BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İran rəsmiləri ölkədən qaçır

12:37 / 27-10-2022   /   baxış - 996

Ölkə rəsmilərinin ailələri Londona sığınmağa cəhd edirlər.İran rəsmiləri ölkədən qaçır.

Britaniya parlamenti üzvləri İrandakı vəziyyət barədə ötən gün parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazlar məsələsi ilə bağlı “təcili sual” qaldırıblar.

Britaniya parlamentinin üzvü Bob Stüart parlamentdə iştirak edən xarici işlər nazirinin müavininə İslam Respublikası rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.

Cənab Stüart görüşdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsindən parlamenti "Londonun İran rejiminin misionerlərinin sığınacaq məkanına çevrilməyəcəyi barədə arxayın sala biləcəkmi" soruşub.

Bu nümayəndə həm də "Böyük Britaniyada İranyönlü platformaların təmin edilməsinə" xərcləndiyini söylədiyi pullara nəzarət etməyi istəyib.

Parlamentin iclasında iştirak edən Böyük Britaniya xarici işlər nazirinin müavini Cillian Kiqan bu nümayəndəyə cavab verərək şayiələr barədə heç nə eşitmədiyini, ancaq məsələni araşdırıb sualı qaldıran nümayəndəyə məlumat verəcəyini deyib.

Qeyd edək ki, bu məsələ Britaniya parlamentində İran hökuməti rəsmilərinin ailə üzvlərinə  və himayəsində olan şəxslərə viza və yaşayış icazələrinin verilməsinə yenidən baxılması üçün çoxlu müraciətlər edildiyi vaxta təsadüf edir.

Bu istəklər arasında Britaniya parlamentinin saytında dərc edilmiş petisiyada bu ölkə hökumətindən “İran rejimi ilə əlaqəli şəxslər” üçün vizaların verilməsini və yenilənməsini dərhal dayandırmağı tələb edən petisiya da var. 

 

Bu günə qədər 27.000-dən çox Britaniya vətəndaşı və sakini bu petisiyanı imzalayıb.

Gunaz.tv.