BÜTÖV AZƏRBAYCAN OCAQLARI
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı

21:47 / 07-12-2022   /   baxış - 1102

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə direktoru Hebe Maraif: İranda və dünyada gender əsaslı ayrı-seçkiliyin və zorakılığın bu ifrat formaları ilə bağlı yaranan qəzəb qarşısında Tehran hakimiyyəti aldatma yolu ilə sadəcə olaraq məsuliyyətdən qaçmağa çalışır.

Beynəlxalq Əfv Təşkilatı beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda yazır ki, İslam Respublikasının "Əxlaq" polisinin ləğv edilməsi ilə bağlı iddiası yalandır.

Bəyanatda bildirilir ki, qadınlara qarşı olan bütün qanun və qaydaların ləğv edilmədiyi günə qədər, Məhsa Əminin həbsi və öldürülməsinə səbəb olan amillər aradan qaldırılmayana qədər eyni zorakılıq milyonlarla İranlı qadın və qıza qarşı davam edəcək.

 

Təşkilatın bəyanatına görə, iranlı qadın və qızlara qarşı sistematik zorakılıq ölkənin məcburi hicab qanunlarında institusionallaşdırılıb və günahkarları istənilən məsuliyyətdən qoruyur.

Gunaz.tv.