BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycandan İran şirkətinin Şuşada məscid bərpa etməsinə REAKSİYA

16:47 / 16-12-2016   /   baxış - 492

Ermənistanın Şuşadakı tarixi Azərbaycan məscidini bərpa etmək istəyi işğal etdiyi ərazilərdə mədəni-dini abidələrimizə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdidir.

 

Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qondarma Dağlıq Qarabağ Respublikası ilə İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin təmiri ilə bağlı imzalanan müqaviləyə münasibət bildirərkən bildirib.

 

G.İsmayılov deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızdan İslam dininə aid abidələrimizin, demək olar ki, hamısını məhv ediblər. Qafqaz Albaniyası dövrünə aid alban məbədlərini isə ya qriqoryanlaşdırıblar, ya da bu mümkün olmadıqda dağıdıblar: "Bu reallıqları artıq dünya ictimaiyyəti bilir və Ermənistanın vandalizm siyasəti beynəlxalq aləmdə ifşa olunub. Buna görə də ermənilər "vəziyyəti dəyişmək üçün" cəhdlər göstərirlər. Amma artıq gecdir. Onlar ifşa ediliblər. O ki qaldı bərpa işini hansısa müsəlman şirkətinin həyata keçirməsinə, bu, nə İslama, nə də insana yaraşan əməldir. Çünki ermənilər məscidlərdə heyvan saxlamaqla təkcə azərbaycanlıların yox, bütün müsəlmanların heysiyyatına toxunublar. Düşmən dəyirmanına su tökən bu cür müsəlmanlar beynəlxalq hüquq normalarına, Qarabağda yaşanan insanlıq faciəsinə hörmət etmirlər, heç olmasa inanclarına hörmət etsinlər. Təəssübkeş "müsəlman" şirkətləri həmin məscidlər dağıdılanda harada idilər? O vaxtlar niyə təəssübkeşlik göstərmirdilər?"

 

BAO.AZ



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020