BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək

22:39 / 08-03-2017   /   baxış - 2302

11 mart 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ)  təşkilatçılığı ilə Özbək və Azərbaycan tarixinin ümumi sorunları mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi özbək tarixçisi, publisist, AMEA Tarix İnstitutunun fəxri doktoru Şöhrət Barlas olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

08.03.2017