BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Murtəza Hüseyni: Hansını seçə bilərik?

02:43 / 13-09-2018   /   baxış - 2335

Seyid Murtəza Hüseyni

Bir zamanlar bəzi ölkələrin siyasi və toplumsal durumu qarşıtlı və çox çətin seçimlər zorunda qoyur insanı. Belə durumlarda bu çətin seçimlərin ən böyüyü diriliklə ölüm arasında ölümü seçməkdir. Rəhmətlik Rəsulzadə demişkən “əcəba! dirilik için canından keçib ölənlər var!” Yanlış anlaşılmasın, dediyim həyat üzərə ölümə belə hazır olmaqdan məqsəd ölümdən sonra başqa bir ruhani dünyada mutlu olmaq filan kimi xurafat deyil. Bəlkə həmin yaşadığımız dünyada mutlu bir həyat yaratmaq üzərə ölümə hazırlanmaqdır. Hansı zamanlarda? Hansı ölkələrdə?  Hansı durum yoxsa durumlarda? Hansı nədənlər üzündən belə bir çətin seçimlərlə qarşılaşırıq? Seçimlər zatən azadlıqdan doğulur. Yәni insan azad yarandığına görəistədiyini seçməkdə azaddır.

Hər toplumda azadlıq tam şəklində və qeydsiz- şərtsiz olsa hər seçim və hər yönün seçənlərinin bərabər yaşamaq haqqi olar və heç seçim başqasından üstün tutulmayaraq heç yol- yönün seçənlərinin başqalarından artıq haqqi olmaz. Belə bir toplumsal durumda hər kimsənin öz düşündüyü kimi yaşayıb və öz düşüncəsini yaymaq haqqıvar. Elm və bilgi təkcə bir şəxs ya bir qurupun düşündüyüdeyil hər bir məfkürənin olduğu qədər sayğı və bəslənmək fürsəti var. Ortaq düşüncə sahibi olanların bir araya gəlib çeşidli sahələrdə çeşidli örgütlər, dərnəklər və quruplar qurmaq haqqıvar və heç kim, heç düşüncə və etiqad üzərə suçlanıb yasaqlanaraq sıxıntıya məruz qalmır. Tək suç başqalarınınhaqqını ayaqlayıb toplumsal həyat üzrə təhlükə yaratmaqdır və insanların yaşadıqları toplumun qarşısında olan görəv və həmin yaşadıqları toplumdan payları olan haqlərıda yasa (qanun) adlı bir milli muqavilə təyin edir. Belə bir toplumda yasalar və normların qaynağı yalnız və yalnız millət adlanan toplum və bu toplumun ortaq omanıstı düşüncəsidir. Dövlət deyilən bir quruluş millətin amiri və ərbabıdeyil, özünə seçdiyi vəkildir. Dövlətin haqlarıvə görəvlərini də yasalar təyin edir və dövlət öz həddindən çıxıb keçərsə həmən yasalar əsasında millətin onu dəyişmək haqqıvar. Belə bir toplum qurulub belə bir durum əldə edilirsə nə qorxu var çeşidli seçimlər üzərə?  heç!  Çün ki dediyimiz kimi topluma zərər yetirməyib onun gəlişməsi üzərə addım atan bütün düşüncə və düşüncə sahibləri heç bir maddi və mənəvi fürsətdən məhrum olmayaraq tam azaddılar. Beləliklə azadlıq öz içində dəyərli və düzgün bir ədalət təməlin daşır. Çünki, toplumun umumi və ortaq rəyindən qaynaqlanan ana yasa və başqa yasalar hər kimsənin hər tür ülküvə düşüncəyə inanıb çalışmasın azad bilərək onların hamısına bərabr fürsət verir çalışıb gəlişməyə. Bu əsasda kəsinliklə ədalət yaratmaq bəhanəsiilə azadlığı ortadan qaldıran kimsələr cahil yoxsa yalançıdırlar. Azadlıq olmayan toplumlarda adəta bir kiçik azınlıq  və həmn azınlığın düşüncəsi tam azad və yaşayıb gəlişməyə haqlı və bir böyük çoxunluq və onların düşüncəsi də sım sıxsıxıntılara məruz və yaşayıb gəlişmə haqqından məhrumdurlar.

Bəs əcəba, azadlığın düşmanı olan kimsələr necə ədalət qurmaq istəyirlər? Azadlıq düşmanları hakim olan toplumlar üst sətirlərdə saydığım azad toplumların özəlliklərindən tam olaraq məhrum, durumları da onların tam əksinədir. Millət deyilən toplumun ortaq düşüncə və rəyındən qaynaqlanan bir yasa yox və bəlkə də zatən toplum millət səviyyəsinə gəlib gəlişmiş bir toplumdeyil, şəkilsiz-quruluşsuz insan kütləsindən ibarətdir. Özüdə insan şuurudan məhrum olub, insan kimliyindən arınıb boşalan və yalnız ət yığınağından təşkil olub sadəcə zahirinə görə insan adlanan manqurtlar. Hakim olan güclər öz tabeləri olan toplumda yaşayan insanları şuursuz mövcudlar bilərək onları seçim haqqına sahib olmağa layıq bilməyirlər. Çeşidli düşüncələr və düşüncə sahiblərinə bərabr gəlişmə fürsəti verilmir. Hakim olan təbəqə, qurup, qəbilə yoxsa şəxs, öz mənfəətini təmin edib daha artıq güclənib gəlişməsinə yardımçı olan hər bir düşüncə və çalışmanı alqışlayaraq özünə zərərli düşündüyü hər bir düşüncə və çalışmanı yasaqlayır. Fikirlər vədüşüncələri iki bölümə bölür: pis, yaxşı. Pis adlanan hər bir düşüncə hakim gücün zərərinə olan düşüncə və yaxşı adlanan hər bir düşüncə də hakim gücün mənfəətinə olan düşüncədir. bütün elm, bilgi və düşüncəilə ilgili dayirələrdə hakim gücün mənfəətinə olan istədiyi propagandalar elm adına təbliğ olunur. Belə bir mütləq  könüllü hakimiyyət özəl bir ideologiyaya yaraqlanıb onu yayıb gücləndirmək peşində olsa düşüncə və elm azadlığı daha artıq suçlanır. Bütün bilgi və Maks Veberin deyimicə kültürsəl elmlər  (Humanity science)  hakimiyyətin ideologiyasının dar-düdük qalibinə soxulmaq zorunda qalır və hər ağa buyurandan başqa cürdüşünən kimsə maddi və mənəvi huquqdan məhrum olur. Belə dəhşətli və can sarsıdan bir durumda aydınlar və incə sənət əhli hamıdan çox göz altına alınaraq təhdid olunurlar çün ki mütləq hakimiyyətlər bu iki qurupun bütün quruplardan daha artıq azadlıq sever və isyankar olduğunu bilərək hamıdan çox bu iki açıq və omanısti düşünən qurupdan qorxarlar. Dövlət dairələrində ağa bəyənən kitablar milyon milyon sayda yayılır, dərgi və qəzetlər ağa buyuranı yazmasalar ən azı qapanarlar və əksinə hakimiyyətin fəkri və ideologiyasınıyayan dərgi və qəzetələr günü-gündən artıq gəlişir və güclənirlər. Bəşər tarıxında belə bir durumun ən böyük təmsilçisi rəhmətlik sovetlər məmləkti özəlliklə Stalin dönəmindədir. Bu məmlkət kommunizm ideologiyasıəsasında bolşeviklərin bayrağı altında yaranmışdır. İdeologiyazorbalığından əlavə Stalin kimi bir vəhşi diktatorun mütləq amirliyi, milyonlarla insan özəlliklə aydınları inanılmaz bir təqdirlə qarşılaşdırmışdır. Bütün bilgilər, məktəblər, üniversitetlər və başqa elmi dairələr kommunizm qalibinə salınaraq içi boş propaqandaya çevirilmişdirlər. Yalnız kommunist öyrətmənlər və ustadlar işə alınaraq başqa cür düşünən biri olurdusa da faş olunca ən azı bütün rəsmi dairələrdən atılır, zərrəcə öz düşüncə və sözünün üstündə dirənirdisə çeşidli həbslər, sürgünlər və işkncələrə məruz qalırdı. Milyonlarca tarıx materializmi təbliğ edib toplumsal quruluşu yalnız və yalnız təbəqələr savşından hasil olunan quruluş deyə düşündürən kitab, dərgi və qəzet basılıb yayılırdı. Minlələr professor adlanan kimsələr kommunizmi bəşəriyyətin qurtuluşuna erəyən tək bir yol bilərək yorumlar buraxırdılar bu üzərdə. Bir çoxları da maddi yaşamları xətərə düşməsin deyə susub belə bir yalan, xiyanət, zülm və qorxu dolu sistmlə iş birlik edirdilər. Belə bir hakimiyyətin əsiri olan, belə bir toplumda insan, özəlliklə aydınlar və düşüncə sahiblərinin nə qədər seçim haqqı ola bılər?  Azadlıq qəfəsdə olurkən nə anlamı ola bilər seçimin? 

Seçim haqqı adında bir şey yox zatən. Hakim gücün yolundan başqa yolların hamısı bəla və uçurumaerirkən yalnız iki yol qalır seçməyə: şəxsi və maddı yaşamın təmini və gəlişməsi üçün hakim duruma baş əyib onunla ış birliyi etmək. Yoxsa yenə də keçilmək üzərə bütün pislik, sitəm və yalanlara rəğmənsükut. Məncə belə bir siyasi və toplumsal durumda hakim axımaqarışıb onunla iş birliyi etmək cinayət və susmaq da insanlığa xəyanətdir və bu iki əbədi üzüqaralıqdan təmiz qalmağa bir seçim qalır: hər kimsənin öz bacardığı yolla etirazı. Amma hər kimsə də nə cür, nə qədər etiraz etsə, həmin cür və həmən qədər sıxıntı, təhlükə və bəlayə belə məruz qalacaq. Ən azı çox maddi yaşam və gəlişmə fürsətlərini əldən verib get-gedə baykot və yalnızlığa sürünəcək. Amma aydın bir gələcəyə ümid etsə bu ümid ürəyində bir çıraq kimi yanaraq onun canını ən soyuq və qaranlıqlardada belə çalışıb dirənməyə qızdıracaq və Rəsulzadə buyuran azad bir toplum içrə azad toplumsal həyat yaratmaq üzərə ölmək həmin ümid üzündəndir.

İndi İranın belə bir durumunda yaşarkən düşünək ki, biz hansınıseçirik?  cinayət, yoxsa xəyanət?  Bəlkə də cəsarətimiz varsa zəhmət və çətinlik dolu üçüncüyolu?  Ancaq indi də yaxşı bəllənməsə zaman üzərində bəllənib tarıx məhkməsində aydınlaşacaq – hansı yolu seçib, hansı yönə yardımcı olduğumuz.