişdilər ki, soyqırım törətsinlər? Əlbəttə, yox! Onlare bu ərazilərə desant göndərib soyqırım törədiblər? Təbii ki, yox! Bunlar bolşevik orduları idi.Məqsəd Azərbaycanı sovetləşdirmək idi.
Hmazaspın rəhbərlik etrdiyi birlik Bakıdan Quba istiqamətinə hərəkət edərək yol boyu qətliamlar törətmiş, kəndləri yandırmış və yağmalamışlar. Lalayansın hərbi qüvvələri Bakıdan Şamaxı istiqamətinə hərəkət edərək qətliamlar törətmişlər. Əmirovun hərbi birliyi isə Salyan və Lənkəran istiqamətində hərəkət edərək qətliamlar törətmişlər. 1918-ci il iyunun sonlarından isə BXK-nin bütün hərbi hissələri Gəncə istiqamətində istiqamət edərək Azərbaycanı sovetləşdirməyə başladı. Onların hücumu iyunun 1-də dayandırıldı. Bolşevik orduları ağır məğlubiyyətə uğradıldı. AXC-nin yaranması Qafqaz-İslam ordusunun köməyə gəlməsi Azərbaycanda yaşayan türk-müsəlman əhalisinin fiziki cəhətdən məhv edilməsinin qarşısını aldı. Göründüyü kimi, Azərbaycanın şimalında tğörədilən soyqırımları bolşeviklər partiyası törətmişdir. Bolşeviklər partiyasının məqsədi isə Azərbaycanda Sovet hakimiyyətini bərqərar etmək, Azərbaycanı Sovet Rusiyasının tərkibinə qatmaqdır.
Hələ də biz bu soyqırımları ermənilərin adına yazaraq onları şişirdir, soyqırım törədən bolşeviklər partiyasının adını çəkməkdən qorxuruq. O dövrdə əhalinin Sovet hakimiyyətinə inamını bərpa etmək üçün bunu ermənilərin adına yazmaq lazım idi., Çünki bolşeviklər partiyası xalqın nüfuzunu qazana bilməzdi. Odur ki,bu gün artıq hər şeyi öz adı ilə demək lazımdır. Soyqırımları bolşeviklər partiyası törətmişdir. Ermənilər isə yaranmış şəraitdən istifadə edərək vəhşiliklər törətmişlər.
Nəcəfalı Cahangirli
Tatixçi, tədqiqatçı
31.03.2019.
BAO.AZ.