BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Zənganda etiraz aksiyası keçirilib

13:36 / 14-02-2023   /   baxış - 1190

Fevralın 13-də Zəngan şəhərində təqaüdçülər və Telekommunikasiya Şirkəti işçiləri etiraz aksiyası keçiriblər.

Zəngan əyalətinin Telekommunikasiya Şirkətinin qarşısında keçirilən aksiyada işçilər hüquqlarının bərpası tələblərini əks etdirən plakatlar qaldırıblar.

Təqaüdçüləri aylardır təqaüdlərinin ödənilmədiyini, hökumət idarələri tərəfindən aldadıldıqlarını bildiriblər.

Qeyd edək ki, 2021-ci ilin əvvəllərindən başlayaraq İranın əksər bölgələrində təqaüdçülər və telekommunikasiya şirkətinin işçiləri davamlı aksiyalar keçirirlər.

Gunaz.tv