BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Soyumuzu qəbul etməyənlərə Antropoloqdan elmi cavab.

18:43 / 13-12-2015   /   baxış - 5535

Son dönəmlərdə milli kimliyimizə və Azərbaycan antropologiya elminə olan ittihamlarla bağlı Bao.az saytı gənc antropoloq Zamin Qafarsoyun fikirlərini öyrənib .

Salam Zamin bəy, bizim müsahibə dəvətimizi qəbul etdiyiniz üçün sizə öz təşəkkürümüzü bildiririk. İstərdik ki, sizin ixtisasınız olan Antropologiya ilə bağlı bir neçə sualımızı cavablandırasınız. Artıq Azərbaycanda Antropologiya elminə marağın artdığını görürük. Antropologiya elminin Azərbaycan üçün əhəmiyyəti nədir?

- Salam. Mən də sizə öz minnətdarlığımı bildirirəm ki, Azərbaycanda yeni olan bu elm sahəsinə diqqət çəkirsiniz. Azərbaycandan öncə istərdim ki, dünyada Antropologiya elminin əhəmiyyəti barədə bir neçə söz deyim. Antropologiya hal - hazırda inkişaf etmiş və inkişafda olan ölkələrədə xüsusi və elit bir elm sahəsi hesab olunmaqdadır. Belə ki, bütün elm sahələri ilə, xüsusilə tarix, sosiologiya, psixologiya və kultorologiya ilə sıx bağlı olan Antropologiya elmi bütün elm sahələrinə yeni nəfəs gətirdi. Bütün elmlərdə insan qismən öyrənilirdisə, Atropologiya insanı eləcədə onun toplumunu bir fenomen kimi öyrənir. Azərbaycan üçün antropologiyanın xüsusi əhəmiyyəti vardır. Onun keçmiş tarixini, sosial həyatını, mədəniyyətini və etnik psixologiyasını daha geniş və detallı şəkildə öyrənəcək. Hətta belə də deyə bilərik ki, Azərbaycanda açılmayan və mübahisə doğuran məsələlərin həllində bələdçidir. Bildiyimiz kimi Azərbaycan elmi hələdə sovet elmi formatından demək olar ki, çıxmayıb. Bəs bu gün Azərbaycandakı Antropologiya elmi hansı ölkənin və ya ölkələrin antropologiyasından qidalanır? - Azərbaycandakı Antropologiyanın əsası hələ XX yüzilin 20-30-cu illərində qoyulmuşdu. Sözsüz ki, sovet dönəmi olduğu üçün Antropologiya da sovet ideologiyasının təsiri ilə tədqiq edilirdi. Yəni sırf materialist yöndə araşdırmalar aparılırdı. İndiki müstəqillik dövründə isə Antropologiyada əsas bir istiqamət hələki yoxdur. Sovet dövründə müəyyən araşdırılmalar aparılsada həmin araşdırmalar geniş şəkildə olmamışdır. Rəbiyyə Qasımova və Dəmir Hacıyevin tədqiqatları hələdə istifadə olunsa da hər ikisinin işlərində müəyyən yanlışlıqlar var. Və bu da təbiidir lakin müasir antropologiyaya uyğun gəlmir. Müasir dövrdə Azərbaycan antropologiyası hələki inkişaf mərhələsindədir və bütün dünya antropologiyasından qidalanmalıdır. Xüsusilə Avropa, Çin, Hindistan və Rusiya antropologiyası Azərbaycan antropologiyasını formalaşdıra bilər. Doğrudur, Türkiyədə antropologiya yaxşı inkişaf etsə də metodika və konsepsiya baxımından zəifdir. Oradan müəyyən nəzəri əsasları və labortoriyada işləmək qabiliyyətini öyrənə bilərik. Ümumilikdə hər bir xalq öz Antropologiya elmini özündə yaradır. Biz Azərbaycan olaraq Antropologiya elmimizi inkişaf etmiş ölkələrin nəzəriyyələri əsasında olsada maddi təcrübi baxımdan özümüzdə yaratmalıyıq.

Azərbaycan tarixində hal - hazırda üç konsepsiyanın savaşı gedir. Antropologiya elmi bu konsepsiyalardan hansının doğruluğunu təsdiqləyir?

- Azərbaycan tarixşünaslığında bəlkə də ən böyük yanlışlıq hansısa konsepsiyanın vahid bir istiqamət üzrə - dil, yazılı mənbə, arxeologiya və ya mifik istiqamət üzrə hazırlanmasıdır. Bildiyim qədər bu konsepsiyaların yalnız birində antropologiya elmindəndə istifadə olunub. Həmin konsepsiyada Azərbaycan türklərinin yazılı qaynaqlara əsasən e.ə III minillikdən yaşadığı qeyd olunur. Bu dövlət halında doğrudur lakin arxeoloji qazıntılar əsasında aşkar olunmuş sümüklərin morfologiyasına görə isə e.ə IV minillikdən Azərbaycanın şimallı və cənublu torpaqlarında etnik birlik halında mövcud olublar. Bunu da antropologiya sübut edir, Avropa antropoloqu Stivin Kun "Avropada İrqlər" kitabında Göyçə gölü yaxınlığında tapılan 6 min il yaşı olan kəllənin onun "Turkoman" adlandırdığı Azərbaycan türklərinə aid olduğunu yazır. Daha ətraflı onun kitabından və hazırladığı xəritədən öyrənmək olar. Bu araşdırmalar da Azərbaycan xalqına "gəlmə" damğası vurmağın mənasız olduğunu göstərir.

Tarix boyu Azərbaycana "köçən" və köçürülən xalqların Azərbaycan etnogenezində yerini necə dəyərləndirirsiniz?

- "Azərbaycana köçən" deyəndə birincisi, bu xalqlar Azərbaycana köçən deyil. Siz yəqin ki, köç deyəndə üç böyük köçü nəzərdə tutursunuz. Düzdür Azərbaycan ərazisi hər üç köçdə - kimmer-skif-sak , hun və səlcuqların köçündə yerləşmə ərazisi olub amma bu əslində türkün sadəcə yer dəyişməsidir. Köçürülən xalqlar isə ərəblər, farslar, haylar və ruslar siyasi məqsədlər üçün Azərbaycan torpaqlarına köçürülmüşdür. İndi isə məsələyə daha geniş baxaq. Kimmer-skif-sak tayfaların özəyini təşkil edən saqlar (ərsaklar) Orta Asiya ilə Azərbaycan arasında bir dəhliz yaratmışdılar. Belə ki, hələ Albaniya dövlətinin yaranmasından onun qərbində məskunlaşan saqlar daha sonra Dərbənd (çola və ya kaspi) keçidindən istifadə edərək Orta Asiyaya köçlər etmiş və zamanla geri qayıtmışlar. Avropa antropologiyası da Saqları Pont və ya bulqar tipinə aid edir. Rəbiyyə Qasımova isə Dağıstanda - Çimkənddə tapdığı və zənnimcə saklara aid olan kəlləni "Zakaspi" adlandırmışdı. Rus antropoloqları isə bizlərə Kaspi tipi deyir. Pont yəni Bulqar tipi Kaspi tipinin yəni Oğuzların (səlcuqların) əkiz qardaşı kimi təsəvvür olunur. Avropa antropoloqu professor, məhşur "Aralıq dənizi irqi" kitabının müəllifi Guisp Sergi isə hunları iki Qafqaz və Turanid tipinə ayırır. Həmçinin Qafqaz tipinin (burada Qafqaz da yaşayan türklər nəzərdə tutulub) Kərkük türkmənləri ilə eyni antropoloji göstəricilərə malik olduğunu yazır. Kərkük türkmənlərini Rusiya antropologiyası həmçinin Hindistan antropoloqları Kaspi tipinə aid edir. Belə aydın olur ki Azərbaycan xalqının etnogenezində rol oynamış bu tayfalar yerli xalqdan demək olar ki fərqlənmirlər. Köçürülən ruslar, farslar, ərəblər və başqaları bu xalqın etnogenezində ciddi faktor rolunu oynaya bilməyiblər. İlk öncə mədəni səviyyə nəzərə alınsa avtoxton xalqın mədəni səviyyəsi çox yüksək idi. Zamanla həmin köçürülən tayfalar ya əriməyə yada müəyyən kiçik bir ərazidə lokallaşmağa məcbur olublar. Antropoloji tərəfini qeyd etsək əgər kutilərdən başalayan morfoloji , kraniometrik və piqmentativ ənənə eyni ilə saqlarda, oğuzlarda və müasir Azərbaycan türklərində izlənilirsə deməli həmin köçürülən tayfaların bizə təsiri yox səviyyəsindədir.

Son zamanlarda sosial şəbəkələrdə və mediada bizlərin "hind-avropa irqinə" eləcədə "Kaspian" tipinə aid olduğumuzu qeyd edirlər. Bəs sizcə?

- Yuxarıda da qeyd etdiyim kimi bizə Kaspi tipi deyirlər və kutilərdən bu günə qədər eyni antropoloji cizgiləri daşıdığımızı dünya antropoloqları qeyd edirlər. Bizlərə "hind-avropa irqi" deyənin öncə kim olması önəmlidir. Həmçinin onun antropologiyadan anlayışı varmı, ümumiyyətlə tarix sahəsində biliyi nə dərəcədir, bu sahənin mütəxəssisdirmi və s. "Hind-avropa irqi" yoxdur, bu məsələyə ziyalılarımızda gözəl cavab vermişdilər Hind - avropa dil ailəsidir və bu dil ailəsinin heç bir antropoloji ədəbiyyatda vahid irqi adı yoxdur. Həmçinin vaxtilə Almaniyanın bütün dünyada hakim etnosa çevirməyə çalışdığı heç ari irqi də yoxdur. Uzun zamandır sırf bu sahədə apardığı araşdırmalardan məlum olduki Hind-avropa dil ailəsini yaradan toplum nə bir etnos nə də bir irq kimi mövcud olmayıb. Hind-avropanın əsasını təşkil edən arilər tayfa olsada ümumilikdə bu dil ailəsini yaranması mədəniyyətə əsaslanır. Avropada bu barədə yalnız İspaniyada fikirlər var. Onlar Hindistan antropologiyası ilə eyni fikirdədilər və dəfələrlə belə bir suallar ortaya qoyurlar: Arilər - mədəniyyət yoxsa irq? Hind-Avropa sivilizasiyasının yaradıcıları arilərdimi? və s. Bundan sonra məsələ türk və türk dilli ifadəsidir. Bizə türk dilli deyirlər və qeyd edirlər ki , "əsl türklər monqoloiddir əsl türksünüzsə sizdə monqoloid olmalısınız". Öncəliklə Türklər iki irqdə özülərini büruzə verirlər. Yuxarıda qeyd etdim ki, hunları Qafqaz və Turanid adlı iki tipə ayırırlar. Turanid rus antropologiyasında "Turan" və "Cənubi Sibir" tipi adlanır. Mərkəzi Asiyada yaşayanlar və "monqoloid" adlandırılanlar əslində Cənubi Sibir tipinə aiddir. Monqollara oxşamaq başqa , monqoloid olmaq tam başqa ifadədi. Onlarda bizdə türkük. Türkdilli ifadəsinə gəlincə türkdillində ermənidə danışa bilər fransız da ingilisdə. Onlarada türk demək olmaz. Amma həm antropoloji , həm tarixi , həm də mədəni dəyərlərinə görə bir-birləri ilə qohum olan türkdilli ölkələr isə əsl türkdürlər. Yalnız dil faktoruna milli mənsubiyyət təyin olunmur. Yalnız dilə və ya xarici görünüşə görə milli mənsubiyyəti təyin edənlər öncə milləti formalaşdıran amilləri öyrənsinlər.

Baş ölçülərinə görə milli mənsubiyyət təyin olunurmu ? Eləcədə bu ölçülərə əsasən "ali irq" müəyyən etmək nə dərəcədə düzgündür?

- Baş ölçülərinə görə milli mənsubiyyət təyin olunsaydı dünyada üç millət olardı.Bu tip ideyalar sırf siyasi mahiyyət daşıyır. Etnik antropologiya yalnız baş ölçülərinə deyil, üz, burun, dodaq ölçülərinə, çənə, göz quruluşlarına, dərinin , saçın, gözün rənginə və s. antropometrik göstəricilərə əsaslanır. Antropologiya elmində "ali irq" deyə bir ifadə yoxdur. Antropoloqun isə irqçilik etməyə ümumiyyətlə haqqı yoxdur.

Bildiyimiz kimi Azərbaycan mediasında eləcədə Azərbaycan elmində tanınan yazılan yazıların müəllifisiniz. Sizin yazılarınız hansı qaynaqlara dayanır?

- İstinad etdiyim mənbələr fərqlidir. Rus, Fransız, İspan, İngilis, Hind (ingiliscə tərcümə), Çin (rusca tərcümə) və s. mənbələrə istinad edirəm. Xüsusilə Avropa mənbələrinə tez- tez müraciət edirəm . Doğrudur sovet antropoloqlarının tədqiqatlarına da istinad edirəm amma onlar da ya Avropa qaynaqlara əsaslanır yada Avropa antropoloqları tərəfindən təsdiq edilmiş mənbələr olur.

Antropologiya elmi siyasi alət kimi istifadə olunurmu?

- Təbii ki. Antropologiya elminin yaranmasına dəstək haradan gəlibsə oranın da müəyyən mənada siyasi alətinə çevrilib. Bu elmi ilk yaradan kral cəmiyyətləri olub. Müasir dövrdə isə Avropanın və Amerikanın elmi siyasətinə əsasən inkişaf etməkdə olan dövlətlər və üçüncü dünya ölkələri öz qədimliyini və avtoxton xalq olmasını bilməməlidir. Hətta Türkiyəyə belə təsir göstərən bu siyasi addımın nəticəsi olaraq, Türkiyədə yalnız "kültürel antropoloji" adı altında arxeoloji tapıntılar əsasında maddi mədəni dəyərlər öyrənilir. Ümumiyyətlə müəyyən tədris bazanın olması hələ elmi bazanın olması demək deyil.

Son olaraq Bütöv Azərbaycan Ocaqlarına və Azərbaycan Gəncliyinə sözünüz.

- Bütöv Azərbaycan Ocaqlarının fəaliyyətini yüksək dəyərləndirirəm və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Ən çox yük gəncliyin üzərinə düşür və gələcək onların əlindədir. Daha çox oxumalarını, öyrənmlərini və inkişaf etmələrini tövsiyə edirəm . Elmdə təqlidçilik yolunu tutmasınlar. B. Vahabzadə deyirdi ki: "əgər kimsə axına qarşı getmirsə o xalqın inkişafına yardım edə bilməz!"

Son olaraq biz də sizə təşəkkür edirik. Sizə elmi fəaliyyətinizdə uğurlar arzu edirik.