BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Gülağa Aslanlı: “Rusiyanın Azərbaycanda yeni RLS tikmək planı birbaşa olaraq ölkənin müstəqilliyinə təhdiddir”

18:28 / 23-08-2015   /   baxış - 945

Rusiya tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır. Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı məlumat verir. Telekanal bildirir ki, hazırda Rusiya istənilən hava hücumundan müdafiə olunmağa imkan verən “qalxana” malikdir. “Nebo-U” və “Voronej-DM” radiolokasiya stansiyaları, habelə Avropada raketdən müdafiə sisteminin qorxulu yuxusu olan S-400 “Triumf” zenit-raket kompleksləri bu qalxanın - Rusiyanın Hava Hücumundan Müdafiə Qoşunlarının zərbə gücünü təşkil edir. Lakin görünür Rusiya öz “qalxanını” həm də Azərbaycan ərazisində tikməyi planlaşdırdığı yeni RLS-lə genişləndirmək istəyir. Qeyd edək ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da, tərəflər razılığa gələ bilməyib. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarını verib. Bununla da Azərbaycanda Rusiyanın sonuncu hərbi obyekti də bağlanıb və Rusiyanın ölkəmizdə hərbi iştirakı sona çatıb. İndi Rusiyanın Azərbaycanda yeni tikməyə hazırlaşdığı “Voronej” tipli RLS-in əsas xüsusiyyəti və üstünlüyü onun zavod şəraitində hazırlanmasıdır. Stansiya 23 komplekt aparaturadan ibarətdir və 18-20 aya quraşdırılıb döyüşə hazır vəziyyətə gətirilir. Bəs görəsən 2017-ci ildə tikintisinə başlanılacağı deyilən yeni RLS-i Azərbaycanda istifadəyə verməklə Rusiya hansı məqsədləri güdür? “Azad News” mövzunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbər Gülağa Aslanlı ilə müzakirə edib.

- Rusiya Azərbaycanda yeni RLS tikməklə hansı məqsədləri güdür?

- Rusiya bu planı həyata keçirməklə Cənubi Qafqazda öz gücünün və qüdrətinin daha da artdığını nümayiş etdirmək istəyir. Eyni zamanda Cənubi Qafqazda hələ də güc sahibi olduğunu Qərbə sübut etməyə çalışır. Lakin bu fakt Azərbaycanın müstəqilliyinə birbaşa təhdiddir. Azərbaycan konstitusiyasına görə ərazimizdə hər hansı bir ölkənin hərbi obyektləri ola bilməz.

- Yeni RLS-in tikintisi gerçəkləşərsə Rusiyanın Azərbaycanda hərbi ağalığı yenidən başlaya bilərmi?

- Rusiyanın niyyəti məhz buna hesablanıb. Əgər Azərbaycan hakimiyyəti bu planın həyata keçirilməsinə razılıq verərsə, bu, sadəcə düşünülməmiş addım olacaq. Azərbaycan hakimiyyəti, müxalifəti, eləcə də xalqı vahid bir mövqe nümayiş etdirib: “Azərbaycanın müstəqilliyi toxunulmazdır”. Bu razılaşmanın gerçəkləşməsi isə Azərbaycan xalqının aşağılanması deməkdir.

- Azərbaycanın Rusiyaya öz ərazisində hərbi baza tikməyə icazə verməsi Qarabağ probleminin həllində Rusiyanın öhdəliyi kimi xarakterizə oluna bilərmi?

- Qarabağın azad olunması naminə Azərbaycanın müstəqilliyini qurban vermək kimi düşüncələr yolverilməzdir və bu, böyük günahdır. Ona görə də, müstəqilliyimizə xələl gətirən bütün hərəkətlərdən Azərbaycan hakimiyyəti birmənalı şəkildə imtina etməlidir.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020