BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Musa Qasımlı: “İranın davranışları və fəaliyyəti elan etdiyi prinsiplərlə qətiyyən üst-üstə düşmür”

16:21 / 23-12-2016   /   baxış - 678

 

“Qonşu İran İslam Respublikası prezidentinin Ermənistana səfərinə və verdiyi bəyanatlara qiymət verərkən bir neçə prinsipial məsələ əsas götürülməlidir”.

 

BAO.AZ bildirir ki, bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, hər şeydən əvvəl, İran İslam Respublikası müstəqil dövlətdir və xarici siyasətini də özü müəyyənləşdirir. Lakin dünya siyasət və diplomatiya tarixinin təcrübəsi göstərir ki, hər hansı bir dövlətin xarici siyasət fəaliyyəti və davranışları onun elan etdiyi başlıca prinsiplərə uyğun olmalıdır: “Məlum olduğu kimi, İran İslam Respublikasının əsas qanununda yazılır ki, bu dövlət dünyada müsəlmanların hüquqlarının müdafiəçisidir. Lakin İran prezidentinin Ermənistana səfəri və verdiyi bəyanatlar bunun tamamilə əksini göstərdi və bir daha təsdiq etdi ki, İranın  davranışları və fəaliyyəti elan etdiyi prinsiplərlə qətiyyən üst-üstə düşmür, “bir dam altında iki hava” siyasətidir”.

 

Deputat düşünür ki, bu səfər açıq-aydın şəkildə isbat etdi ki, elan edilən prinsiplər içi boş, quru sözlərdir: “Tarixi torpaqlarında yaşayan müsəlman azərbaycanlı əhalini  vəhşicəsinə qovaraq qaçqın edən, əhalisi müsəlman olan Azərbaycana təcavüz edərək ərazilərini işğal edən, müsəlman əhalini məcburi köçkünə çevirən, hüquqlarını kobudcasına pozan təcavüzkar Ermənistana edilən bu səfərin və verilən məlum bəyanatların adı nədir? Bu siyasət elan edilən prinsiplərlə üst-üstə düşmədiyindən soruşulur: İslam dinindən bir pərdə olaraq istifadə etməkdə, onu başgicəlləndirici siyasət alətinə çevirməkdə məqsəd nədir? Fikrimcə, bu hərəkətlər İranın daxili və xarici siyasətinin, eyni zamanda geosiyasi və geoiqtisadi maraqlarının çoxlu vəzifələrini yerinə yetirməyə yönəlib”. M. Qasımlı hesab edir ki, İran İslam Respublikası ya bu prinsipləri elan etməməli idi, yox əgər, elan edibsə, ona riayət etməlidir.

 

BAO.AZ



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020