Nəcəfalı Cahangirli
Tarixçi, tədqiqatçı
Bildiyimiz kimi iyul ayının 12-dəErmənistanın Azərbaycana qarşı növbəti təxribatı başlandı. Ordumuz şəhidlərimizin qanı bahasına ermənilərin cavabını layiqincəverdi. Allahdan şəhidlrərimizərəhmət, qazilərimizəşəfa diləyirəm. İndi hamını bir sual düşündürür. Nəüçün qərb bölgəsindən, nəüçün Tovuzdan başladılar? Bunun bir neçəsəbəbləri var:
1.Bizim Ermənistanla ancaq qərb bölgəsindəsərhəddimiz var, qalan ərazilərbizim işğal altında olan öz torpaqlarımızdır. Biz öz ərazilərimizləsərhəddik. Məhz buna görəErmənistan bizi təxribata çəkmək üçün buradan başlamışdır. Bizim ordumuz hücuma keçsin. Bundan istifadəedən ermənilər KTM-in üzvü kimi Rusiyanı köməyəçağırsınlar, rus qoşunları Ermənistan-Azərbaycan sərhəddindəyerləssin. Bununla da ermənilərin işğal etdikləri ərazilərdəmövqeləri daha da mohkəmlənsin.
2.Təxribata Tovuzdan başlanılmasının səbəblərindən biri dəburada Erməni mövqelərinin yüksəklikdəyerləşməsidir. Ermənilər bununla da imkan olarsa neft-qaz kəmərlərinin vədəmir yolunun keçdiyi qərb bölgəsinənəzarəti ələkeçirmək niyətindəidilər.
Bəs erməniləri bu qədər azğınlaşdıran səbəblər nədir? Kiməarxalanaraq təxribatlar törədirdilər? Əlbəttəki, Rusiyaya. Nəüçün bəs təxribat məhz indi törədildi?
1. Ermənistanda vəziyyət həddəm artıq kəskinləşib. Keçmişprezidentlər Sarkisyan vəKöçəryan Paşinyana qarşı açıq mübarizəyəbaşlayıblar. Ona görədəictimai rəyi dazxili mübarizədən yayındırmaq, xalqın diqqətini müharibəyəyönəltmək lazım idi. Beləolanda hər şey unudulur vəmilli birlik yaranır.
2. Digər əsas faktor Rusiyadır. Rusiyada vəziyyət daha pisdir. Putinin hakimiyyəti real təhlükəqarşısındadır. Onun xalq arasında nüfuzu demək olar ki, yox dərəcəsindədir. Rusiyanın beynelxalq nüfuzuna da sarsıdıcı zərbələr vurulur. Dünya miqyasında sanksiyaların tətbiqi, Putinin neft avantürası, Suriyada vəLiviyada məğlubiyyətlər, Türkiyənin nüfuzunun bölgədədurmadan artması iflası daha da sürətləndirirdi. Ona görədəPutin postsovet məkanında münaqişəocaqların qızışdırmaqla diqqəti özündən yayındırmaq istəyir. Eyni zamanda Suriya vəLiviyadakı məğlubiyyətin əvəzini çıxmaq üçün Türkiyəyəmesaj verir. Digər tərəfdən SSRİ-i bərpa etmək istəyini açıq-aşkar ortaya qoymaqla millətçiliyi qızışdırır, xalq arasında itirilmişnüfuzunu bərpa etmək istəyir. O, yaxşı bilir ki, ruslarda böyük dövlətçilik şovinizmi çox gucludur. Hətta rus ziyalıları belərusların dili ilədesək “ veliko derjavnıy” şovinizm xəstəliyinətutulublar. Bütün bunlarla Putin həm Azərbaycanı, həm dəErmıənistanı daha çox özündən asılı vəziyyətəsalmağa çalışır. Ancaq bütün bunlar baoşxəyallardır. Rusiya nəqədər böyük dövlət olsa da əvvəlki qüdrətəmalik deyil. Maliyyəimkanları getdikcətükənir. Rusiyanın regionlarında vəziyyət dözülməz həddəçatıb. Beləliklə, yaranmışşəraitdən istifadəedərək Qarabağda anti-terror əməliyyatına başlamaq olar. Biz heç bir dövlətəmüharibəelan etmirik. Öz ərazilərimizi separatçı terroristlərdən təmizləyib Azərbaycanın dünya birliyi tərəfindən tanınan sərhədlərini bərpa edirik. Beynelxalq hüquq bizim haqq işimizəmane olmur, əksinəBMT-in məum 4 qətnaməsi, AB-in vəAŞPA-ın qətnamələri bizəbu hüququ verir. Sonda xüsusi olaraq qeyd edirəm ki, məsələtorpaq, vətən olanda kimliyindən asılı olmayaraq bütün Azərbaycan xalqı bir yumruq kimi birləşməyi bacarır. Hamılıqla ordumuzun vədövlətimizin yanındayıq.
BAO.AZ