BÜTÖV AZƏRBAYCAN OCAQLARI
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK

22:05 / 07-12-2022   /   baxış - 810

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcəkdir. Tədbir saat 12:00-da başlayacaq.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr. 

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər. 

Əziz Azərbaycan xalqı. Bu Forum Sizlərin-Bizlərin Forumudur, ona görə də hər birimiz dəvətliyik.

Ünvan: Bakı şəh., Babək pros. 65 "B". "Astoria Bakı" otelinin konfrans salonu.

 

BAO Mətbuat Xidməti

07.12.2022.