BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərəstun Oruclu: "Bu gərginliyin artmasının arxasında Rusiya dayanır"

22:45 / 29-09-2015   /   baxış - 1724

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan cəbhəsində son gərginlik, danışıqlar prosesi, beynəlxalq güclərin münaqişənin həllində rolundan və regional maraqlarından danışıb.

Amerikanın Səsi: Cəbhədə gərginliyin son günlər açıq döyüşlərə keçməsininsəbəbi nədir?

Ərəstun Oruclu: Ümumiyyətlə son günlər dedikdə, son bir ayı nəzərdən keçirməliyik. Fikrimcə bu Azərbaycan, eləcə də Rusiya, Ermənistan mətbuatında yayılan məlumatlarla bağlı idi ki, guya Rusiya işğal altında olan torpaqların bir hissəsini Azərbaycana qaytarmağı planlaşdırır və ya Azərbaycanın onları geri qaytarmasına göz yummağı planlaşdırır. Bunun müqabilində Azərbaycan Rusiyapərəst xarici siyasət seçir, həm də Azərbaycan ərazisində Rusiya hərbi bazalarının, o cümlədən də Dağlıq Qarabağ münaqişə bölgəsində Rusiya sülhməramlılarının yerləşdirilməsini qəbul edir. Amma, Pentaqon şefinin köməkçisinin müavininin Bakıda “Rusiya təkbaşına heç bir sülhməramlı əməliyyat keçirə bilməz”, bəyanatından sonra, mənə elə gəlir ki, rəsmi Baakı bu ideyadan çəkinməyə başladı. Amma, Rusiyanın bu planı qaldığından, hal-hazırda fəallıq mərkəzi yerini dəyişdi. Əvvəlcə, demək olardı ki, Azərbaycan tərəfindən daha çox fəallıq görünürdü, sərt bəyanatlar daha çox Azərbaycan tərəfindən verilirdi, amma Pentaqon nümayəndəsinin bəyanatından sonra güc mərkəzi, aktivlik mərkəzi Ermənistan tərəfə keçib. Burada onun şahidi olururq ki, bu gərginliyin artmasının arxasında Rusiya dayanır.

Amerikanın Səsi: Sizcə Rusiya və ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında maraqları üst-üstə düşürmü?

Ərəstun Oruclu: Düşünürəm, xeyr. Ona görə üst-üstə düşmür ki, Rusiya hal-hazırda Yaxın Şərqə can atır və bunun üçün Qafqaz bölgəsində tam möhkəmlənmək, bölgəni tamamilə nəzarətə götürmək, o cümlədən Azərbaycanda öz hərbi bazalarını, radar stansiyasını yerləşdirmək, Azərbaycan-İran hava koridorundan yararlanmaq istəyir. Rusiya bu kimi hədəfləri qarşısına qoyub. ABŞ-ın isə maraqları ilk növbədə məhz münaqişənin həllinin başa çatmasıdır ki, bölgədən Rusiya təsiri tədricən çəkilsin. 

Amerikanın Səsi: Sülh danışıqlarının perspektivini necə görürsünüz? Hazırki anda münaqişənin nizamlanması mümkündürmü?

Ərəstun Oruclu: Mən düşünürəm ki, bu mərhələdə belə perspektiv yoxdur, görünmür. Ən azı ona görə ki, elə bundan əvvəlki sualınıza cavabda da dediyim kimi, ABŞ və Rusiyanın məsələyə yanaşmasında kardinal fərq var. Hətta, mən deyərdim ki, diametral ziddiyət var. Bu ziddiyət olan yerdə sülh danışıqlarının yeganə predmeti sülhü qoruyub saxlamaq ola bilər. Amma, münaqişənin həll olunması, münaqişənin aradan qaldırılmasında hansısa irəliləyişin əldə olunması, mənə elə gəlir ki, bu, aktual deyil. Əslində Rusiyanın minimum proqramı da bundan ibarətdir ki, tərəfləri qızışdırsın, müharibə təhlükəsini artırsın və beynəlxalq ictimaiyyət, beynəlxalq vasitəçilər bütün gücünü artıq münaqişənin çözülməsinə deyil, mümkün eskalasiyanın aradan qaldırılmasına yönəltsin. Bax, mənim fikrimcə, bu günki mərhələdə bu mümkündür. 

Amerikanın Səsi: Tez-tez müharibə çağırışları da səslənir. Aktiv hərbi əməliyyatların bərpası Azərbaycana və regiona hansı yeni situasiyalar gətirər? 

Ərəstun Oruclu: Bunun nə Azərbaycana, nə Ermənistana heç bir səmərəsi ola bilməz. Ona görə ki, münaqişənin bugünkü idarəçilik vasitələri, mexanizmləri Rusiyanın əlindədir. Deməli, Rusiya münaqişəni alovlandırmaq və ya gərginlik yaratmaq vasitəsi ilə öz maraqlarını reallaşdırmağa çalışır. Yeri gəlmişkən, bu maraqlardan biri də Rusiyanın enerji maraqlarının təmin olunmasıdır. Biz gördük ki, Rusiya təkcə Azərbaycan-Ermənistan cəbhəsində gərginlik yaratmır, məsələn Rusiya Cənubi Osetiyada, Gürcüstan siyasətinin təbirincə desək, bir sürünən işğal siyasəti həyata keçirir. Artıq, Bakı-Supsa kəmərinin bir hissəsini nəzarətə götürüb və çalışır tədricən öz təsir dairəsini genişləndirsin, Gürcüstanı növbəti dəfə münaqişəyə cəlb etsin. Rusiyanın başlıca hədəflərindən biri də enerji dəhlizi olaraq Cənubi Qafqaz bölgəsinin perspektivlərini aradan qaldırmaqdır. Perspektiv dedikdə, biz nəzərə almalıyıq ki, İran qazının da Azərbaycan və Gürcüstan vasitəsi ilə Avropaya nəqli nəzərdən keçirilir. İran rəsmiləri də bunu kifayət qədər yüksək səviyyədə bəyan ediblər. Münaqişə başlayacağı halda heç kim təminat verə bilməz ki, həmin erməni silahlı qüvvələri Bakı-Tbilisi-Ceyhanı sıradan çıxarmayacaq. Ümumiyyətlə Azərbaycan neftinin ixracı azalmayacaq və ya kəsilməyəcək. Bu halda guya bazarda vəizyyət dəyişəcəkdir. Əslində bu bir qədər “saman çöpündən yapışmaq” taktikasıdır. Çünki, biz gördük ki, Yaxın Şərqdə İŞİD-in bu qədər fəallığı fonunda, regionun od-alov işərisində olmasına rəğmən neft qiymətləri qalxmadı. Deməli, bu bir qədər daha çox utopiyaya bənzəyir. Amma, perspektiv məsələlər kifayət qədər ciddidir. Çünki münasibətlərin bugünkü durumunda heç kəs istisna edə bilməz ki, Avropa Birliyi və bütövlükdə Qərb Rusiya qazından imtina ilə bağlı yaxın illərdə düşünə bilər və ola da bilər ki, artıq düşünür. Ona görə də Rusiya bölgəni nəzarətə götürməkdə son dərəcə maraqlıdır. Azərbaycan və Ermənistana bunun yalnız Rusiyadan asılılıq kimi bir nəticəsi olacaq və region Rusiyanın təsiri altına keçə bilər.

Mənbə: amerikaninsesi.org



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020