BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Nəcəfalı Cahangirli: Böhrandan çıxmağın yolları

16:16 / 20-03-2020   /   baxış - 1513

Nəcəfalı Cahangirli

Azad Demokratlar partiyasıidarə heyətinin üzvü

Bu gün Azərbaycan dərin iqtisadi.siyasi və ictimai böhranın içindədir.Ölkəmizi fəlakətdən qurtarmağın müxtəlif yolları vardır. Onlardan biri AR-nın prezidenti İ.Əliyevin irəli sürdüyü dialoq təklifdir. Lakin dialoq beynəlxalq ictimaiyyəti aldatmaq üçün imitasiya xarakteri daşımamalıdır.Siyasi iradə ortaya qoyaraq real müzakirələr aparılmalı, qəbul edilmiş qərarlar addım-addım həyata keçirilməlidir. Əvvəlcə dialoqun hansı formatda keçirilməli olduğuna nəzər salaq. Dialoq ya hakim partiya lideri ilə müxalifət partiyaları liderləri və Milli Şura lideri arasında keçirilməlidir. İstər təkbətək və yaxud kollektiv formada.Ya da hakimiyyəti yüksək səviyyədə təmsil edən prezident, vitse-prezident və baş nazir səviyyəsində olmalıdır..Əks halda qəbul edilmiş qərarlar kağız üstündə qalacaqdır.

İndi isə müzakirə olunacaq məsələlərə nəzər salaq. Dialoqun baş tutması üçün kəskin qəti təkliflər irəli sürmək heç bir nəticə verməz.Bunun üçün hər iki tərəfin qəbul edəcəyi təkliflər vermək lazımdır. Buna görə də mən öz fikirlərimi sizinlə bölüşmək istəyirəm:

1.Siyasi fəaliyyətə görə təzyiq, təqib və həbslərə son verilməli siyasi dustaqlar azad edilməlidir. Bu hakimiyyətin dialoqda səmimi olduğunu sübut edəcəkdir.

2.Beynəlxalq ticarət təşkilatına üzv olmaq. Bu bütün iqtisadiyyat və ticarət əlaqələrinə şəffaflıq gətirəcəkdir, yəni monopoliya aradan qalxacaq,azad rəqabət mühiti yaranacaq,ticarət və sahibkarlıq üçün geniş imkanlar açacaqdır. Anlaşılan olsun deyə, yəni işsizlik, bahalıq və özbaşınalıq aradan qalxacaqdır. Beynəlxalq şirkətlər Azərbaycana daxil olacaqdır.Məsələn, beynəlxalq aviaşirkətlərin Azərbaycana gəlməsi azalın monopoliyasına son qoyacaqdır. Təyyarə biletləri həddən artıq ucuzlaşacaq. Beynəlxalq bankların Azərbaycana gəlişi Azərbaycan banklarının monopoliyasına son qoyacaq. Kreditləri biz 20-30 faizlə yox, 4-5 faizlə götürəcəyik. Gömrükdəki monopoliya tamamilə yox olacaq. Sahibkarlar gətirdikləri mallara az rüsum ödəyəcəklər ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olacaq. İnsanlar gömrükdə sərbəst hərəkət edə biləcəklər. İnsanların həyat səviyyəsi yüksələcək, yeni-yeni iş yerləri açılacaq. Bu da işi itirmək qorxusunu aradan qaldıracaqdır.

3.Azad məhkəmə sisteminin yaradılması.hüquqi islahatlarin həyata keçirilməsi. İnsanların ozlərini huquqlarini və mülklərini qoruya biləcək müstəqil məhkəmələrin formalaşdırması.

4.Seçki islahatının keçirilməsi.

5.Azad demokratik seçkilərin keçirilməsi.

6.hakimiyyət bölcüsü prinsiplərinə qəti şəkildə əməl edilmasi. Yəni qanunverici icraedici və məhkəmə hakimiyyəti biri birinə tabe olmamalı tam sərbəst fəaliyyət göstərməlidirlər.

7.Qarabağ və işğal edilmiş ərazilərimizin müzakirə edilməsi və müvafiq qərarların qəbulu.

Əlbəttə, bütün bunlarım qəbul edilməsi mümkün deyil,ona görə də bu təklifləri mərhələli şəkildə həyata keçirmək lazımdır.Təkamül yolu ilə inkişaf eləməliyik. İnqilab dağıntı fəlakət bizə lazım deyil.

BAO.AZ.