BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Xocalı abidəsi ziyarət olunacaq

20:14 / 25-02-2017   /   baxış - 3394

26 fevral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqları (BAO) Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə Bakıdakı Xocalı abidəsini ziyarət edəcək.

Ziyarət saat 15:00-da başlayacaq. Ziyarətə gələnlər saat 14:30-dan "Xətai" metrostansiyasının qabağında yığışacaqlar. 

Hər bir şəxsin iştirakı arzu olunandır. 

Ünvan: Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti-54. "Ana harayı" abidəsi ("Xətai" metrostansiyasının yaxınlığı).

BAO İnformasiya Xidməti

24.02.2017