BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?

18:53 / 05-06-2017   /   baxış - 1886

Bu il Azərbaycan Cümhuriyyətinin yaranmasından  99 il keçir. Bununla bağlı mətbuatda , sosial şəbəkələrdə ilk demokratik cümhuriyyətimizin tarixini özündə əks etdirən  yazılar, müsahibələr paylaşıldı. Tarixçilərimiz, tədqiqatçılarımız həmin dönəmlərlə bağlı diqqətçəkən, bilmədiyimiz faktları  bizlərlə bölüşdülər. Bəzi tədqiqatçı və tarixçilər  araşdırma tipli yazılarında və müsahibələrində,  ,,İrəvanın 99 il müddətinə ermənilərə icarəyə verilməsi‘’  faktı və bu faktı təsdiq edən  sənədin olduğunu iddia edib yenidən gündəmə gətirdilər. Bəs tarixi gerçəklik nədən ibarətdir? Həqiqətən ortada bu faktı təsdiq edən bir sənəd varmı? Varsa  bu tarixi sənəd harada saxlanır? Bu sualın cavabı bundan ibarətdir ki, belə bir sənəd ortada yoxdur. Belə bir sənədin olduğunu bir neçə il bundan qabaq  televiziya verlişlərinin birində  tarixçi alim, Ramazan Hüseynov ilk dəfə gündəmə gətirmişdir. Amma  onun İrəvanın ermənilərə verilməsi ilə bağlı dedikləri və nümayiş etdirdiyi sənəd   gerçəkliyi əks etdirmədi . Bəs tarixi gerçəklik nədən ibarətdir? Bu məsələyə bu yazıda aydınlıq gətirməyə çalışacağıq .

Azərbaycan Cümhuriyyəti yarandığı dövrdə beynəlxalq vəziyyət heç də bizim xeyrimizə işləmirdi. Hətta  Azərbaycan Cümhuriyyəti  Bakıda yox Tiflisdə elan olunmuşdu .Çünki Bakı daşnakların əlində idi .Həmin dönəm Avropa dövlətləri xüsusilə İngiltərə Osmanlı imperiyası ərazisində “erməni dövlət” yaratmalı idi. Amma bu qondarma dövlət məqsədli şəkildə Qafqazda ,tarixi Azərbaycan torpaqlarında yaradıldı. Həmin qondarma dövlət yaradılanda belə ermənilər özlərinə  paytaxtı tapa bilmirdilər. Beynəlxalq təzyiqin nəticəsi olaraq , məcburiyyət qarşısında tarixi ərazimiz olan İrəvanı 29 may 1918-ci ildə   ermənilərə güzəştə getdik. Bu Cümhuriyyət liderlərin xəyanəti yox beynəlxalq siyasi şəraitin bizlərə diqtə etdiyi məcburiyyət idi .Bu həqiqətdir ki ,İrəvan ermənilərə paytaxt olaraq verilməsə idi nə Azərbaycan Cümhuriyyəti elan olunacaqdı ,nə də Qafqaz İslam ordusu bizi  xilas etməyə gələcəkdir . Çünki bizə köməyə gələn Osmanlı dövlətinin vəziyyəti heç də yaxşı deyildi.Həmdə Osmanlı dövləti  ,, erməni dövlətinin ‘’ öz ərazisində  yaradılmasını istəmirdi .Bu hadisələrə qiyməti dövrün siyasi proseslərinə vermək lazımdır .Bəs İrəvan ermənilərə hansı şərtlər daxilində verildi ? Həmin vaxtlar ermənilərin Azərbaycana qarşı ərazi iddiaları vardı. ,, Batum ‘’ danışıqları zamanı əldə edilmiş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina etməli idilər  .Tarixi proseslər onu göstərdi ki ,ermənilər Batum danışıqlarında verdikləri sözə əməl etmədilər . Hətta Cümhuriyyətimizin  mövcudluğu dönəmində Qarabağa  ərazi iddiası irəli sürdülər. Bizim üçün lazım olan gerçək fakt budur .Biz bu fakta əsasən ermənilərin həm Qarabağa həmdə müxtəlif tarixi ərazilərimizə iddia  tələbləri qarşısında ,bizdə hüquqi cəhətdən onlardan tarixi ərazimiz olan  İrəvanı  tələb edə bilərik.Həqiqət və gerçəkilik bunlardan ibarətdir .

 

Elmar Həsənli  

Bakı Atatürk Liseyinin tarix müəllimi