BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmasını qətiyyətlə pisləyir!

01:18 / 20-04-2016   /   baxış - 1148

Bütöv Azərbaycan Ocaqlarının (BAO) sözçüsü, tanınmış tarixçi alim Dilavər Əzimli BAO.AZ.-ın əməkdaşı ilə söhbətində Rusiyanın son günlərdəki diplomatik manevrlərinə münasibət bildirib:

Rusiyanın diplomatik manevləri sübut edir ki, Cənubi Qafqaza qarşı yeni bir siyasət həyata keçirmək niyyətindədir. Azərbaycanda Rusiyanın ruporu olan "beşinci kolon"a məxsus mətbuat Rusiyanı təbliğ etməkdədir. Yazırlar ki, guya Ermənistanın terrorist prezidenti Dağlıq Qarabağa ona görə səfər edib ki, öz ölkəsinə məxsus hərbi hissələrə geri çəkilmək əmri versin. Bunun ardınca da ərazilər Azərbaycana qaytarılır. Bu barədə yazan Ermənistan mətbuatı göstərir ki, Rusiyanın erməni əsilli xarici işlər naziri Sergey Lavrov Ermənistana gələcəkdir və bundan sonra Rusiyaya məxsus sülhməramlılar Dağlıq Qarabağda yerləşəcəkdir. Bəllidir ki, Ermənistan Rusiyanın forpostudur və bu ölkədə Rusiyadan gizli hər hansı informasiya yayıla bilməz. Yəni, əslində, bu informasiyanın qaynağı Rusiyadır. Rusiya bu informasiyanı Ermənistan vasitəsiylə Azərbaycanda olan özünün "beçinci kolon" mətbuatına ötürür. Bununla da ictimai rəyi yoxlayır. Yəni, özünün gələcək addımlarına haqq qazandırır.

Bu nəticəyə elə-belə gəlmədim. Buna qədər çoxlu sayda analitik şərhləri nəzərdən keçirmişəm. Elə Rusiyanın və Ermənistanın öz analitikləri yazırlar ki, Dağlıq Qarabağla bağlı danışıqlarda hansısa razılaşmadan söhbət belə gedə bilməz. Demək, bu xətt Moskva mətbəxində hazırlanıb və terrorist Sarkisyana da məsləhət görülüb ki, Dağlıq Qarabağa səfər etsin. Əslində, bu terroristin təıyyarəsi bizim qırıcılar tərəfindən vurulmalıydı. Bu terrorist kimdir ki, Azərbaycan ərazilərinə səfər edir? Dağlıq Qarabağa hansısa yüksək statusun verilməsndən söhbət belə gedə bilməz. Yalnız SSRİ vaxtındakı status-kvoya razılıq vermək olar. O, da ciddi müzakirələrdən sonra....Əks halda, düşmən məhv edilməli və Azərbaycanın ərazi bütövlüyü təmin ediləməlidir. Belə olan halda Dağlıq Qarabağ ayrı-ayri rayonlar statusunda təmsil olunmalıdır.

Bütöv Azərbaycan Ocaqlarının (BAO) sözçüsü olaraq bəyan edirəm ki, Rusiya qoşunları Azərbaycan ərazilərinə yeridilərsə, bizim bütövlüyümüz sual altına düşəcəkdir. Rusiya bu ərazilərdən yüz illərlə çıxmayacaqdır. Çünki bu dövlətin imperialist xarakteri tarixdən bəllidir. Belə olarsa, biz buna qarşı kəskin etiraz edəcək və qanun çərçivəsində mübarizə aparacağıq. Bütün bunların qabağının alınması üçünsə hesab edirəm ki, qısa zamanda Türk dövlətlərinin birliyi yaranmalıdır. Bu birliyin paytaxtı Bakı şəhəri olmalıdır. Təbriz azad olunana qədər paytaxt Bakı şəhəri olmalıdır. Türk birliyinin öz pulu, öz hərbi hissələri yaradılmalıdır. Bu dövlətlər arasında gediş-gəliş yalnız kimlik kartı ilə olmalıdır. Sonda bu birlik vahid dövlət ərazisinə çevrilməlidir. Çoxlarına xəyal gələn bu ideyanın gerçəkləşməsinin zamanı yavaş-yavaş yetişir. Bütün bunlara rəğmən hesab edirəm ki, Azərbaycan Prezidenti Rusiyanın yuxarıda toxunduğum xülyasının həyata keçməsinə heç bir zaman razılıq verməyəcəkdir. Bunu onun atdığı son diplomatik addımlar sübut edir. Bununla belə hesab edirəm ki, təhlükə də yox deyildir. Çünki bizim ölkəmizdə hələ də ləyaqətini satan "beşinci kolon" öz gücünü itirməyibdir.

BAO.AZ.

 



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020