BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Nəcəfalı Cahangirli: Rusbaşlıların diqqətinə

22:01 / 30-08-2020   /   baxış - 1421

Nəcəfalı Cahangirli

Tarixçi, tədqiqatçı

 

Bu gün Azərbaycanda 5-ci kolon deyilən rusiya meyilli qüvvələr açıq fəaliyyətə başlayıblar. Ona görə də onlara bir neçə xatırlatma və tövsiyyələr vermək istəyirəm.

Birinci - vətəni ruslara satanların sonu necə olduğunu xatıladıram. Baxın və ibrət dərsi götürün. N.Nərimanov, Ə.Qarayev, Ç.İldırım, H.Sultanov, R.Axundov, M.Nüseynov, D.Bünyadzadə və onlarla digərlərini ruslar istifadə edib sonra hamısını güllələdilər. Bu sizlərə dərs olmalədır. 

İkinci - artıq Rusiya çökür bunun qarşısını heç-kəs ala bilməz.Uçqunun altında qalacaqsınız sizlərə yazıq olur. Vətən xaini damğasini qazanarsız. Tarix heç nəyi unutmur övladlarınıza nəvələrinizə yazığınız gəlsin. Bəsdir türk düşmanı olan ruslara NÖKƏRLİK etməyin, xalqın yanında yer alın.

Gələk Rusiyanın çökmə məsələsinə. Bu gün Rusiya işğalçı dovlət olduğunu bir daha ortaya qoyub. Bütün avtoritar rejimlərin dayağı Rusiyadır. Avtoritar rejimlər isə terror mənbəyidirlər. Məhz buna və bir sıra digər səbənlərə görə ABŞ VƏ A VROPA ÖLKƏLƏRİ RUSİYANI KÖÇDÜRMƏYİ QARŞILARINA MƏQSƏD QOYUBLAR. Bunu birdən-birə edib Rusiyanı dağıtmaq olmaz. Avropa ölkələri bu uçqunun altında qalarlar. Ona görə də tədricən bunu yavaş-yavaş həyata keçirirlər. Necə ki SSRİ-ni dağıtdılar, eyni senari üzrə Rusiyanın da dağıdacaqlar.

Rusiya nəhəng bir ölkədir onu birdən-birə dağıtmaq olmaz. Tədricən sanksiyalarla çökdürüb yavaş yavaş dağıdacaqlar. Baxın 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı yaranandan sonra SSRİ Avropa üçün böyük təhlükəyə çevrildi. Dünyaya sosialist inqilabı ixrac edilməyə başlanıldı. Ona görə də SSRİ-Nİ KÖÇDÜRMƏK PLANI HAZIRLANIB HƏYATA KEÇİRİLMƏYƏ başlandı və 1991-ci ildə başa çatdı. SSRİ-ni silahlanma və kosmos yarışına cəlb edib neftin qiymətini kəskin aşağı saldılar. İqtisadiyyat çökdü və SSRİ DAĞILDI. Bu proses 36 il davam etdi. Rusiyanın dağıdılması 1991-ci ildən başlanıb. Gürcüstanın, Ukraynanın bəzi ərazilərinin işğalı ilə bu proses sürətləndrildi.

İndi Rusiyanın dağıdılmasına çox az vaxt qalır. Növbəti 5-6 il ərzində Rusiya parçalanacaq və balaca bir dövlətə çevriləcək, əvvəlki qödrətdən əsər-əlamət qalmayacaq. Odur ki, papağınızı qoyun qabağınıza və yaxşı-yaxşı düşünün. Rusiyaya nökərkilik etməyin sonu yoxdur və ölümdür. Xahiş edirəm oxuyun və paylaşın, hamı bunları bilsin.

 

BAO.AZ.