BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Nardaran hadisələrində İranın əli var”

19:52 / 27-11-2015   /   baxış - 1268
“Ötən gün Nardaranda baş verən hadisələrdə İranın izinin olması danılmazdır. İran dövləti hələ də bizim müstəqilliyimizi qəbul edə bilmir. Orada təxribat törədən şəxslər İranın agentləridirlər”. 
 
Bu barədə AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. 
 
Onun sözlərinə görə, Nardaranda dini təxribatla məşğul olan şəxsləri İran maliyyələşdirir: “Nardaran hadisələrində İranın izinin olması danılmazdır. Çünki gizli çəkilmiş videokadrlardan da görünür ki, Taleh Bağırov İranlı ayətullahların əllərini əyilərək öpür. Nardaran İranla sıx əlaqədə olan kənddir. Nardaran əhalisinin dövlətçilik ideyası əsasında birləşdiriləsi müəyyən çətinliklər yaradır. Orada keçirilən tədbirlərdə Azərbaycan bayrağına, Azərbaycanın simvollarına rast gəlmək çox çətin olur. İran və ya dini xarakterli bayraqlara daha çox rast gəlinir”. 
Q.Hüseynli deyir ki, son hadisələr Nardaran sakinlərinin silahlandığını göstərdi: “Onlar bu silahları haradan alıblar? Kim verib? Görünür kimsə Nardaran sakinlərinin silahlanmasında maraqlı görünür. Guya onların məqsədi dinə əsaslanan şəriət dövləti yaratmaqdır. Nardaran İran inqilabının ixracına bənzəyən modelidir. Nardaran ciddi şəkildə nəzarətə alınmalıdır. Hadisələr bu həddə gəlib çıxmamalıydı, əvvəlcədən önləyici tədbirlər görülməlidir”. 
 
Politoloqun fikrincə, “Müsəlman birliyi ”təşkilatı” “Müsəlman qardaşları təşkilatının” prototipidir (oxşar, nümunə) və rayonlarda yayılıb.
 
“Bu hadisəni dövlətçilik üçün, millətin gələcəyi üçün təhlükəli addım hesab edirəm. Fikrimcə, ciddi tədbirlər görülməlidir. İmkan vermək lazım deyil ki, bu kimi dini provakatorlar (təhrikçilər) əhalinin gözünü boyasın”.
 
Politoloqun fikrincə, tutulan Taleh Bağırzadə və onun dəstəsi İrandan maliyyə dəstəyi alaraq,dövlətə qarşı təxribata əl atmaq niyyətində olub.
 
“Dini savadı kifayət qədər olmayan bir şəxsin bahalı maşınlarda gəzməsi nəyin hesabına başa gələ bilər? Təbii ki, pulun. Pul da müxtəlif mənbələrdən, İrandan gəlir”.
 
Ötən gün Nardaranda baş verən silahlı insidentə deputat seçildiyi Sabunçu rayonundan Nardaran qəsəbəsini də təmsil edən Eldar Quliyev də münasibət bildirib. O, mətbuata verdiyi açıqlamada insidentdə iştirak edən dindarların başqa dövlətə işlədiyini və insidentin baş verməsinə səbəbkarların agentlər olduğunu deyib. 


İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020