BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı

12:16 / 26-10-2022   /   baxış - 1139

Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı. Hökumət bunun qrip virusunun yayılmasının qarşısını almaq məqsədi ilə edildiyini iddia edir.

İran Təhsil Nazirliyi oktyabrın 25-də yaydığı məlumatda bir neçə bölgədə, xüsusilə Ərdəbil və Kürdüstan əyalətlərində universitet və məktəblərin bağlandığını bildrib.

Hökumət bunun qrip virusunun yayılmasının qarşısını iddia etsə də, məktəblərin bağlanmasının Məhsa Əmininin ölümünün 40-cı günündə çağrılan etiraz aksiyaları ilə bağlı olduğu ehtimal edilir.

Hər iki əyalətdə bir neçə şagird və yeniyetmənin öldürüldüyünə görə, bundan öncə bu əyalətlərdə oktyabrın 26-da geniş nümayişlərə çağırışlar edilib.

Gunaz.tv.