Bunu Reaksiya.az - a açıqlamasında AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov deyib. o, bildirib ki, uyğurlar ən qədim Türk xalqlarından biridir: "Uzun əsrlər böyük bir dövlət olublar. Yalnız son əsrlərdə müstəqiilliyini qayb edərək Çinin təsir dairəsinə düşüblər. Son illərdə Uygurlara qarşı Çinin kommunist rejimi daha radikal addımlar atır. Özəlliklə, Uygurların İslam dini inancına qarşı Pekin rejiminin addımları anti-insanidir. Məncə də, hər ilin Ramazan ayında Uygurların gündəmə gəlməsi təsadüfi deyil. Əslində uygurlar hər an Çin rejiminin təzyiqləriylə üz-üzədir. Amma bu məsələnin aktuallaşmasinda ABŞ-ın da maraqlı olmasi qaçılmazdır. ABŞ Çinin böyüməsindən və güclənməsindən rahatsızdır. Bu anlamda Uygurların məsələsinin gündəmə gəlməsində maraqlıdır. Türk-İslam dünyası isə yalnız milli və din qardaşalarına görə deyil, insanlılq naminə görə də Uygurlara dəstək olmalıdır. Hər halda, Uygurlara qarşı Çin rejiminin təzyiqi göz önündədir. Məncə, Azərbaycan, Türkiyə, Qazaxıstan və digər Türk Cümhuriyyətləri öz səslərini rəsmi şəkildə ucaltmalıdırlar. Belə Türk birliyi olmaz! Nə Kərküklər, nə Kırım türkləri, nə Uygurlar, nə Təbriz, nə də Hələb türkləri üçün səsimizi yüksəldə bilmiriksə, bu nə cür Türk Birliyidir?! Ola bilsin ki, Şərqi Türküstanda baş verənlər tamamilə həqiqəti özündə əks etdirmir. Bunu aydınlaşdırmaq üçün Azərbaycan, Türkiyə və digər Türk Cümhuriyyətləri olaraq hansı addımı atmışıq?!
Demək istədiyim odur ki, Türk dünyasından danışanlar quru sözlərdən uzağa getmirlər. Yəni Şərqi Türkistanda nəyin baş verib, ya da verməməsini dəqiqliklə öyrənmək üçün ciddi işlər görmürük. Bəziləri deyirlər ki, əslində heç nə baş vermir. Yəni uygurların oruclarının zorla pozdurulması, onlara işgəncələr verilməsi və öldürülməsi dogru deyildir. Hətta, Uygurların ABŞ-dakı liderlerinden hesab olunan Rabie Kaderi qeyri-semimimlikdə ittiham edirlər. Bütün bunları ciddi şəkildə araşdırmadan hansısa nəticələr çıxartmaq dogru deyildir. Mən inanıram ki, Şərqi Türkistanda uygurlarla bağlı problem vardır. Sadəcə, Çındəki "Uyğur məsələsi" ilə bağlı hərənin öz marağı da vardır. Bu anlamda məsələyə həssaslıqla yanaşmaq lazımdır"...